Ömrün etməyəcək vəfa dedilər
49
QƏHƏTDİRMİ
Ay yolunu azan bədbəxt,
Yol başına qəhətdirmi?!
Çəmənlikdə işin keçmir,
Kol başına qəhətdirmi?!
Atmısan namusu, arı,
İtirmisən etibarı.
Ola bilməzsən qız yarı,
Dul başına qəhətdirmi?!
Zülmət olar səhər sənə,
Yalman verməz kəhər sənə,
Yaraşarmı yəhər sənə,
Çul başına qəhətdirmi?!
Tufan yıxmaz el öyəni,
Əl düzəltməz dil əyəni.
Dövran demir sən deyəni,
Kül başına qəhətdirmi?!
Gəl, eşit Çobanoğlunu,
Azca dala sağ-solunu.
Allahın ücüz ölümü
Kal başına qəhətdirmi?!
Aydın Çobanoğlu
50
“ZƏRƏR YOXDU” DEYƏ-DEYƏ
Nələr gördük bu dünyada,
– “Zərər yoxdu”, – deyə-deyə.
Ömür sürdük bu dünyada,
– “Zərər yoxdu”, – deyə-deyə.
Çoxu heç düşmədi yada,
Çoxunu biz saldıq oda.
Çoxunu da verdik bada,
– “Zərər yoxdu”, – deyə-deyə.
Baxmadıq naləyə, aha,
Batdıq neçə min günaha.
Satdıq ömrü ucuz, baha,
– “Zərər yoxdu”, – deyə-deyə.
Sandan çıxdıq, gözdən düşdük,
Buzda donduq, odda bişdik.
Çoxunun səhvindən keçdik,
– “Zərər yoxdu”, – deyə-deyə.
Döy dedilər, dərhal cumduq,
Haqsız işə göz də yumduq.
Dərya verdik, damla umduq,
– “Zərər yoxdu”, – deyə-deyə.
Özümüzü çaldıq, çapdıq,
Yalanlardan qala yapdıq.
Çox itirdik, bəs nə tapdıq
– “Zərər yoxdu” deyə-deyə?!
Ömrün etməyəcək vəfa dedilər
51
Şübhələndik doğru-düzdən,
İmarətlər qurduq sözdən.
Sənətkarı saldıq gözdən,
– “Zərər yoxdu”, – deyə-deyə.
Haraya hay istəyirlər,
Gedənə tay istəyirlər.
Torpaqdan pay istəyirlər,
– “Zərər yoxdu”, – deyə-deyə.
Qorxuram ki, keçək dildən,
Neçə dağdan, düzdən, çöldən.
Qorxuram ki, köçək eldən,
– “Zərər yoxdu”, – deyə-deyə.
“Zərər yoxdu” qırdı bizi,
Əyri gördük qəlbidüzü.
Çox aldatdıq özümüzü,
– “Zərər yoxdu”, – deyə-deyə.
Olmazmı ki, indən belə,
Çobanoğlu, qeyrət ilə
Xeyir verək doğma elə,
“Zərər yoxdu”, – deyə-deyə?!
Bakı şəhəri,
1991-ci il
Aydın Çobanoğlu
52
MƏN
Ay ünvana düz düşməyən,
Əl ağacı deyiləm mən.
Ay yüz ölçüb, bir biçməyən,
Əl ağacı deyiləm mən!
Doğulmuşam qurmaq üçün,
Qəm-kədəri yormaq üçün.
Kimlərisə vurmaq üçün
Əl ağacı deyiləm mən.
Dolanmışam gül içində,
Sən boğuldun pul içində.
Öyrənmişəm el içində
Seviləm mən, öyüləm mən.
Yaltaqlıq ki, deyil peşəm,
Haram tikə yeməmişəm.
Siz deyəni deməmişəm,
Ona görə söyüləm mən?!
Şoran torpaq dən bitirməz,
Kişi haqqı-say itirməz!
Bu arx bu suyu götürməz,
İnanmayın, əyiləm mən!
Əl ağacı deyiləm mən!
Ömrün etməyəcək vəfa dedilər
53
QINAMA MƏNİ
Sönübdürsə odum, közüm,
Qınama məni, qınama!
Ürəyimdə qalıb sözüm,
Qınama məni, qınama!
Sevinc, kədər qoşa gələr,
Gözün eybi qaşa gələr.
Dil bəlası başa gələr,
Qınama məni, qınama!
Demə, Aydın gedir öndə,
Günah yoxdu səndə, məndə.
Meylim dönüb yenə kəndə,
Qınama məni, qınama!
Aydın Çobanoğlu
54
DEYİN
Badi-səba, bu halımı
Siz yetirin yara, deyin!
Onsuz keçən ömrüm, günüm
Yenə olub qara, deyin!
Qəsdi nədir, desin, görək,
Boğazımdan keçmir çörək.
Ayrılığa dözmür ürək,
Hicran çəkib dara, deyin!
Oymuş mənim şirin sözüm,
Onsuz necə zülmə dözüm?!
Yollarında qalıb gözüm,
Dözmür ah-uf, zara, deyin!
Tələsdirin sərvinazı,
Aydınamı edir nazı?!
Unutmuşam sözü, sazı,
Qoy, eləsin çara, deyin!
Ömrün etməyəcək vəfa dedilər
55
QOØMALAR
Dostları ilə paylaş: |