Aydın Çobanoğlu
8
Müxtəlif illərdə Orta Asiya respublikalarında uğurlu qas-
trol səfərlərində olmuşdur.
Aşıq Aydın "Aygün", “Günay” ailə ansanbılı və “İncəgü-
lü” aşıqlar ansamblı yaratmışdı. 1982-ci ildə Azərbaycan Döv-
lət Filarmoniyasında
Respublikada ilk dəfə
olaraq “Alı xan və
Pəri xanım” (Pəri xanımın
sözlərini Məlahət
Yusifqızı ifa
edirdi.)
dastanını tamaşaçılara çatdırmışdı. İlk aşıq qızlar ansamblı “Ay-
gün” bu dastan gecəsinin davamı kimi fəaliyyətə başlamışdı.
O, 1983-cü ildən Azərbaycan Aşıqlar Birliyinin üzvü və
Aşıqların
IV
qurultayının (1984) nümayəndəsi olmuşdur. A.Ço-
banoğlunun Azərbaycan Aşıqlar Birliyinin qurultaydan sonrakı
fəaliyyətində böyük xidmətləri olmuşdur.
O,
ömrünün sonuna
qədər Aşıqlar Birliyində Hüseyn Arifin müavini vəzifəsində ça-
lışmışdır. Bu, təsadüfi deyildi. Aşıq Aydın aşıq sənətini dərin-
dən bilir və ona yaradıcılıqla yanaşırdı. Ona yeniliklər gətirirdi.
Yaxşı yadımdadır, o, ADU-nun filologiya fakültəsini bitirəndə
görkəmli folklorşünas alim, prof.
Vaqif Vəliyevin rəhbərliyi ilə
“Aşıq Nəcəfin həyat və yaradıcılığı” mövzusunda diplom işi
yazmışdı. Diplom işinin müdafiəsində Xalq şairi, prof. Bəxtiyar
Vahabzadə demişdi: “Bu diplom işi həcminə və mövzu əhatəsi-
nə görə namizədlik
işinə
layiqdir.
Mövzunun
adını dəyiş,
“II Dün-
ya müharibəsi illərində Tovuz aşıqları” adlandır və müdafiə et”.
Təəssüf ki, ecazkar aşıq sənəti Aşıq Aydını elmdən ayır-
mış, Bəxtiyar müəllimin arzusu arzu olaraq qalmışdı. Təsəllini
onda tapırıq ki, onun qoşmalarını, gəraylılarını, təcnislərini, xa-
rici ölkələrə səfər təəssüratlarını, aşıq sənəti və onun daşıyıcıları
haqqında düşüncələrini içinə alan bu zəngin kitabda Aydının
diplom işi də yer alır. Bu diplom işi, Azərbaycanda zəhmətkeş
xalqın əmək fəaliyyətini, mənəvi dəyərlərini – adət-ənənələrini,
Ömrün etməyəcək vəfa dedilər
9
ümumilikdə həyatın bütün sahələrini özündə əks etdirən mü-
kəmməl bir işdir. Diplom işinin ikinci fəslində Sovet ideologi-
yası öz təsirini göstərmişdir. Bununla belə əsəri bir cümləsinə
toxunmadan, olduğu kimi oxuculara təqdim edirik. Filoloq və
aşıq Aydın Çobanoğlunun diplom işi ilə tanışlıqdan sonra söz
sərrafları akademik Bəxtiyar Vahabzadənin sözlərini bir daha
təsdiqləyəcəklər.
İyirmi ildən artıq Nizami adına Ədəbiyyat İnstitutunun
Dissertasiya Şurasının üzvü kimi, gənc alimlərin elmi rəhbəri
kimi, onlarla doktorluq və namizədlik dissertasiyalarının müda-
fiəsində rəsmi opponent kimi çıxış edən tədqiqatçı kimi, Res-
publikada folklor üzrə Əlaqələndirmə Şurasının sədri kimi tam
məsuliyyətlə deyə bilərəm ki, Aydının diplom işi indiki tələblə-
ri nəzərə almaqla, azca əl gəzdirməklə namizədlik dissertasiya-
ları qarşısında qoyulan tələblərə cavab verir.
Aşıq Aydının kitabda yer alan “Sazlı-sözlü dünyamız və
sənətkarlar haqqında” bölümündəki məqalələrini oxuyandan
sonra bir daha bu qənaətə gəldim ki, o, bir alim kimi də yetiş-
mişdi. Fikirlərimizi təsdiqə yetirmək üçün onun məqalələrindən
bəzisinə nəzər salmağı münasib bildik. Çobanoğlunun “Saz,
söz, ifaçılıq və …” adlı məqaləsi elmi və təcrübi cəhətdən əsas-
landırılmış dərs vəsaiti səviyyəsindədir. Burada yeni saz havala-
rı, balaban, onun zəruriliyi, mətnin melodiyaya uyğun seçilmə-
si, aşıq gülləri, aşıq musiqisinin yarıtmaz təbliği, ifaçı və s. ya-
rımbaşlıqlarda qiymətli fikirlər irəli sürülmüşdür. Bu fikirlər
günümüzdə də öz aktuallığını itirmir.
Aydının Aşıq Əkbərin “Gənclik” nəşriyyatında çap olunan
“İşıqlı tellər” kitabına və Əlimərdanlı Aşıq Nəcəfə həsr etdiyi
Aydın Çobanoğlu
10
məqalələri göstərir ki, o, aşıq sənətini dərindən bilən nüfuzlu
söz sahibi olub.
Çobanoğlu
“Sazın
Ədalət
dünyası”
məqaləsində
Aşıq Əda-
lət Nəsibovun 1986-cı ilin oktyabr ayının 2-də Azərbaycan
Dövlət Filarmoniyasında keçirilən konsertindən söz açır. Görün
konsertdə kimlər olub. Mirzə İbrahimov, İsmayıl Şıxlı, Bayram
Bayramov, Bəxtiyar Vahabzadə, Qabil, Vaqif Səmədoğlu, Sabir
Rüstəmxanlı, Abbas Abdulla, professorlar Qulu Xəlilov, Tey-
mur Bünyadov, türkiyəli alim İbrahim Bozyel
və
başqaları. Məc-
lisi gənc şair Zəlimxan Yaqub idarə edirmiş. Belə tarixi faktları
haradan əldə etmək olardı? Yaxşı ki, Aydın Çobanoğlu bunları
qələmə alıb,
bizə
yadigar
qoyub.
Fəxarətlə
adlarını
sadaladığımız,
xalqımızın layiqli ziyalıları məclisdə aşıq sənətindən, Ədalət
möcüzəsindən söz açmışlar. Aşıq sənətinin inkişafında və təbli-
ğində müstəsna xidmətləri olan Ədalətin ifasında sazın yeni
vüsət almasını, xalqımızın tükənməz sərvətinə çevrilməsini xü-
susi vurğulamışlar. Ümumi rəy belə olub ki,
Ədalət olan məclis-
də
ondan əvvəl saz çalmaq günah,
ondan sonra saz
çalmaq çal-
ğıçı üçün fəlakətdir.
Məncə, bu, Aşıq Ədalətin sənətinə verilən ən ali və dəqiq
qiymətdir.
“Sazlı-sözlü nəğməkarlar” məqaləsi ADU-nun tələbəsi
Aydın Musayevin ilk qələm təcrübələrindəndir. “Azərbaycan
gəncləri” (22.03.1975) qəzetində çıxan bu məqalə Tovuz aşıqlar
ansamblının Novruz bayramı günlərində Filarmoniyada verdiyi
konsertdən bəhs edir. Məqalədə Əkbər Cəfərov, şəyirdləri Əli-
xan Niftəliyev, Ələsgər Tağıyev və Əskinaz Abbasovadan bəhs
edir və Tovuz Aşıq məktəbinin bir səhifəsini yazmış olur.
Dostları ilə paylaş: |