Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə7/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   2   3   4   5   6   7   8   9   10   ...   92

Aydın Çobanoğlu 

 

 



22

maq deməkdir. Qiyməti aşağı olanlarla,

 



 



döyüşdən qayıtmaya 

da bilərəm,

 



 



deyib döyüşə atılmaq qalib gəlmək qədər qiymətli-

dir. Həssas adamlar həqiqəti gözüaçıq adamın iç üzünü gördüyü 

kimi tam görür və anlayır. 

Aydın sazı,

 

sözü,


 

əxlaq-davranışı

 

ilə


 

birgə


  

arzuolunan adam 

idi. O insanları saz-sözə, sənətə, haqqa döndərə bilirdi: 

 

– Meydan verin elin cavan oğluna,  

Amalı düz, yolu rəvan oğluna. 

Aydın, bir məclisdə Çobanoğluna,  

Çalma da deyiblər, cal da deyiblər!  

 

Aydına “çalma” deyənlər xatirələr kitabına aid olacaqlar. 

Burada isə Aydının sənətkarlığı, o sənətin sevərləri daha önəm-

lidir. Aydın nə sağlığında yerdəki hakimlərin qarşısında tər tö-

kəcək bir ömür yaşamayıb,

 

nə də



 

Haqq qarşısına günahlarla yük-

lənmiş bir ruh kimi uçmayıb. 

 

Bəxt məni keçirib alovdan, oddan, 



Könlüm deyir, Aydın, nə yan, nə odlan! 

Deyirəm, çox şükür, çıxmayıb yaddan, 

Bir azca səs, bol söz, bir saz veribdi! 

 

Aydın o aşıqlardan idi ki, onda ifa zamanı ahəng xətaları 

ya olmur, ya da seçilən şeirin bölgüləri havaya uyğun olmayan-

da təkdənbir olurdu. Bu, ayıq dinləyici və tamaşaçı üçün qəbul-

olunmaz bir haldır. Görünür, Aydının filoloji təhsili onun yar-

dımçısı olmuşdu.

 

Vaxtilə məclislərdə səsgücləndirici olmadığın-



dan yaranan və  aşıqlar tərəfindən belə olmalı imiş kimi qəbul 

edilən artıq, yerli-yersiz qışqırmalar, ayaqdöymələr,

 

tamaşaçının 



nəzərini özündə saxlamaq üçün digər artıq hərəkətlər də Ay-


Ömrün etməyəcək vəfa dedilər 

 

23



dında yox idi. Özü demiş, “azca” səs ilə elə ustalıq göstərirdi ki, 

tamaşaçı onu qəbul etməyə bilmirdi.  

Aşıqlar arasındakı qısqanclıq çox zaman tamaşaçı məhəb-

bət-rəğbətinə görə olub. Sənət qısqanclığı, öyrənib irəli getmək 

qısqanclığı olmayıb. Çünki qüsurunun olduğunu bilən onu tək-

rar etməz. İndinin özündə də bəzi aşıqlar bu qüsurları öz sənə-

tində daşıyır. Öyrənməyin həmişə gərəkli olduğunu bilən daha 

irəli gedə bilir. Buna sadəlik və həvəs olmalıdır: 

 

– Hünər meydanında yarış bəhsi var, 

Gəncliyin bağlarda qəhqəhəsi var. 

Səndən öyrənməyə çox həvəsi var... 

 

Aydın deyiləni qəbul edən, deyilməyəni baxıb götürən, sə-

nətdə irəliləyiş etməyə can atan sənətkar idi. Azına çox, bəminə 

zil kimi yanaşanlardan, gözü, könlü tox olanlardan idi: 

 

– Çobanoğlu, zil görünür bəm mənə, 

Bəs deyilmi sitəm mənə, qəm mənə?! 

Ayıl deyir gözümdəki nəm mənə, 

Qoy, bilinsin boşalan da, dolan da! 

 

Kimin kimliyi, sənətin böyüklüyü bütün zamanlarda bili-

nib, ancaq seçimlər zamanın “əlindən alınıb” zalımların  əlinə 

veriləndə, sənət də, sənətkarlıq da baş-ayaq olub, yerlər dəyişik 

düşüb. Çünki biz heç vaxt seçənləri düzgün seçməmişık. Seçən-

lər layiqli olanda, seçilənlər də layiqli olur. Haqlını Haqq seçər. 

 

Bir elin ədalət, divan oğlunun

Eşqi, məhəbbəti cavan oğlunun, 

Şaha baş əyməyən Çobanoğlunun 

“Şahın kənizi”nə işi düşübdü. 

 



Aydın Çobanoğlu 

 

 



24

Şərqdə ailə, ailə sevgisi bütün sevgilərin önündə gedib və 

bu ənənə, şükürlər olsun ki, hələ də davam edir. Şaha baş əymə-

yən Çobanoğlunun “şahın kənizinə” olan məhəbbəti təmiz, 

əvəzolunmaz, uzun ömürlü olmasa da, əbədi oldu. Ruhlar öl-

məz olduğundan təmiz, əvəzolunmaz sevgilər də əbədidir. 

Elçiliyini sazı ilə birgə, özü etdiyi xanımını, Nərgizini, 

onun gül balalarını necə, hansı  mərtəbədə sevdiyini onu tanı-

yanlar bilirdi. 

 

Hicrani Aydınam, qəm çəkirəm mən. 

Qəmli gözlərindən nəm çəkirəm mən. 

Kədər yüklənmişəm, həm çəkirəm mən

Eləmə aşiqi divana, Nərgiz! 

 

Nərgizin yolunda hicranı adına ortaq eləyən Aydın ailənin 

ağırlığını çiyninə götürüb tək çəkirdi, yorulmadan çəkirdi və 

birdən bu yükün altından çəkdilər onu, – 

 

Qansızın hayına hay verən Fələk, 

Oğluna, qızına tay verən Fələk

Çoxuna bol əlli pay verən Fələk 

Mənim qismətimi az-az veribdi, 

 

deyən Aydını.  

 Fələyin

 

qismət



 

verməklə işi olmaz,

 

onunku


 

almaqdır, qar-

daş!

 

Sənə



 

çox


 

demişdim,

 

bu fələklərə



,

 

kələk-küləklərə



 

bel


 

bağ-


lama. 

 

Vurhavuru, çalhaçalı görəli,

 

Heyrətdən gözlərim qalıb bərəli. 

Təriflənə-təriflənə irəli 

Çəkilir kəsəklər, daş dura-dura. 

 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə