Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə6/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   2   3   4   5   6   7   8   9   ...   92

Aydın Çobanoğlu 

 

 



18

rimizi yuxarı qaldırdıq. O ağır vaxtlarda bir çox toylarımız da 

“Koroğlu”nun uvertürası ilə başlayırdı. Hamı ayağa qalxıb əl-ələ 

tutardı. Bu, vətənpərvərlik hisslərinin artmasına, milli birliyə çox 

kömək edirdi. Təəssüf ki, sonralar bu gözəl adət unuduldu.  

Qeyd edim ki, Aydının yubileyinə dostu, sevimli müğən-

nimiz Səxavət Məmmədov da xanəndə və çalançılarla təşrif bu-

yurmuşdu. Beş saatdan artıq davam edən, iki video kasetə zorla 

sığan (Həmin kasetləri əziz xatirə tək indi də saxlayıram.) təd-

birdə  iştirak edən, Aydın haqqında söz deyən dəyərli insanları 

göz önünə gətirdikcə indinin özündə belə ürəyim qürurla döyü-

nür. 


Xalq şairi Zəlimxan Yaqub, professorlardan Teymur Zey-

nalov,  İbrahim  İsayev, Dəmir Qənbərov, Aydının oğlu Səyya-

dın kirvəsi Faiq Həsənov, Qənbər Hüseynov, Telli Pənahqızı və 

başqaları Çobanoğlunun uğurlarından və ulu ozan-aşıq sənətinə 

verdiyi töhfələrdən söz açdılar. Aşıq Aydın hamını haldan-hala 

salan, yandırıb-yaxan “Yanıq Kərəmi”ni çalanda Zəlimxan Ya-

qub ikinci dəfə odlu-alovlu çıxış etdi. Zəlimxan

 

birinci



 

dəfə eşit-

diyimiz “Varıymış” qoşmasını oxuyanda məclis təlatümə gəldi: 

 

Qonaq oldum Tovuz adlı mahala, 

Hər sinədə min bayatı varıymış. 

İndi bildim, bu torpaqda ellərin 

Nə dövranı, nə həyatı varıymış. 

 

Bundan sonra Aydın özünün "Zarıncı  Kərəmi" üstündə 

"Köçdü Azaflı" şeirini oxudu. Tərəfimizdən bu, ustadın xatirə-

sinə ehtiram kimi qəbul edildi. 

Aydının övladları Aygün və Səyyadın oxuduqları aşıq ha-

vaları da hərarətlə qarşılandı. Kaş o günlər olaydı… 




Ömrün etməyəcək vəfa dedilər 

 

19



Qısa zaman kəsiyində  Səxavət Məmmədov,  İbrahim  İsa-

yev, Dəmir Qənbərov, Qənbər Hüseynov və Aydın Çobanoğlu 

kimi dəyərli insanları itirmişik. Aydın kimi Universitet təhsilli 

bir aşığın aramızdan erkən getməsi aşıq sənəti üçün itkidir. Tə-

əssüflənirəm ki, hamının dostu olan, dostlarının sayı-hesabı bi-

linməyən bir dostu çox tez itirdik.

 

Təsəllini onda tapırıq ki, dost-



ları onu unutmur. 

Aşıq Aydının dostlarından biri də saz-söz sənətini yüksək 

qiymətləndirən, bir çox el şairlərinin, aşıqların kitablarının çapı-

na dayaq olan, ürəyi xeyirxahlıqla döyünən Namazəli Məmmə-

dovdur. Onun sayəsində işıq üzü görən “Ömrün etməyəcək vəfa 

dedilər” kitabını Çobanoğlu sənətinin pərəstişkarlarına töhfə et-

məkdən məmnunluq duyuram. 

 

   



 Qəzənfər PAŞAYEV 

  Filologiya elmləri doktoru, professor. 

10.06.2013


Aydın Çobanoğlu 

 

 



20

 

 

 “ŞAHA BAŞ ƏYMƏYƏN” ÇOBANOĞLU 



 

 

ərdən adama elə  gəlir, ömür müxtəlif məşğuliy-

yətlərə sərf olunan vaxtdır, əvvəli və sonu (sonradan 

da olsa,) bilinən vaxt. Deyilənə görə, bu vaxtı 

Yaradan alın yazısı deyilən bir yazıya hesablayıb, “pozulmaz” 

bir yazıya. Bu gün də alın yazısının pozulmazlığına inananlar 

var. Mən isə  hələ  də oxuyub, öyrənib, bilib-duyduqlarımdan 

nəticə  çıxararaq 22 yaşımdan gəldiyim qənaətdəyəm. Yaradan 

təkcə Şeytana istədiyini etmək ixtiyarı verib, hətta alın yazısını 

pozmağa belə. O vaxt millətimin pozulan alın yazısına bir şeir 

də yazmışdım. Deyəsən,  Şeytan bizi mətləbdən uzaqlaşdırır. 

Kəsəsi Aydın kimi insana Yaradan belə alın yazısı yazmazdı, 

onu Şeytan məhvərindən döndərdi. Yazımın bundan sonrasına, 

ya Allah, deyirəm ki, Allahı, Haqqı içərisində olan bir yazı 

alınsın.  

Allahın adı ilə!  

Yazını ömrün məşğuliyyətləri ilə başlamışdıq. Məşğuliy-

yətlər çeşid-çeşid olduğundan insandan onları bilmək, başa düş-

mək, ağlın gücü ilə seçmək bacarığı “tələb” olunur. Düzgün-

lüyün kifayət qədər olduğu işlərdə müvəffəqiyyət qazanmaq 

asan, hiylə, kələk, məkr tələb olunan işlərdə isə çətindir. Çünki 

insanları idarə etmək çətin, ağılsız və səfehləri idarə etmək isə 

üçqat çətindir. Biz fərd və millət olaraq düzgünlüyün kifayət 

qədər olduğu məşğuliyyəti seçmişik. Hiylə, kələk tələb olu-

nanları isə şeytana uyanlar və düşmənlərimiz seçib. Aydının hə-

yatı bu iki burulğanın arasında sona yetdi.  






Ömrün etməyəcək vəfa dedilər 

 

21



 

 

Görən, harda danışıldı, dağ oldu?! 



Çobanoğlu, kədər artdı, dağ oldu! 

Dağ çəkildi sinəmizə, dağ oldu

Minini göynətdi birimin dərdi. 

 

Bu gün bizə əsas olan onun öz məşğuliyyətidir. Dəqiq he-

sablanmış vaxtda və müəyyən edilmiş işə adamı bütünlüklə cəlb 

etmək asan olmadığından, yaradıcı adamları vaxta, zamana 

hesablamaq uğur gətirmir. Söz adamı da belədir, saz adamı da. 

Aydın sözü və sazı seçmişdi. 

Mövzunun vacibliyi, müxtəlifliyi uzlaşdıqca məşğuliyyət 

də xoş olur, ona görə ki, dəyişkənliklər maraqları təzələyir. Baş-

qalarından az asılı olduğun və başqalarının əli çatmayan işlərlə 

məşğul olmaq daha şərəflidir. Aydın bu marağın yolunu tutub 

şərəfə çatmışdı: 

 

– Aydınam, haqqım yox, həyatdan bezim. 

Niyə gül açmasın cığırım, izim?! 

Yatsa ürəklərə söhbətim, sözüm, 

Aşıq, bir gecə də qal, deyəcəklər!

 

 

Meyllər müxtəlif olduğundan ideala qulluq edən insanların 

bəzilərinin idealı tərif, bəzilərinin qazanc, bəzilərinin isə zövq-

dür.  İdealın nə olduğunu təyin etmək üçün vasitəni tətbiq et-

mək, açarını tapmaq lazımdır. 

Aydının idealı ZÖVQ idi. O, idealını zövqdə axtarırdı. 

Qələbəni təmin etmək üçün yüksəkdən deyil, aşağıdan getməyə 

üstünlük verən Aydın pis adamların yaxşılardan qat-qat çox ol-

duğunu görür və bilirdi. Yaxşıların yaxşısı az-az tapılır, nadir 

olur; çox olanın qiyməti ucuz və aşağı olur. Qiyməti aşağı olan 

çoxun içərisində az olmaq, qiymətli olmaq özü də ucalığa çat-



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə