Microsoft Word Avtomobil muhazira


NƏQLİYYAT VASİTƏLƏRİNİN TƏRTİBAT SXEMLƏRİ



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə6/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

NƏQLİYYAT VASİTƏLƏRİNİN TƏRTİBAT SXEMLƏRİ 
 
Nәqliyyat vasitәlәrinin konstruksiyalarının onların xüsusiyyәtlәrinә tәsiri 
nöqteyi-nәzәrdәn avtomobillәrin tәrtibatı − әsas sistemlәrin (mühәrrik, 
transmissiya, hәrәkәt etdirici, idarә etmә sistemlәri, aparan sistem, kuzov) qarşılıqlı 
yerlәşmәsi vacib rol oynayır. Minik avtomobillәrindә әksәr hallarda kuzov aparan 
hissә (aparan kuzov) rolunu oynayır, bu kütlәni azaldır vә avtomobilin digәr 
sistemlәrinin yerlәşdirilmәsi üçün lazımi qәdәr sәrbәstlik yaradır. Mühәrrikin, 
ötürmәlәr qutusunun vә aparan körpünün qarşılıqlı yerlәşmәsinә görә minik 
avtomobillәrinin bir neçә konstruktiv sxemlәri var (şәkil 3): 
Şәkil 5. Minik avtomobillәrinin әsas tәrtibat sxemlәri: a – qabaq intiqallı; b – arxa intiqallı 
(klassik); c – tam intiqallı (bütün tәkәrlәri aparan); 1 – mühәrrik; 2 – ilişmә muftası; 3 – 
ötürmәlәr qutusu; 4 – intiqal valları (yarımoxlar); 5 – arxa aparan körpü; 6 – kardan ötürmәsi; 
7 – qabaq aparan körpü ilә birlәşmiş ötürmәlәr qutusu; 8 − paylayıcı qutu; 9 – qabaq kardan 
valı; 10 – qabaq aparan körpü 
 
Qabaq intiqallı 
– belә avtomobildә (şәkil 5, a) mühәrrik 1 qabaqda, adәtәn 
eninә yerlәşir. Bu tәrtibatda qabaq aparan körpülәrlә birlәşdirilmiş ötürmәlәr 
qutusu 7 istifadә edilir. İntiqal valları aparan körpüdәn burucu momenti tәkәrlәrә 
ötürür. Nümunә VAZ-2109, -2110 vә onların modifikasiyasını göstәrmәk olar. 
Arxa intiqallı 
– bu klassik tәrtibatda (şәkil 5, b) mühәrrik 1 qabaqda, adәtәn 
uzununa yerlәşir. Burucu moment mühәrrikdәn ötürmәlәr qutusuna 3 vә kardan 
ötürmәsi 6 vasitәsi ilә arxa aparan körpüyә 5, onlardan isә intiqal vallarına 4 
(yarımoxlara) – arxa aparan tәkәrlәrә ötürülür. Belә tәrtibata nümunә VAZ-2101− 
VAZ-2107 avtomobillәrini göstәrmәk olar. 


10 
Tam intiqallı 
bu dörd tәkәri aparan, artırılmış 
keçicilik 
qabiliyyәtli 
avtomobillәrdir (şәkil 5, c). Burucu moment ötürmәlәr qutusundan paylayıcı 
qutuya 8 vә oradan iki kardan valı ilә tәkәrlәrә verilir. Paylayıcı qutu lazım 
olduqda körpülәrdәn birinin intiqalını ayırmağa, çәtin keçilәn yol sahәlәrindә vә 
yolsuzluq şәraitindә isә alçaldıcı pillәni qoşmağa imkan verir. Nümunә − VAZ- 
2131 «Niva» vә UAZ avtomobillәrinin bütün modellәri. 
Avtomobillәrin konstruksiyalarında olan müxtәlifliyә baxmayaraq onlarda 
aqreqatların, mexanizm vә sistemlәrin әsas iş prinsipi eynidir. Buna görә dә 
kitabda çox hallarda aqreqat vә mexanizmlәrin quruluşu vә işi avtomobilin markası 
göstәrilmәdәn verilmişdir. 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə