Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə5/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   2   3   4   5   6   7   8   9   ...   92

Aydın Çobanoğlu 

 

 



14

– Bəxtinə yazılıb cəfa, dedilər, 

Çobanoğlu sürməz səfa, dedilər. 

Ömrün etməyəcək vəfa, dedilər, 

Onu həyat özü bilər, dedim mən. 

 

Doğrudan da aşıq-şairin ömrü vəfa qılmadı. Dahi Səməd 

Vurğunun dediyi onun da başına gəldi. “Nə ömrə acıyır, nə ya-

şa dünya”. 

Elə bu bənddən və eləcə də o vaxt Abşeron rayon İcraiyyə 

Komitəsinin sədri olmuş  Əhməd  Əhmədzadəyə ev növbəsi ilə 

bağlı müraciətindən göründüyü kimi, ömrü bir müddət cəfa 

çəkməklə,  əzab-əziyyətlə keçib. “Ərzi-hal” adlanan şeirdən iki 

bəndi burada verməyi münasib bildik. 

 

Az maaşla altı adam dolanır, 

Yazıq canım oda-közə qalanır. 

Gözüm baxır, könlüm evi talanır, 

Ömrüm keçir ahu-zarda, ay sədr! 

 

Mənzilsizəm, bu günümü görən yox, 

Növbədəyəm, əhvalımı soran yox. 

Dörd uşaqla kirayə də verən yox, 

Üz döndərib məndən var da, ay sədr! 

 

Çox maraqlı, o vaxt üçün məqbul sayılan bu forma təsir-

edici gücə malik olsa da, o vaxtlar Bakıda qeydiyyata düşmək, 

ev növbəsinə yazılmaq, ev almaq ən böyük problem idi. Xoş-

bəxtlikdən xeyirxah adamlar bütün zamanlarda olub və olacaq. 

Bir məclisdə Aydın “Yanıq Kərəmi” havasını çalanda özünün 

və yaşlı adamların gözündən yaş axmağa başlayıb. "Mehdia-

bad" sovxozunun direktoru Hidayət Səfərov Aydının vəziyyə-




Ömrün etməyəcək vəfa dedilər 

 

15



tindən halı imiş. O, Aydının ailəsinə Mehdiabad qəsəbəsində 

üçotaqlı mənzil vermişdi. 

Çobanoğlunun yaradıcılığında ictimai məzmunlu  şeirlər 

çoxluq təşkil edir. Aşıq-şairin “20 yanvar” adlı səkkiz bənddən 

ibarət  şeiri 1990-cı ilin yanvarında xalqımızın başına gətirilən 

müsibətləri inandırıcı boyalarla açıb göstərir: 



 

– Mən dağam, dözürəm belə sitəmə, 

Baxıb ah-naləmə, gözümdə nəmə, 

Yağı sevinməsin bu günkü qəmə

Yəqin borclu qalmaz sabahım mənim. 

 

Onun Sosialist Əməyi Qəhrəmanı  Fərzalı Abbasova həsr 

etdiyi iki səhifəlik  şeirində o qədər mətləblərdən söz açılır ki, 

heyran olmamaq olmur: 



 

– Yurdumun on igid oğulu, qızı 

Rəşadət göstərib, qəhrəman olub. 

Onlardan birindən söhbət açıram, 

Mənim də ürəyim söz ilə dolub. 

 

Onun Aşıq Şakirin xatirəsinə həsr etdiyi şeirə fikir verin: 

 

– Çobanoğlu, qoy, cavanlar ucalsın, 

Şah sənətin zirvəsinə yol alsın! 

Oğlu çalmayıbsa, nəvəsi çalsın, 

Qoy, yetim qalmasın, sazı Şakirin! 

 

Arzuya baxın. Həqiqətən də böyük sənətkar Aşıq Şakirin 

övladlarından aşıq sənətinə yiyələnən olmadı. Lakin Aydının 

arzusu sonralar yerinə yetdi. Şakirin nəvəsi Babək babasının sə-

nətini davam etdirdi. Şakirin sazı yetim qalmadı. Təəssüf ki, 



Aydın Çobanoğlu 

 

 



16

Çobanoğlu bunu görmədi. Aydının bütün arzuları xoş niyyətə 

köklənmişdi: 

 

– Qazancınız qismət olsun aşığa, 

Nə həkimə, nə hakimə düşməsin. 

 

Çobanoğlu qələmini publisistikada

 

sınayaraq



 

Türkiyə, Hin-

distan, İsveç və Özbəkistan haqqında çox maraqlı təəssüratlarını 

yazıb. Eləcə də Hindistana gözəl şeir həsr edib. Lakin bu şeiri 

yazarkən bir an belə doğma Azərbaycanı unutmayıb: 

 

Yeni Dehli Bakımızın qardaşı,  



Qanqa bəlkə Xan Arazın göz yaşı?! 

Varanəsi Gəncəmizin sirdaşı, 

Bəyənmişik bu mahalı, gözəldir! 

 

Görən kimi doğma, əziz bilmişik, 

Əzəmətli Tac mahalı, gözəldir! 

 

Çobanoğlunun Yunis Novruzoğluna həsr etdiyi yüz misra-

lıq müxəmməsi və şair Söhrab Tahirə həsr etdiyi

 

“İnanıram” ad-



lı çox geniş həcmli şeiri sanki kiçik poemadır.

 

Aşıq-şairin şeirdə 



qoyduğu və  tərənnüm etdiyi məsələlər onu poema səviyyəsinə 

qaldırır. Bu şeir Aydının özünün də bir şair kimi səviyyəsindən 

xəbər verir. Çobanoğlunun “Yunis” adlı müxəmməsi isə onun 

əsl aşıq-şair olduğuna dəlalət edir:  

 

Tək gəlibdi, tək gedəcək, 

Bunu hamı bilsin gərək. 

Müxtəsəri, Çobanoğlu, 

Əvəzsiz insandı, Yunis! 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

17



Aydın Çobanoğlunun mənasız bir misrasına belə  təsadüf 

edilmir.  İstisuda (22.07.1984) Məmməd  İsmayıla həsr etdiyi 

şeiri çox mətləblərdən söz açır: 

 

Şair qardaş, gəl bürünək dumana, 



Seyrə çıxaq, bu dağlara doyunca! 

Məbəd kimi diz qatlayaq önündə

Səcdə qılaq bulaqlara doyunca. 

 

İnanıram ki, aşıq-şairin oğlu, qızları, nəvələri, xüsusən də 

kəlbəcərli dostu Vəliyəddinin sevimli oğlu İlqarla ailə quran qı-

zı Aytənin övladlarına onun arzusunu yerinə yetirmək qismət 

olacaqdır. 

Aşıq Aydınla təmasda olmuş, məclislərində  iştirak etmiş 

saz-söz pərəstişkarları və yeri gəlmişkən, Məmməd İsmayıl baş-

da olmaqla, Aydın Çobanoğlu yaradıcılığına saz-söz sənətini 

dərindən bilən bir çox qələm sahibləri, alimlər məqalələr həsr 

etmişlər. Aşıq sənətinin təbliğində əvəzsiz xidmətləri olan Xalq 

şairi Zəlimxan Yaqubun, professorlar Qara Namazovun, Sədnik 

Paşayevin, Məmməd Aslanın, Ağalar Mirzənin, Telli Pənahqı-

zının, Əli Şamilin, Vəliyəddin İsmayılovun, Osman Əhmədoğ-

lunun məqalələrinin elmi səviyyəsini xüsusi vurğulamaq istər-

dim. Heyif ki, Aşıq Aydın sıralarımızı çox erkən tərk etdi. Nə 

yaxşı ki, sağlığında 1991-ci il fevralın 10-da anadan olmasının 

40 illiyini yüksək səviyyədə keçirdik. Tədbir “Gülüstan” sarayı-

nın banket zalında baş tutdu. Tovuzdan Aydının anası da gəl-

mişdi. Məclisi aparmaq mənə həvalə olunmuşdu. Aşıq Aydının 

anası, dostları və qohumları qarşısında hesabatına çevrilən məc-

lis dahi bəstəkar Üzeyir

 

Hacıbəylinin



 

“Koroğlu”

 

operasının uver-



türası ilə başladı. Hamımız ayağa qalxaraq əl-ələ verdik və əllə-


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə