|
Microsoft Word Avtomobil muhaziraAVTOMOBİLLƏRİN MARKALANMASIAvtomobillerin konstruksiyasi-Kerimov Z-Low resolAVTOMOBİLLƏRİN MARKALANMASI
Hazırda çox ölkәlәr öz avtomobil sәnayesinә malikdir. Hәr il dünyada on
milyonlarla avtomobil istehsal olunur. Avtomobil istehsalı vә satışı beynәlxalq
xarakter daşıyır. Nәhәng avtomobil parkına nәzarәti sәrtlәşdirmәk üçün
beynәlxalq cәmiyyәt avtomobilin identifikasiya nömrәsi vә ya VİN-in (Vehicle
Identification Number) kömәyi ilә avtomobillәrin vahid ümumdünya markalanma
sisteminin tәtbiqi haqqında qәrar çıxardı.
VIN nömrәsi 17 işarәdәn ibarәtdir, onun üç tәrkib hissәsi var:
İlk üç mövqe – istehsalçının beynәlxalq kodu
(WMI)
– üç hәrfin vә ya hәrf
vә rәqәmlәrin birlәşmәsi, avtomobil istehsalçısının hәr biri üçün fәrdidir.
Sonrakı altı mövqe nömrәnin tәsviri hissәsidir
(VDS)
, burada avtomobilin bu
vә ya digәr modelinin (modifikasiyasının) işarәsi kodlaşdırılır.
10-
dan 17-yә qәdәr mövqelәr nömrәnin göstәrici hissәsidir
(VIS)
vә burada
adәtәn istehsal ili (10-cu mövqe) vә konkret avtomobilin sıra nömrәsi işarә edilir.
VIN nömrәsi mәcburi qaydada, avtomobilin istehsalı zamanı onun üzәrinә
vurulur vә qeydiyyat sәnәdlәrindә qeyd olunur.
Rusiya istehsalı olan avtomobillәr dörddәn altıya qәdәr rәqәmdәn ibarәt
işarә ilә qeyd olunur. Birinci rәqәm texniki parametrlәrdәn birinә görә (mühәrrikin
işçi hәcmi – minik avtomobillәri üçün, qabarit uzunluğu – avtobuslar üçün, tam
kütlә – yük avtomobillәri üçün), ikinci rәqәm onun tәyinatının indeksi vә ya
kuzovun tipini (1 – minik avtomobili, 2 – avtobus, 3 – 7 – müxtәlif kuzovlu yük
avtomobili, 8 – qoşqu, 9 – yarımqoşqu) göstәrir. Üçüncü vә dördüncü rәqәmlәr
avtomobilin modelini göstәrir vә istehsalçı zavod tәrәfindәn verilir. Beşinci
rәqәmin olması (vә ya beşinci vә altıncı), söhbәtin baza modelin
modifikasiyasından getdiyini göstәrir.
Modifikasiya dedikdә baza modeli ilә müqayisәdә konstruksiyasına kiçik
dәyişikliklәr edilmiş avtomobil başa düşülür. Mәsәlәn «Jiquli» avtomobilinin
ВАЗ-21099 modifikasiyası, ВАЗ-2109 baza modelindәn yalnız kuzovun arxa
hissәsinin forması ilә fәrqlәnir.
|
|
|