Aydın Çobanoğlu
80
HƏKİM
Vurğunam səndəki böyük cürətə,
Amalın nə böyük ümmandır, həkim!
Döyüş meydanındır xəstəxanalar,
Silahın cürbəcür dərmandır, həkim!
Əyninə geyərək dümağ xalatı,
Sən satın almısan neçə həyatı.
Rahat olmamısan bircə saatı,
Ölümdür rəqibin, yamandır, həkim!
İntizar gözlərin sənsən gümanı,
Sağalmaz dərdlinin nicat dərmanı.
Hicrani Aydının bu xəstə canı
Şəfalı əlinə qurbandır, həkim!
Neftçilər xəstəxanası,
1 saylı cərrahiyyə şöbəsi.
10.09.1973
Ömrün etməyəcək vəfa dedilər
81
MƏNİ İNCİTMƏ
Bir kabus dolanır başının üstə
Tərpətsən, daş qalmaz daşının üstə.
Qurular od tutar yaşının üstə
Gəl, məni incitmə, qurbanın olum!
Mən sənin əlindən girinc olmuşam,
Gəlməkdən, getməkdən gülünc olmuşam.
Fağır aşıq idim, nadinc olmuşam,
Gəl, məni incitmə, qurbanın olum!
Bakı şəhəri,
1973-cü il
Aydın Çobanoğlu
82
DÖNDÜ
Axdı sinəm üstə isti göz yaşın,
Köksümdə göllənib ümmana döndü.
Bulaq suyu kimi şəffaf dənələr
Qəlbimdə əbədi mehmana döndü.
Eşqimin közünü tez söndürdüyün,
Sözümdən inciyib, söz göndərdiyin.
Bir dəfə ağlayıb, üz döndərdiyin
Ürəyimdə aha, amana döndü.
O vaxt da gözündə gilələndi yaş,
O bir başqa yaşdı, bu bir başqa yaş.
O yaş ürəyimdən asılan bir daş,
Bu yaş Aydın üçün dərmana döndü.
19.11.1973
Ömrün etməyəcək vəfa dedilər
83
MƏN AĞLASAM
Anlamazın hər sözündən inciyib
Sən göz yaşı tökmə, mən ağlasam da.
Kövrək sözlərinlə məni dağlayıb,
Ürəyimi sökmə, mən ağlasam da.
Sən göz yaşı tökmə, mən ağlasam da.
Küssəm də qardaşdan, obadan, eldən,
Addımbaşı şər danışan pis dildən.
Qoymaram, ağır söz deyilsin güldən,
Şux qəddini bükmə, mən ağlasam da.
Sən göz yaşı tökmə, mən ağlasam da.
Bəxtim qara, iqbalım da nəhs gəlib,
Nədəndir, taleyim belə pis gəlib?!
Aydın sənə qurbanlığa, – kəs, – gəlib,
Zərrə fikir çəkmə, mən ağlasam da.
Sən göz yaşı tökmə, mən ağlasam da.
Bakı şəhəri,
1974-cü il
Aydın Çobanoğlu
84
VAR
Pərvanələr kimi hər gün, hər axşam,
Xoşbəxtəm, başıma dolananım var!
Dözüb ayrılığın buz nəfəsinə,
Alışıb, oduma qalananım var.
Ömrüm bürünsə də dumana, çənə,
Boyun əyməmişəm mən hər yetənə.
Qoy, daha bəxtəvər desinlər mənə,
Alnımın tərinə bulananım var.
Bu dünyanın hər ləzzəti, hər dadı,
Aşıq Aydın, bir dərd bilən yardadı!
Bundan belə qoparmaram fəryadı,
Ömrü bu ömrümə calananım var.
25.11.1974
Ömrün etməyəcək vəfa dedilər
85
BƏXTƏVƏR
Bir Leyli misaldı, tərlan xəyaldı,
Bülbüllü bağlarda güldü bəxtəvər.
Dağlarda maraldı, ağ üzdə xaldı,
Bahar vaxtı coşan seldi bəxtəvər.
Qaşını oynatdı, oxunu atdı,
Nazla qəmzə satdı, qanlara batdı.
Görüşü yubatdı, xalqı oyatdı,
Özü öz günahın bildi bəxtəvər.
Telə şana taxdı, həm həna yaxdı,
Pünhan-pünhan baxdı, odlara yaxdı.
Mən dedim – "Nahaqdı". O dedi – "Haqdı".
Dönüb çiyni üstdən güldü bəxtəvər.
Naz ilə sallandı, yanaq allandı,
Mehriban dilləndi, dodaq ballandı.
Örpəyi yelləndi, evə yollandı,
Aydını dərdlərə saldı bəxtəvər.
Aydın Çobanoğlu
86
DÜNYA
Dərd-möhnət əlindən ah çəkə-çəkə,
Yüksəlir başımdan duman, a dünya!
Gecəli, gündüzlü yaş tökə-tökə,
Axıtdım gözümdən ümman, a dünya!
Məcnun eşq ucundan oldu tüfeyli,
Əsliydi Kərəmin marağı, meyli.
Neçə aşiq getdi səndən gileyli,
Dad-aman əlindən, aman, a dünya!
Kimi yarı ala, yaşıla bəzər,
Sərv qamətinə zər-ziba düzər.
Kimi məlul-məyus, xəcalət gəzər,
Nə yaman bəd gəlib zaman, a dünya?!
Heç səndə görmədim eşqə ehtiram,
Halallar əyildi, baş oldu haram.
Bu minvalla çətin sağala yaram,
Qol-qanad verirsən yamana, dünya!
Mənim də sinəmdə az deyil dağın,
Qəm-kədər vermisən sən yığın-yığın.
Aydın, nə mənası oda yanmağın?!
Əzəldən cəlladdır insana dünya.
Dostları ilə paylaş: |