Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə4/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   2   3   4   5   6   7   8   9   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

11



Aydın Çobanoğlu “Diqqətsizlik, yoxsa…” məqaləsində 

isə çox aktual bir mövzuya toxunub. Bəzi aşıqların qoşmaları-

nın müxtəlif aşıqların adına çıxılmasından söz açır. Tədqiqatçı 

faktlarla belə səhvləri göstərir və gələcəkdə belə səhvlərin qar-

şısının alınması yollarını arayır. Tədqiqatçıları diqqətli olmağa 

səsləyir. 

“Koroğlunun sorağına gəlmişəm” məqaləsində  Aşıq Ay-

dın 1988-ci ilin iyun ayında Naxçıvanda Koroğlunun heykəlinin 

açılışına getməsindən, Babək rayonunun “Yeni yol” kəndində 

“Cəlili” və “Ayaq Cəlili” havalarının yaradıcısı, XIX əsrin gör-

kəmli ustadlarından biri Aşıq Cəlilin qəbrini ziyarət etmələrin-

dən, Aşıqlar Birliyinin sədri Hüseyn Arifin Naxçıvanın Mədə-

niyyət naziri Fəttah Heydərovdan aşığın qəbrinin üstünün götü-

rülməsi barədə xahişindən və s. söhbət açır. Bütün bunlar qiy-

mətli məlumatlardır. 

Hələ ADU-nun tələbəsi olarkən Aydın “Sovet kəndi” qə-

zetində (17.04.1976) maraqlı yazı ilə  çıxış etmişdi. Məqalədə 

Tovuz rayonunda Aşıq Əkbərin ideyası və görkəmli maarif xa-

dimi, Tovuz rayon Maarif şöbəsinin müdiri Qara Sultanovun 

dəstəyi ilə Aşıq Əkbərin doğma kəndi Bozalqanlı kənd məktə-

bində 1975-ci ilin sentyabrında 18 nəfərdən ibarət Respublika-

mızda ilk dəfə olaraq saz həvəskarları qrupu yaradılmış, Aşıq 

Əkbər onlara müəllim təyin olunmuşdu. Tələbə Aydın Musayev 

nüfuzlu qəzetdə maraqlı çıxış edərək, bu təcrübəni Tovuz rayo-

nunun və eləcə də digər rayonların kənd məktəblərində də yay-

maq məsələsini gündəmə  gətirmişdi. Onun bu arzusu sonralar 

yerinə yetirildi. 



Aydın Çobanoğlu 

 

 



12

Göründüyü kimi, aşıq-şair Aydın Çobanoğlu hələ gənclik-

dən saz-söz sənəti ilə yaşamış, fikri-zikri bu sənətin inkişaf yol-

larını aramaq olmuşdur. 

Çobanoğlunun aşıq sənəti və ustad aşıqlar haqqında məqa-

lələri, Hindistan və İsveç təəssüratları onun səriştəli publisist ol-

duğundan xəbər verir. 

Aydın Çobanoğlu ustad aşıqlarla bağlı bir sıra radioveri-

lişlərin və yaradıcılıq gecələrinin ssenarilərini yazmışdır: Mika-

yıl Azaflı, Aşıq Əkbər Cəfərov və başqaları haqqında.  

Aydın,

 

eyni zamanda ilhamlı  şair olmuşdur.



 

Təsadüfi de-

yildir

 

ki,



 

prof.


 

Qara Namazov

 

“Aşıqlar”



 

kitabında

 

(2004,


 

s.54-55) 

onu oxucu və tədqiqatçılara şair-aşıq kimi təqdim edir. 

Onun poeziya sahəsindəki uğurları xüsusi tədqiqat mövzu-

sudur. Aydın Çobanoğlu həm xalq ruhuna daha yaxın olan aşıq 

poeziyasını,

 

həm də


 

klassik


 

 



çağdaş poeziyamızı,

 

yuxarıda qeyd 



etdiyimiz

 

kimi



 

yaxşı


 

bilir


 

 



hər

 

iki



 

qütbdə


 

qələmini


 

sınayır


 

və uğur


 

qazanırdı. 

Aşığın qoşma, gəraylı,

 

təcnis,



 

müxəmməslərini və s.

 

oxu-


duqca, onun aşıq yaradıcılığının qaynar çeşməsindən su içdiyi-

nin şahidi oluruq. Onlar kitabda ayrıca bölmədə

 

verilmişdir.



 

Ço-


banoğlunun

 

mərsiyələri



 

 



ayrıca

 

bölmədə



 

verilmişdir.

 

Onun 


Azərbaycanın Qoca qartalı Mikayıl Azaflıya, məşhur müğənni 

Səxavət Məmmədova, Aşıq Şakirə, 20 yanvar şəhidlərinə, Sala-

tın Əsgərovaya, dayısı oğlu Yunisə, prof. Xitab İsmayılova, ata-

sı Aşıq Çobana, görkəmli ictimai xadim Yunus Rzayevə və baş-

qalarına həsr etdiyi mərsiyələri həyəcansız oxumaq olmur. 

Şair-aşığın nəğmələri də ayrıca bölmədə verilmişdir. Bu-

rada onun

 

“Gözəllər olmasaydı”, “Aygünüm”,



 

“Aytən, Orxan və 

Zeynəb” bulaq suyu kimi qəlbə yayılan şeir-nəğmələri vardır.  



Ömrün etməyəcək vəfa dedilər 

 

13



Aydın Çobanoğlunun ithafları da ayrıca bölmədə verilmiş-

dir. Aşığın ithaflarını izlədikcə onun çağdaş şairlərimizə, incə-

sənət nümayəndələrinə, saz-söz ustalarına ehtiram və isti müna-

sibətini aydınca görürük. Xalq şairi Səməd

 

Vurğunun 80 illiyi-



nə, Aşıq Hüseyn Saraclının 70 illiyinə, Əlimərdanlı Aşıq Nəcə-

fə, Sosialist Əməyi qəhrəmanı  Fərzəli Abbasova, şair Sücaətə, 

İlyas Tapdığa, Xalq artisti Arif Babayevə,

 

tanınmış alim



 

Teymur 


Zeynalova, Xalq şairi Söhrab

 

Tahirə,



 

Xalq  şairi

 

Hüseyn


 

Arifə, 


Yunus Novruzoğluna, qarslı aşıq Murad Çobanoğluna, zəmanə-

nin dönüklüyü ilə vətəndən didərgin düşmüş şair Məmməd İs-

mayıla, Aşıq Ulduza, şair dostu Ələmdar  İsaya,  şair Knyaza, 

həkim Hökümə  Ağayevaya və başqalarına həsr etdiyi şeirlər 

XX əsrin 70-80-ci illər ədəbi, mədəni və ictimai mühiti barədə 

təsəvvür yaradır. 

Şair-aşığın

 

Naxçıvana,



 

Cəlilabada,

 

İsmayıllı



 

kəndlərinə, 

Kəlbəcərə,

 

Tovuza



 

və s.


 

bölgələrimizə həsr etdiyi şeirlərini oxu-

duqca, sanki vətən xəritəsini vərəqləyirsən. Kitabda Çobanoğlu-

nun


 

aşıq


 

sənəti və aşıqlar haqqında düşüncələri, səfər qeydləri

elm xadimləri, ziyalı və eləcə də, əcnəbi qonaqlarla unudulmaz 

görüşləri ayrıca başlıqlarla verilmişdir.  

Aydın məlahətli səsi olan aşıq idi. Pəsdən oxuyurdu. Tale-

dən gələn qismətini “Veribdi” şeirində minnətdarlıqla yada sa-

lır, naşükürlük etmir: 

 

– Deyirəm, çox şükür, çıxmayıb yaddan, 



Bir azca səs, bol söz, bir saz veribdi! 

 

 Çobanoğlu görücü ilə söhbətini ürəkağrısı ilə “Dedim 

mən” şeirində qələmə alıb: 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə