Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   ...   16   17   18   19   20   21   22   23   24

dövlətlə  mübarizə  aparmaq  məqsədi  ilə  qısa  bir  zamanda  İngiltərədən  qoşunlar  toplandı. 

Ə

sasən İngilislərin üstünlüyü özünü daha çox dəniz donanmalarında göstərirdi. 1776-cı ildə 



Vaşinqtonun ordusu 

Boston


'u azad edir.

[15]


 Lakin ingilislər 

Nyu-York


'u ələ keçirirlər. Tərəflər 

arasında ilk həlledici döyüş, 1777-ci ildə Saratoqa kəndi yaxınlığında baş vermiş 

Saratoqa 

döyüşü


'dür.  Üsyançılar  İngilisləri  məğlub  etdilər,  bu  qələbə  üsyançıların  gücünü  daha  da 

artırdı, 

Fransa 

və 


İ

spaniyanın 

müharibəyə 

qoşulmasına 

təkan 

verdi. 


Konqres 

Fransa


 və

İ

spaniya



'nı  müharibəyə  cəlb  etmək  üçün 

Bencamin  Franklin

'i  Avropaya 

göndərdi.  Franklinin  diplomatik  səyləri  nəticəsində  həmin  dövlətlərlə  müqavilə  imzalandı. 

Fransa  və  İspaniyanın  müharibəyə  girməsi  ingilislərin  vəziyyətini  çətinləşdirdi.  Saratoqa 

məğlubiyyətindən sonra ingilislər hərbi əməliyyatı cənuba keçirdilər. 1781-ci ilin oktyabrında 

Corc  Vaşinqtonun  orduları  ingilisləri  Yorktoun  ərtafında  mühasirəyə  alaraq,  onları  təslim 

olmağa  məcbur  etdi.  Bir  il  sonra  İngiltərə  müharibəni  dayandırdı  və  sülh  danışıqlarına 

başladı.  1783-cü  il  sentyabrın  3-də  Versalda  sülh  müqaviləsi  imzalandı.İngiltərə  ABŞ-n 

müstəqilliyni  tanıdı.Alleqan  dağlarından  Missispi  çayına  qədər  olan  ərazi  ABŞ-ın 

sərhədıərinə  daxil  edildi.  Ölkədə  hakimiyyəti  möhkəmləndirmək  üçün  güclü  mərkəz 

yaradıldı. 1787-ci ildə ştatların nümayəndələrinin xüsusi məclisi ABŞ konstitusiyasını qəbul 

etdi.  Konstitusiya  republika  quruluşu  təsbit  edilərək,fedarativ  dövlət  forması  yaradıldı.Ali 

qanunverici  orqan  iki  palatadan  ibarət  Konqres  idi.  Yuxarı  palata  Senat,aşağı  palata  isə 

Nümayandələr palatası adlanırdı. Konstitusiyaya görə icta hakimiyyətinin başında 4 ildən bir 

seçilən  Prezident  dururdu.  O,  silahlı  qüvvələrə  komandanlıq  və  hökümətə  rəhbərlik  edirdi. 

1791-ci  ildə  konqres  Konstitusiyaya  10  düzəliş  etdi.  Bu  düzəlişlərdə  vətandaşlara 

söz,mətbuat,yığıncaq,vicdan  azadlığı,şəxsiyyət,mənzil  və  xüsusi  mülkiyyət  toxunulmazlığı 

hüquqları  verilirdi.  Məhkəmənin  qərarı  olmadan  özbaşına  həbslər  qadağan  edilirdi. 

İ

stiqlaliyyət  müharibəsi  nəticəsində  kapitalizmin  inkişafına  mane  olan  amil,  ingilis 



müstəmləkə hökmranlığı aradan qaldırıldı. Feodal qaydalarına bir dəfəlik son qoyuldu. ABŞ 

Konstitusiyası dünyada ilk dəfə olaraq ölkədə hakimiyyətin qanunvericilik, icra və məhkəmə 

hakimiyyətlərinə bölünməsini təsbit etdi. 

 

38. Fransız  nqilabından əvvəlki siyasi mühit 



Fransız  inqilabı “Keçmiş dünyada” 25  il qarışıqlıq ortaya çıxarmışdır. Siyasi mənada , 

liberalizmin  əsası  hökümətlə  cəmiyyət  arasında  qarşılıqlı  və  qırılmaz  əlaqələrin 

qurulmasıdır. İngilis konstitutyası hərəkətlərində və Amerika inqilabında oldugu kimi, 

Fransa  inqilabının  da  əsasını  monarxın  aşırılıqlarından  axtarmaq  lazımdır.  Monarxın 

saray xərcləri vergi ilə əldə edilən gəlirdən daha çox idi. 

Belə  bir  siyasi  mühitdə,  varlılar,  din  xadimləri  və  xalqın  təşkil  etdiyi  3  kameralı 

parlament toplandı. Beləliklə, Fransa inqilabında ilk təşkilatlanmada soylular əsas rolu 

oynamışlar. Kral hər şeyi diktator üsullarla həll edir, istehsalla məşğul olan burjuaziya 

və  kəndliləri  iqtidara  yaxın  buraxmırdı.  Ancaq  Fransanın  1713-1789-cu  illərdə  xarici 



ticarətinin  5  dəfə  artması  burjuaziya  və  tüccarların  artan  güclərinin  ən  bariz 

nümunəsidir. 

 

 

 39. Soyuq müharibə zamanı ABŞ-ın xarici siyasəti



 

Almaniya və Yaponiya üzərində 1945-ci ildə çalınan qələbənin sevinci çox keçmədi ki, 

qorxu  ilə  əvəz  olundu.  Belə  ki,  Amerikanın  müttəfiqi  olan  Sovet  İttifaqı  birdən-birə 

dönüb onun düşməninə çevrildi və Soyuq Müharibə qırx ilə qədər çəkdi. 

Soyuq  Müharibə  amerikan  cəmiyyətinə,  onun  dövlət  siyasətinə  böyük  dəyişmələr 

gətirdi.  Bu  müharibə  amerikan  xalqına,  çətin  də  olsa,  öz  münasibət  və  baxışlarına 

yenidən nəzər yetirməyi təlqin etdi. Axı amerikalılar özlərinin xarici siyasətində yalnız 

ağ  və  qara  rəngi  görməyə  alışmışdılar:  hər  hansı  dövlət  ya  dostdur,  ya  da  düşmən; 

yaxşı  siyasət  ya  da  pis  siyasət,  udulan,  ya  da  uduzulan  müharibə;  Soyuq  Müharibə 

dövründə  amerikan  xarici  siyasəti  mahiyyətcə  Harri  Trumən  tərəfindən  düşünülmüş 

"cilovlama siyasəti"nə (containment policy) söykənirdi. Bu siyasətin əsas məqsədi Sovet 

İttifaqının  nüfuz  dairəsini  Şərqi  Avropa  çərçivəsində  cilovlamaq  idi;  kommunist 

qüvvələri daha uzağa gedəcəyi təqdirdə, Birləşmiş Ştatların əsas vəzifəsi Sovet İttifaqını 

yalnız öz yerində oturtmaq idi… 

Soyuq  Müharibə  amerikanlara  imkan  yaratdı  ki,  Marşall  planını  əldə  rəhbər  tutub 

səxavət göstərsinlər, həm də ölkənin öz daxili siyasətində ciddi dəyişmələr aparsınlar. 

Koreya müharibəsinin tən ortasında o qədər də rəğbət qazanmayan prezident, məşhur 

generalı tutduğu vəzifədən azad etməklə, mülki rəhbərliyin hərbçilərdən bir baş yuxarı 

olduğunu  sübuta  yetirdi.  Ali  Məhkəmə  öz  hərbi  səlahiyyətlərindən  istifadə  etmiş 

prezidentin  bu  təşəbbüsünü  antikonstitusion  hərəkət  kimi  qiymətləndirdi;  amerikan 

tarixində Vətəndaş müharibəsindən bəri indiyəcən belə bir məqama rast gəlinməmişdi. 

Elə  bu  məqamdaca  makkartizm  öz  üzünü  göstərdi;  qısa,  ancaq  dəhşətli  bir  zaman 

kəsiyində kütlə şüuru – demokratiyanın astar üzü meydan suladı.  

 

40



. XX əsrin əvvəllərində beynəlxalq münasibətlər

 

      XX  əsrin  əvvəllərində  beynəlxalq  münasibətlər  dünya  siyasətində  ABŞ-ın  rolunun 



artması ilə səciyyələnir. Bu dövrdə ABŞ-ın xarici siyasət fəaliyyətində Latın Amerikası 

mərkəzi  yer  tuturdu.  ABŞ  Latın  Amerikası  regionunda  nüfuzunu  artırmaq  və  öz 

ətrafında region dövlətlərini birləşdirmək siyasəti yürüdürdü. Bu illərdə ABŞ çəkiləcək 

Panama kanalı üzərində tək ağalıq etmək istəyirdi. O, bu istəyinə 1901-ci ildə İngiltərə 

ilə  imzaladığı müqavilə ilə çatmış oldu. Bu müqaviləyə görə, kanalı ABŞ hökuməti və 

ya onun istəyinə uyğun olaraq xüsusi şirkətlər tikə bilərdilər. 

1902-ci ildə ABŞ kanalın tikintisinə dair konsessiya hüququnu fransız şirkətindən 

satın  aldı.  1903-cü  ildə  ABŞ  və  Kolumbiya  hökumətləri  müqavilə  imzaladılar. 

Müqaviləyə  görə,  Kolumbiya  hökuməti  öz  ərazisində  Sakit  okeandan  Atlantik  okeana 

qədər  ərazidən  çəkilən  zolağı  99  il  müddətinə  ABŞ  hökumətinə  icarəyə  verməli  idi. 

Lakin  Kolumbiya  konqresi  bu  müqaviləni  rədd  etdi.  Belə  olduqda  ABŞ  Kolumbiyaya 

təzyiq göstərərək orada dövlət çevrilişi etdi. ABŞ-ın yardımı ilə Panama respublika elan 

edildi.  ABŞ  Panama  Respublikasının  müstəqilliyini  tanıyaraq  onunla  münasibətlər 

qurdu. Kanal 1914-cü ildə istifadəyə verildi. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə