Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə80/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   76   77   78   79   80   81   82   83   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

395



müəllifin adının “Əlimərdanlı aşıq Nəcəf” kimi getməsi düzgün 

deyildir. Yaxşı olardı ki, toplayıcı şair-aşığı “Aşıq Nəcəf” kimi 

təqdim edəydi. 

Təəccüblü olsa da, Aşıq Nəcəfin doğulduğu tarix müxtəlif 

mənbələrdə müxtəlif göstərilmişdir. Belə ki, görkəmli folklor-

şünaslarımızdan biri olan Hümmət Əlizadənin toplayıb 1930-cu 

ildə  nəşr etdirdiyi “Azərbaycan aşıqları” kitabında (səh.188), 

1935-ci ildə çap etdirdiyi “Aşıqlar” kitabında (səh.31) və 1937-

ci

 

ildə buraxdırdığı “Aşıqlar” kitabının I hissəsində (səh.475) isə 



1903-cü ildə anadan olduğu göstərilmişdir. Bunlardan əlavə, 

Tovuz rayon Hərbi Komissarlığının arxivində  və Azərbaycan 

yazıçılarının bir qrupunun imzaladığı nekroloqda (“Ədəbiyyat 

qəzeti”, 22 sentyabr 1946-cı il) Nəcəf Alı  oğlunun təvəllüdü 

1905-ci il, Tovuzda çıxan “Həqiqət” qəzetində (3 dekabr 1974-

cü il) çap olunmuş “Aşıq Nəcəf” adlı məqalədə 1899-cu il kimi 

qeyd olunmuşdur. Rayon qəzetində çap olunmuş həmin məqalə-

nin müəllifi Hüseyn Quliyev bu dəlili qeyd edərkən yazılı mən-

bələrə deyil, aşığın həmkəndlilərinin dediklərinə əsaslanmışdır. 

Rüstəm Rüstəmzadə isə göründüyü kimi, özünü artıq zəhmətə 

salmamış, həmin faktı əsas götürmüşdür. Nəzəri cəlb edən baş-

qa bir dəlil: “Döyüşçü aşığın mahnıları” (“Sovet kəndi” 20 mart 

1975-ci il). Bu sətirlərin müəllifi imzaladığı  həmin məqalədə 

aşığın 1900-cü ildə anadan olduğu qeyd olunmuşdur. 

Aşıq Nəcəfin pasportu hal-hazırda Tovuz rayonunun Əli-

mərdanlı kəndində böyük oğlu Şahniyarın evində saxlanılır. Sə-

nəddə şair-aşığın təvəllüdü 1900-cü il qeyd olunmuşdur. Fikri-

mizcə, pasport rəsmi dövlət sənədi olduğundan oradakı qeyd 

əsas götürülməli və  Nəcəf Hüseynovun (təvəllüdü) anadan ol-

duğu tarix 1900-cü il yazılmalı idi. Lakin, nədənsə bu əsas dəlil 

toplayıcının diqqətini cəlb etməmişdir və ön sözdə el şairinin 

1899-cu ildə anadan olduğunu qeyd etmişdir. 




Aydın Çobanoğlu 

 

 



396

Aşıq Nəcəfin müharibə dövrü həyat və yaradıcılığından 

danışarkən göstərdiyi fakt və rəqəmlərin də hansı mənbədən gö-

türdüyünü qeyd etmək toplayıcının yadından çıxmışdır. 

Kitabın 4-cü səhifəsində oxuyuruq: – “1926-cı ildən yara-

dıcılığa başlayan Aşıq Nəcəfin şeirləri 1930-cu ildən sonra mət-

buat səhifələrində görünür. Onun bir sıra qoşmaları “Revolyusi-

ya və Kultura” jurnalında, “Kommunist”, “Yeni yol” və “Ədə-

biyyat qəzeti”ndə  dərc edilmişdir. “Aşıqlar” və “Aşığın səsi” 

kitablarında da aşığın şeirləri verilmişdir. 

Əvvəla, yaşıdlarının və yaxın qohumlarının dediyinə görə, 

Nəcəf yaradıcılığa çox erkən, 14-15 yaşlarında başlamışdır. Hə-

lə 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasın-

dan ilhamlanan gənc şair: 

 

Şükür, gəldi fəhlə, kəndli zamanı, 



İndən belə xoş sürərik dövranı! 

 

deyə yeni dövranı alqışlayırdı. Digər tərəfdən, R.Rüstəm-



zadənin nəzərinə çatdırmaq istərdik ki, Aşıq Nəcəfin bir neçə 

şeiri H.Əlizadənin toplayıb tərtib etdiyi, Talıbzadə Abdulla Şa-

iqin redaktorluğu ilə 1929-cu ildə çap olunmuş “Azərbaycan 

aşıqları” kitabında dərc edilmişdir. 

Doğrudur, yuxarıda adları  çəkilən mətbuat səhifələrində 

aşığın qoşmaları çap olunubdur. Lakin, bu kitabda dərc olun-

muş  şeirləri oxuyarkən istər-istəməz toplayıcının həmin qəzet, 

jurnal və kitabları oxuduğuna inanırsan. Çünki həmin mənbələr-

də çap olunmuş şeirlərin çoxu bu kitaba salınmamış, dərc olu-

nanların əksəriyyəti isə müəyyən təhrif və qüsurlarla getmişdir. 

Bir qədər irəlidə həmin şeirlər haqqında ətraflı söhbət açacağıq. 



Ömrün etməyəcək vəfa dedilər 

 

397



R.Rüstəmzadə yazır: “– Vaqif məktəbinin (?!) davamçıla-

rından olan Aşıq Nəcəf xalq şeirinin müxtəlif formalarında ya-

zıb-yaratmışdır”. 

Məlumdur ki, M.P.Vaqif özü əsasən aşıq  şeiri üslubunda 

yazıb-yaratmışdır. Maraqlıdır, belə olan halda, görəsən, nə üçün 

Aşıq Nəcəf Qurbani, Xəstə Qasım, Abbas Tufarqanlı, Ələsgər, 

Hüseyn Bozalqanlı məktəbinin yox, məhz Vaqif məktəbinin da-

vamçısı hesab olunur?! Görünür, toplayıcı  şair-aşığın ölümü 

münasibətilə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş nekroloqu da 

oxumayıb. Yoxsa görkəmli yazıçı, şair və aşıqlarımızın imzala-

dığı aşağıdakı cümlə onun diqqətindən yayınmazdı: 

“Azərbaycan sovet ədəbiyyatı və aşıqları Aşıq Nəcəfin si-

masında Aşıq Ələsgər və Aşıq Hüseyn ənənəsinin bacarıqlı bir 

davamçısını, təvazökar bir yoldaşı, alovlu bir vətənpərvəri itir-

di”. (“Ədəbiyyat qəzeti” 22 sentyabr 1946-cı il). 

İndi isə kitabı vərəqləyək, dərc olunmuş şeirlərin vəziyyə-

tini araşdıraq. 

“Gəraylılar” başlığı altında verilmiş  şeirlərdən birini – 

“Boylana-boylana” gəraylısını oxuyuruq (səh.6). Gəraylının bi-

rinci misrası  və  rədifqabağı qafiyə  dəyişilmiş, nəticədə  şeirin 

ruhuna xələl gəlmişdir: 

 

Ana, budur, nazlı yarım, 



Gəlir boylana-boylana! 

Min naz ilə bağrım başın 

Dəlir boylana-boylana. 

 

Həmin bəndin orijinalı isə belədir (bax: “Ədəbiyyat qəze-



ti” 20 mart 1945-ci il): 


Aydın Çobanoğlu 

 

 



398

Ala gözlü, nazlı ceyran, 

Gəldin boylana-boylana! 

Min naz ilə bağrım başın 

Dəldin boylana-boylana. 

 

Göründüyü kimi aşığın sevgilisinə xitabən yazdığı şeir öz 



mahiyyətini dəyişmiş, guya istəklisinin necə gəldiyini və bu gə-

lişin ona necə təsir bağışladığını anasına söyləyir. Şeirin ikinci 

bəndinin birinci misrası “Ay doğub keçir bacadan” əvəzinə “Ay 

doğub keçir baxçadan”, üçüncü bəndinin birinci misrası isə 

“Doymaq olmur qələm qaşdan”  əvəzinə “Mən doymaram qə-

ləm qaşdan” şəklində getmişdir. 

“Oyanmaz-oyanmaz” rədifli gəraylının ikinci bəndinin bi-

rinci iki misrası da orijinaldan fərqlənir: 

 

– Alım onun qadasını, 



Doldursun eşqin badəsini. 

 

Bu iki misra şeirin ümumi ahəngini pozur, axıcılığını ağır-



laşdırır.

 

Halbuki, həmin misralar əvvəlki nəşrdə



 

(“Aşıqlar” I his-

sə, II çapı, Bakı-1937, səh.494) aşağıdakı kimi getmişdir: 

 

– Alım yarın qadasını, 



İçsin eşqin badəsini. 

 

Təəccüblüdür ki, bir çox hallarda bu cür təhriflər, dəyişik-



liklər, əvəzləmə və redaktələr, misralarda açıq-aşkar heca çatış-

mamazlığına və ya artıqlığına, qafiyə  və  məna pozğunluğuna, 

anlaşılmazlığına gətirib çıxarmasına baxmayaraq, nə toplayanı, 

nə də redaktoru, bolluca mətbəə xətaları ilə korrektoru F.Əliye-

vanı  qətiyyən narahat etməmişdir. Aşağıdakı misralara diqqət 

yetirin: 

 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə