Microsoft Word Avtomobil muhazira



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə3/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

Aparan hissə 
digәr bütün qovşaqların, aqreqat vә sistemlәrin yerlәşdirilmәsi 
vә bәrkidilmәsi üçündür. O çәrçivә (yük avtomobillәrindә) vә ya aparan kuzov 
şәklindә (minik avtomobillәri vә avtobuslarda) hazırlana bilәr. Aparan çәrçivәnin 
tipindәn asılı olaraq avtomobillәr çәrçivәli vә ya çәrçivәsiz adlanır. 
Şәkil 1. Aparan kuzovlu minik avtomobilinin әsas hissәlәri 
 
Transmissiya 
(güc ötürmәsi) enerjini mühәrrikdәn tәkәrlәrә ötürür vә onu 
tәkәrlәrdә istifadә etmәk üçün sәmәrәli formaya çevirir. Transmissiyalar mexaniki, 
elektrik, hidrohәcm vә kombinә edilmiş olur (elektromexaniki vә hidromexaniki). 
Müasir avtomobillәrdә mexaniki vә hidromexaniki transmissiyalar daha geniş 
istifadә edilir. Arxa tәkәrlәri aparan avtomobillәrdә transmissiya ilişmә 
muftasından, ötürmәlәr qutusundan, kardan ötürmәsindәn, baş ötürücüdәn, 
diferensialdan vә yarımoxlardan ibarәtdir. Baş ötürücü, diferensial vә yarımoxlar 
aparan körpünün tirindә yerlәşdirilir. Qabaq tәkәrlәri aparan avtomobildә, 
transmissiyada ötürmәlәr qutusu ilә baş ötürücü arasında kardan ötürmәsi olmur. 
Bütün tәkәrlәri aparan avtomobildә transmissiyaya әlavә olaraq aparan körpülәrlә 
kardan ötürmәsi ilә birlәşәn paylayıcı qutu daxil olur. Mühәrrik, ilişmә muftası vә 
ötürmәlәr qutusu sәrt birlәşdikdә belә konstruksiya güc aqreqatı adlanır. 
Asqı 
tәkәrlәri aparan sistemlә elastiki birlәşdirir vә hәrәkәt zamanı hәrәkәt 
sәlisliyini tәmin edir, yәni sürücünü, sәrnişinlәri vә yüklәri yolların 



nahamarlığından yaranan vә tәkәrlәr tәrәfindәn qәbul edilәn zәrbәlәr vә 
tәkanlardan qoruyur. 
Təkərlər 
avtomobili yolla әlaqәlәndirir, onun hәrәkәtini vә dönmәsini tәmin 
edir. Tәkәrә mühәrrikdәn güc vә burucu moment ötürülürsә ona aparan tәkәr, әks 
halda isә aparılan tәkәr deyilir. Avtomobilin dönmәsini tәmin edәn tәkәrlәr idarә 
olunan tәkәrlәr adlanır. Aparan vә idarә olunana tәkәrlәrә kombinә edilmiş tәkәrlәr 
deyilir. 
Körpülər 
avtomobilin aparan sistemini saxlayır. Avtomobildә aparan
aparılan, idarәolunan vә kombinә edilmiş (idarә olunan vә aparan) körpülәr istifadә 
edilir, uyğun olaraq bu körpülәrdә aparan, aparılan, idarә olunan vә ya kombinә 
edilmiş tәkәrlәr yerlәşdirilir. 
A

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə