Benqazidəki hücümla bağlı abş Prezidentin bəyanatı



Yüklə 100,12 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü100,12 Kb.
#67537

background image
AĞ EV 

Mətbuat Xidməti 

______________________________________________________________________________ 

DƏRHAL YAYIM ÜÇÜN 

12  sentyabr 2012 

 

Benqazidəki hücümla bağlı ABŞ Prezidentin bəyanatı 

 

Səfir Kris Stivens də daxil olmaqla dörd amerikalı vətəndaşın həyatını aparmış Benqazidəki 



diplomatik nümay

əndəliyimizə edilən hiddətləndirici hücumu güclü qınayıram. Hal-hazırda 

Amerika xalqı itirdiyimiz insanların ailələrini öz düşüncə və dualarında saxlayırlar. Onlar 

azadlığa, ədalətə və dünyadakı ölkələr və xalqlarlaəməkdaşlığa Amerikanın sədaqətinin 

t

əcəssümü idi və onların həyatına qəddarcasına qəsd edənlərlə tam ziddiyyət təşkil edirlər.  



 

Mən Administrasiyama Liviyadakı heyətimizin təhlükəsizliyinə dəstək vermək üçün lazım olan 

bütün v

əsaitləri təmin etmək və yer üzərindəki bütün diplomatik postlarımızda təhlükəsizliyi 



artırmaq göstərişi vermişəm. ABŞ digərlərinin dini inanclarına dil uzatmaq cəhdlərini rədd edir. 

Eyni zamanda hamımız bu dövlət xadimlərinin həyatlarına qəsd etmiş bu cür hissiyyatsız 

q

əddarlığa yekdilliklə qarşı çıxmalıyıq. 



 

Şəxsən onu deyə bilərəm ki, Kris ABŞ-ın cəsur və nümunəvi təmsilçilərindən idi. Liviyadakı 

inqilab dövründ

ə o, Benqazidəki diplomatik missiyamızda ölkəmizə və Liviya xalqına 

f

ədakarlıqla qulluq etmişdir. Tripolidə səfir kimi o, Liviyanın demokratiyaya keçidini 



d

əstəkləmişdir. Nə qədər ki, insanlar  azadlıq və ədalətə çatmaq istəyəcəklər onun mirası davam 

ed

əcək. Mənim Administrasiyama göstərdiyi xidmətə görə ona çox minnətdaram və onun 



itkisind

ən çox təəssüflənirəm. 

 

İtirdiklərimiz cəsur amerikalılar hər gün yer kürəsi üzərində vətəndaşlarımızın etdikləri 



müst

əsna xidmət və verdikləri qurbanların təcəssümüdür. Onların ailələri ilə həmrəy olduğumuz 

kimi g

əlin onların işlərinin irəliləməsi üçün öz səylərimizi ikiqat artıraq.  



 

### 


 

Yüklə 100,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə