Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə8/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   4   5   6   7   8   9   10   11   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

25



Bu fikirlər ki, sənin fikirlərindir. Görünən dağa nə bələd-

çi?! Təkcə yaxşı əməlin ilə öyünərdin. Görünür, ehtiyatlı olma-

ğı bacarmadın. Çünki qabaqcadan ehtiyatlı olan adama taleyin 

amansızlığı az toxunur. Öz yaxın  ətrafını seçəndə  səhvə yol 

vermisən. 

 

 



– Mərdi qova-qova namərd etdilər, 

Siz Allah, qoymayın dağıldı dünya! 

 

– Mərdin qova-qova namərd etdilər, siz Allah, qoymayın 

dağıldı

 

dünya,



 

 



desən də

 

səni



 

qova-qova

 

namərd


 

edə bilməyənlə-

rin hədəfinə gəldin. 

 

Ağır ellər yuvasından oynadı. 



Axı bu yurd dağılası yurd deyil. 

... Məni tutur öz qapımda yallanan, 

Dost dönükdü, düşmənim də mərd deyil. 

 

Dost üçün ən yaxşı olan ürəyitəmizlikdir. Dostluğu qazan-

mağın yaxşı olanı isə özünün dost olduğunu göstərməkdir. Bizi 

zənginləşdirən sərvətin çoxu və  ən yaxşısı başqalarından ası-

lıdır.  İnsan dost və düşmənlər arasında yaşadığından yoldaşlıq 

əlaqəsindən qaçmaq mümkün deyil. Biz isə fərd olaraq da, mil-

lət olaraq da ətrafımızdakılara nəcib və  məhəbbətlə yanaşırıq. 

Məhəbbət isə nöqsanları görmür, bəlkə də görmək istəmir. Düş-

mən isə qarşı  tərəfin qüsurlarını üzə  çıxarır və ondan istifadə 

edib bəhrələnir. Düşmən mərd deyil, dost da dönükdü. Aşağı-

dakı bənddə isə: 

 

İgidin gözündə çox dan sökülüb, 



Düşmənin önünə hasar çəkilib. 

Nə qədər faşistin qanı tökülüb, 

Dnepr, Dnestr, Odər çayında. 


Aydın Çobanoğlu 

 

 



26

İki müharibə, iki müqayisə. Başqasının və özünün uğrun-

da iki mübarizə çaları. Məncə Aydının yuxarıdakı son iki bən-

dində hər iki çalar Aydının adı kimi aydın görünür. 

Aydın ailəsinə, dost-yoldaşa bağlı olduğu qədər də el-obaya, 

yurd-yuvaya, torpağa bağlı idi. Bu bağlılıqdan güc alıb, yaşayıb-

yaradırdı. 

 

Ayağı torpaqdan güc alanların 

Başı zirvələrlə qoşa dayanar, – deyirdi.  

 

Və ya üzünü bahara tutub: 



 

Gəlişinlə fərəhlənər oba, el, 

Sevinc olar, bayram olar, ay Bahar! 

Nəfəsinlə ətirlənər çəmən, çöl, 

Gül rəngini səndən alar, ay Bahar! 

 

... Qarı suya dönər bu dağın üstə, 

Çiçəyi düzülər budağın üstə. 

Gözəli nazlanar bulağın üstə, 

Cavanları dərdə salar, ay Bahar! – deyərdi. 

 

Aydının sağlığını görməyən bu kitabın gəlişi də bahara 



düşdü. Gül balası Aytənin uzun zamandı gözlədiyimiz toyu ilə 

qol-qola, daban-dabana! Bu toya da, bu kitabın gəlişinə  də bu 

bahar günündə: – Xoş gəldiniz! – deyirik. 

 

   



Məlahət YUSİFQIZI 

   

 

 

20.04.2013 

  

 

 



 


Ömrün etməyəcək vəfa dedilər 

 

27



 

 

 



 

 

 



 

 

 



 

 

TßCNÈSLßR



  


Aydın Çobanoğlu 

 

 



28

 


Ömrün etməyəcək vəfa dedilər 

 

29



 

YARI YAR 

 

Xeyli vaxtdır, heç düşmürəm yadına, 



İnsaf elə, unudarmı yarı yar?! 

Atalar sözüdü, “Dostunla tən gəl”, 

Əgər dostsan, qismətini yarı yar. 

 

Şər ocağı nə ətəklə, nə qala, 



Fitnə-feldən nə bürc olmaz, nə qala. 

Namərdlərdən az qalıb ki, nə qala?! 

Mərd can atar, haqq işinə yarıyar. 

 

Mənasızdı eniş, yoxuş düz olsa, 



Dünya qopar hər deyilən düz olsa. 

Çobanoğlu, könül ki, var, düz olsa, 

Ləzzət çəkər, yar yarından yarıyar. 

 

15.03.1990 

 

 

YADA MƏN 



 

Baş açmıram bu dünyanın işindən, 

Dünya azıb öz yolunu, ya da mən?! 

İlişdinsə, qurtarmazsan dilindən

Nə biləcək el qədrini yad-əmən?! 

 

Yaman yerdə elə dəydi yad daşı, 



Silinməzdir 90-nın qan yaddaşı. 

Öyrənmişəm, mən qazanım, yad, daşı! 

Elə bil ki, borcluyammış yada mən. 

 



Aydın Çobanoğlu 

 

 



30

Çobanoğlu, ərsiz qalmış odalar, 

Anaların fəryadından od alar. 

Mən susduqca xam xəyala o dalar, 

Elə sanar, bir sağmalam yad əmən. 

 

28.03.1990 

 

 

MƏN 



 

Ay insafsız, neçə gündür, həsrətəm 

Şirin ləblərinin busəsinə mən! 

De, bir nə vaxt gəlib qulaq asaram 

Kəhkəşan qəlbinin bu səsinə mən?! 

 

Dərd əlindən sinəm şan-şan, yaradı, 



Şöhrətimdi, vüqarımdı yar adı. 

Yeganə ümidim ancaq yaradı, 

Bilirəm, sağalar busəsin əmən. 

 

Aydın deyər: – Düşün, fikrə dal, dal, a! 



Çək başını, şər-böhtandan daldala. 

Gözəl olur düzüləndə dal-dala, 

Mələk misallı yar, busə, sinə, mən. 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə