Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə82/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   78   79   80   81   82   83   84   85   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

403



Nəcəf, söyləməklə qurtarmaz söhbət,  

Qabaqdadı ayım, illərim mənim. 

 

İndi də diqqəti daha çox cəlb edən bir neçə şeir haqqında 



danışmaq yerinə düşərdi. “Ustadnamələr” başlığı altında veril-

miş şeirlərdən biri də “Dünyada” qoşmasıdır. Oxucuların əksə-

riyyətinə məlum olduğu kimi həmin şeir Aşıq Ələsgərin anadan 

olmasının 150 illiyi münasibətilə nəşr olunmuş iki cildlik “Aşıq 

Ələsgər” kitabının I cildində 161-ci səhifədə çap olunmuşdu. 

Şeir arada bir çox dəyişikliyə  məruz qalmışdır ki, bu da xalq 

arasında əmələ gələn narazılığı və narahatçılığı bir daha artırırdı. 

Toplayıcı ustadnaməni Aşıq Nəcəfin öz kitabına daxil etməklə 

çox faydalı  iş görmüşdür. Lakin, əfsus ki, şeirin bu nəşri həm 

Aşıq Ələsgər kitabında çap olunan variantdan, həm də orijinal-

dan müəyyən dərəcədə fərqlənir. Həm də bu fərqlər bir çox hal-

larda mənasızlığa gətirib çıxardır. Qoşmanın ikinci və dördüncü 

bəndləri belədir: 

 

– Oturub durgunan qədir bilənnən, 



Vəfalı dost olmaz üzə gülənnən. 

Bir adam ki, “sən öl!” , dedi yalannan, 

Onun körpüsündən keçmə dünyada. 

 

Xoşlayar bu sözü bir arif, əyyar, 



Əsilsiz insana nə yapış, yalvar! 

Qonşuya söyləyər, ellərə yayar, 

Seyraquba sirrin açma dünyada. 

 

  İndi isə diqqətinizi bu kitabda çap olunmuş varianta cəlb 



edirik: 


Aydın Çobanoğlu 

 

 



404

                       

Oturub durgunan qədirbilənnən

Yaxşı iyid, “sən öl!” , deməz yalandan. 

Vəfalı dost olmaz üzə güləndən, 

Onun körpüsündən keçmə dünyada. 

 

Bu sözü xoşlayar bir arif, – əyyar, - 



Xeyri yox, bədəslə ha yapış-yalvar. 

Qonşuya söyləyər, mahala yayar 

Sirdaşa sirrini vermə dünyada. 

 

Yəqin ki, nümunə gətirdiyimiz bəndlər arasında olan fərq-



lər və onlardan doğan qafiyə pozğunluğu, fikir uyğunsuzluğu 

oxuculara aydındır. Bunlar haqda ətraflı danışmaq yalnız əlavə 

vaxt aparar. Görəsən, sirdaşa verilməyən sirr kimə verilər?! Sir-

daş elə sirr saxlayan demək deyilmi?! 

“Deyişmə və bağlamalar” bölməsində “Aşıq Nəcəflə Dil-

şadın deyişməsi” verilmişdir. (səh.36-37).  Əlbəttə, aşığın rəqi-

bini oxucularla tanış etmək pis olmazdı. Əfsus ki, burada Dilşa-

dın kimliyi barədə heç bir qeyd verilməmişdir. Digər tərəfdən, 

deyişmədə  bəndlərin yeri dəyişik verilmiş, Dilşadın dediyi bir 

bənd isə tamamilə kitaba daxil edilməmişdir. Deyişmənin oriji-

nalında Dilşad birinci demiş, Nəcəf isə cavab vermişdir. Kitab-

da isə  əksinə yazılıb. Yaddan çıxıb kitaba salınmayan bənddə 

Dilşad belə deyib: 

 

Harada görəndə bir gözəl qızı, 



Sevməsən, qəlbinin kəsilməz sızı. 

Yerin bənövşəsi, göyün ulduzu 

Nəzmində susayıb, saralı, gəzmə! 

 

Qoşmalardan fərqli olaraq təcnislərdə  ən xırda dəyişiklik 



forma və  məna uyğunsuzluğuna gətirib çıxardır. Ona görə  də 


Ömrün etməyəcək vəfa dedilər 

 

405



təcnisləri istər yazarkən, istərsə  də oxuyarkən son dərəcə ehti-

yatlı və diqqətli olmaq lazımdır. Aşığın təcnislərini kitaba daxil 

edərkən görünür, toplayıcı və redaktor bir qədər məsuliyyətsiz-

lik etmişlər. Nəticədə isə bir neçə təcnisin forma və mənası po-

zularaq şikəst olmuşdur. Şair-aşıq təcnislərin birində yazmışdır: 

QEYD: Bir qayda olaraq aşıqların qadınlarla deyişmə-

si birtərəfli olur. Yəni hər iki tərəfin əvəzində aşıq özü qo-

şur. Məsələn, Ələsgərlə Həcərin deyişməsi kimi. Lakin, Nə-

cəfin deyişdiyi Dilşad (Şövkət Məhəmməd qızı İsgəndərova) 

tarixi  şəxsiyyətdir. 1904-cü ildə Tovuz rayonunun Ocaqlı 

kəndində anadan olmuşdur. Ali təhsilli həkimdir. Uzun illər 

respublikamızın bir çox rayonlarında sağlamlığın keşiyində 

durub. Hazırda təqaüdçüdür. Bakı şəhərində yaşayır. 

Dilşad 15-16 yaşlarından  şeirlə, yaradıcılıqla maraq-

lanmışdır. Atası Məhəmməd kişinin evi bir növ aşıqların ya-

rış meydanını xatırladırdı. Tez-tez təşkil olunan məclislər və 

burada müxtəlif aşıqların oxuması, deyişmələr gənc Dilşa-

dın qəlbini riqqətə gətirmişdir. Belə məclislərin birində aşıq 

Nəcəfi görmüş, elə oradaca yazdığı qoşmanı ona göndərmiş, 

cavab istəmişdir. Kitabda verilmiş deyişmənin qüsurlu ol-

masını özüylə görüşüb söhbət edərkən dedi. Deyişməyə dü-

zəliş verəndə onun dediklərinə əsaslanmışıq. 

 

Dərin dərya keçdim, bir ada gördüm

Möminlər zikr edir bir ada, gördüm. 

Məcnunam, Leylimi burada gördüm, 

Bu qədər çəkmə, gəl, yar, ala məni! 

 

Həmin bənd kitabda aşağıdakı kimi getmişdir: 



 

Dərin dərya keçdim, bir ada gördüm, 

Meymunlar zikr (?!) edən bir ada gördüm. 



Aydın Çobanoğlu 

 

 



406

Məcnunam Leylini burada gördüm, 

Bu qədər çəkmə, gəl, yarala məni. 

səh.39. 


Yuxarıda dediklərimizi bir daha təsdiq etmək üçün 41-ci 

səhifədə verilmiş “Ay üzdən-üzdən” rədifli təcnisin ikinci 

bəndini olduğu kimi nəzərinizə çatdırırıq: 

 

Halal oğlu haram etməz sayanı, 



Süfrə açar, dost yolunda dayanar. 

Sidqi sədaqətdən dostam deyəni, 

Gəlib tək seçginən ay üzdən-üzdən. 

 

Aydındır ki, bu bənd təcnis bir yana, heç qoşmanın forma 



tələblərinə cavab vermir. İlk üç misra qafiyələnmir, üstəlik bi-

rinci və dördüncü misraların mənası anlaşılmır. Əslində təcnisin 

həmin bəndi aşağıdakı kimi olmalıdır: 

 

– Halal oğul haram etməz mayanı, 



Süfrə açar dost yolunda dayanı. 

Sidqi-sədaqətdən dostam deyəni, 

Görən tək seçginən ay üzdən-üzdən. 

 

Bu cür və buna bənzər təhriflər aşığın kitabda verilmiş 



təcnislərinin demək olar ki, hamısında var. Kitabın buraxılışına 

məsul  şəxslərin belə etinasızlığı  və diqqətsizliyi,  əlbəttə, təəc-

cüb və təəssüf doğurmaya bilməz. 

Bir qədər sonra – 45-ci səhifədə aşığın nəfəsçəkmə təcnisi 

verilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, təcnisin bu forması-

na aşıq  ədəbiyyatında “gedər-gəlməz təcnis” də deyilir. Bu ad 

təcnisin rədifinin nəfəs çəkmə yolu ilə düzəlməsindən irəli gəlir. 

Bu cür təcnislərdə rədifləri yazmaq, sözlə ifadə etmək çox çə-

tindir. Bunu ancaq şərti yolla ifadə etmək mümkündür. Kitabda 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə