27
birincili vərəmdə, həm də ikincili vərəm formalarında reaktivasiya
nəticəsində inkişaf edə bilər. Miliar vərəmin inkişafına bir neçə
faktorun təsiri məlumdur: erkən uşaq yaşları, qeyri-kafi qidalanma,
İİV-ə yoluxma, alkoqolizm, şəkərli diabet, xronik böyrək
çatışmazlığı, postqastroektomik sindrom, orqan transplantasiyası,
birləşdirici toxumanın sistem xəstəlikləri, hamiləlik, zahılıq dövrü,
bədxassəli şişlər, silikoz və s. İİV-ə yoluxmuş şəxslərdə miliar vərəmlə
xəstələnmə 3 dəfə çox təsadüf edir ki, bu da vərəmin immun
sisteminin çatışmazlığı ilə əlaqədar olduğunu sübut edir. Miliar vərəm
immunosupresiv terapiya (kortikosteroidlərin, sitostatiklərin, şişlərin
nekroz faktoru inhibitorları-alfa qəbulu) fonunda da inkişaf edə bilər.
Bəzi tibbi manipulyasiyalardan sonra xəstələrdə miliar vərəmlə
xəstələnmə hadisələri məlumdur. Bunlara sidik kisəsinin
kateterizasiyası, ekstrakorporal litotripsiya, ürək klapanlarının
protezləşdirilməsi, sidik kisəsi xərçənginin müalicəsi məqsədi ilə
KJB vaksininin sidik kisəsi daxilinə yeridilməsi aiddir.
Şəkil 1. Miliar vərəm zamanı müxtəlif orqanların zədələnmə tezliyi
(Sharma SK, Mohan A, Sharma A. Challengers in the diagnosis & treatment of
military tuberculosis. Indian J Med Res. 2012 May; 135 (5): 703-30)
Miliar vərəm üçün yüksək hərarət, titrəmə, gecə tərləmələri,
iştahanın və çəkinin azalması kimi klinik simptomlar səciyyəvidir.
Bu və ya digər orqanın zədələnməsindən asılı olaraq ümumi
simptomlara yerli simptomlar da qoşulur (Şəkil 1). Miliar vərəmin
10-30% hallarında vərəm meningiti aşkar edilir.
Miliar vərəmin tez
proqressivləşən və ildırımvari formaları septiki şok, kəskin tənəffüs
distress-sindromu, poliorqan çatışmazlığı ilə müşaiyət olunur. Miliar
vərəm üçün plevrit, pnevmotoraks, kəskin böyrək çatışmazlığı,
kəskin qaraciyər çatışmazlığı, ürək-qan-damar sistemi tərəfindən:
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
28
miokardit, durğunluqla müşahidə edilən ürək çatışmazlığı, endo- və
perikardit ürəkdaxili tromboz, aortanın anevrizması, antiretrovirus
terapiyası fonunda immunitetin bərpasının iltihabi sindromu kimi
fəsadlar səciyyəvidir.
Ağciyərin rentgenoqramlarında 85% hallarda diffuz interstisial
dəyişikliklər fonunda çoxsaylı kiçik, 2-3 mm diametrli ocaqlar aşkar
olunur. Qarın boşluğu orqanlarının USM-də lakunar assit, qaraciyər
və dalağın ocaqlı zədələnməsi, adneksit, mezenterial limfa vəzlərinin
böyüməsi və bağırsaqlararası soyuq abseslər aşkar olunur. Laborator
müayinələrdə normoxrom anemiya, leykopeniya, yaxud leykositoz,
EÇS artması və hiponatriemiya kimi dəyişikliklər müşahidə edilir
39
.
Ağciyər vərəmindən və ağciyərdənkənar orqanların vərəminin digər
formalarından fərqli olaraq miliar vərəm üçün tuberkulin sınaqlarının
anergiyası səciyyəvidir, belə ki, 20-75% hallarda Mantu sınağının
nəticəsi mənfi olur
73
. Diaqnozu dəqiqləşdirmək üçün aparılan digər
müayinələrə bəlğəmin, bronxoalveolyar lavajın, mədənin yuyuntu
sularının müayinəsi, onurğa beyninin punksiyası və onurğa beyni
mayesinin, qanın (VMB-ni aşkarlamaq üçün) əkmə üsulu ilə
müayinəsi, qaraciyər və sümük iliyinin biopsiyası, eləcə də göz
dibinin müayinəsi aiddir.
Müalicənin gecikdirilməsi yüksək ölüm səviyyəsinə gətirib
çıxarır. Hətta vərəm əleyhinə terapiya fonunda miliar vərəmi olan
xəstələr arasında letallığın səviyyəsi uşaqlarda 15-20%, böyüklər də
isə 25-30%-ə çatır.
Miliar vərəmin diaqnostikası
Ümumi praktika həkimləri ümumi simptomlar müşahidə edilən
xəstələr arasında miliar vərəmi vaxtında aşkarlamaq üçün son dərəcə
diqqətli olmalıdırlar. Əlavə amillər müşahidə edildiyi hallarda (yerli
simptomlar, risk faktorları, immunosupressiv terapiya) isə bu diqqət
daha da artırılmalıdır.
Miliar
vərəmin diaqnostika metodları:
Qanın müayinəsi zamanı hematoloji və biokimyəvi
dəyişikliklərin təyini:
hipoplastik anemiya
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
29
pansitopeniya, o cümlədən limfositopeniya
hiponatriemiya (antidiuretrik hormonun funksiyasının
pozulması nəticəsində inkişaf edir və xəstəliyin proqnozunun
qeyri-kafi olmasına dəlalət edir)
hepatotoksik təsiri nəticəsində bilirubinin və qaraciyər
transaminazalarının səviyyəsinin artması
böyrəklərin ifrazetmə funksiyasının göstəriciləri olan
kreatinin və sidik turşusunun qanda səviyyəsinin artması
Rentgenoqramda (KT-yə üstünlük verilməklə) ağciyərlərdə
interstisial dəyişikliklər fonunda xarakterik miliar ocaqların olması
Yerli simptomlar aşkar olunduqda müvafiq orqanların və
sistemlərin instrumental müayinəsi (KT, MRT, PET, USM)
İİV infeksiyasına görə müayinə
Damarlı qişada ocaqlı dəyişiklikləri aşkarlamaq məqsədi ilə göz
dibinin müayinəsi
Bəlğəmin bakterioloji müayinəsi, VMB-nin aşkar edilməsi və
onların dərmanlara həssaslığının təyin edilməsi üçün diaqnostik
bronxoskopiya
Yuxarıda göstərilən metodlar diaqnozu dəqiqləşdirmək üçün
kifayət etməzsə, aşağıdakı müayinələr aparılmalıdır:
plevra, perikard və qarın boşluğundan alınan ekssudatın
sitoloji, biokimyəvi və bakterioloji müayinəsi
periferik, döş qəfəsidaxili, mezenterial limfa düyünlərindən,
ağciyərlərdən, dəridən, qaraciyərdən və sümük iliyindən
alınmış bioptatların sitoloji, histoloji və bakterioloji
müayinəsi
nevroloji simptomlar müşahidə edilərsə KT və MRT
müayinələrində patoloji dəyişikliklər aşkar ediləcəyi təqdirdə
onurğa beyni mayesinin sitoloji, biokimyəvi və bakterioloji
müayinəsi aparılmalıdır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
Dostları ilə paylaş: |