Microsoft Word Avtomobil muhazira


Qovşaq  – bir-biri ilә öz aralarında yiv, pәrçim, qaynaq vә ya digәr birlәşmә  ilә birlәşәn bir sıra detal yığımıdır.  Mexanizm



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə2/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

Qovşaq 
– bir-biri ilә öz aralarında yiv, pәrçim, qaynaq vә ya digәr birlәşmә 
ilә birlәşәn bir sıra detal yığımıdır. 
Mexanizm 
– öz aralarında hәrәkәtli birlәşәn, hәrәkәt vә sürәti çevirәn detallar 
vә ya qovşaqlar yığımıdır. 
Aqreqat 
– bütöv halda birlәşmiş bir neçә mexanizmdir. 
Sistem 
– iş zamanı müәyyәn olunmuş funksiyanı yerinә yetirәn, qarşılıqlı 
tәsirdә olan mexanizm, cihaz vә digәr quruluşlar yığımıdır. 
Bütün mexanizmlәr, aqreqatlar vә sistemlәr avtomobilin әsas tәrkib hissәlәri 
olan üç hissәsini tәşkil edir: mühәrrik, kuzov vә şassi. 
Mühərrik 
avtomobilin hәrәkәtini tәmin edәn mexaniki enerji mәnbәyidir. 
Mexaniki enerji mühәrrikdә digәr növ enerjinin (yanan yanacağın enerjisi, elektrik 
enerjisi, qabaqcadan sıxılmış havanın enerjisi vә sairә) çevrilmәsi hesabına әldә 
edilir. Qeyri-mexaniki enerji mәnbәyi, adәtәn birbaşa avtomobildә olur vә vaxtaşırı 
doldurulur. 
Müasir avtomobillәrdә enerji mәnbәyi kimi neft mәnşәli maye yanacaqla 
(benzin vә dizel yanacağı) vә ya qazla işlәyәn porşenli daxili yanma mühәrriklәri 
daha geniş yayılıb. 
Kuzov 
sürücü, sәrnişinlәr vә baqajın yerlәşdirilmәsi vә onların xarici 
tәsirlәrdәn (külәk, yağış, çirk vә s.) qorunması üçün nәzәrdә tutulur. Yük 
avtomobilinin kuzovu mühәrrikin arxasında vә ya mühәrrikin üstündә 
yerlәşdirilmiş sürücü kabinәsindәn vә yük platformasından ibarәtdir. Minik 
avtomobillәrindә vә avtobuslarda sürücü yeri vә sәrnişin salonu bir yerdә olur. 
Bәzi hallarda kuzov aparan hissә funksiyasını da özündә birlәşdirir (aparan 
kuzov). Avtomobilin digәr sistemlәrinә daxil olmayan qovşaqların, aqreqatların, alt 
sistemlәrinin (xarici işıqlanma cihazları, salonun iqlim quruluşları, sürücü vә 
sәrnişinlәr üçün bәzi tәhlükәsizlik quruluşları vә sairә) «kuzov» sisteminә daxil 
olunması qәbul edilib. 



Şassi 
mexanizm, aqreqat vә sistemlәrin yığımı olub avtomobilin hәrәkәtini vә 
idarә olunmasını tәmin edir. Şassiyә aparan hissә (çәrçivә, qabaq vә arxa asqılar, 
tәkәrlәr, körpülәr), transmissiya, idarә mexanizmlәri (sükan idarәsi vә tormoz 
sistemlәri) daxildir. 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə