35
Bəzi hallarda müsaqirənin izolə edilmiş vərəminə – vərəm
peritonitinə təsadüf edilir. Bunun üçün tədricən inkişaf edən assit,
qarında ağrılar və hərarətin qalxması kimi əlamətlər səciyyəvidir.
Peritoneal maye ekssudat xarakterli olub, tərkibindəki zülalın qanın
plazmasının zülalına olan nisbəti 1,1q/dl-dən az, leykositlərin
miqdarı limfositlər üstünlük təşkil etməklə 150-4000/mm
3
-dir.
Peritoneal ekssudatda bakterioskopik müayinə ilə çox nadir hallarda
VMB-ni aşkarlamaq mümkün olur, kultural müayinələr isə yalnız
30% hallarda müsbət nəticə verir. ADA-nın 33 U/L-dən yuxarı
olması vərəm peritoniti üçün xarakterik əlamət sayılır. Müsaqirənin
laparoskopik üsulla alınmış nümunəsinin histoloji müayinəsi
95% hallarda müsbət nəticə verdiyi üçün bu müayinə üsulu diaqnozu
təsdiqləmək üçün vacibdir
50
.
Mədə-bağırsaq sistemi vərəminin diaqnostikası
Qarın boşluğunun laporosentezi
USM ilə istiqamətləndirilən qarın boşluğunun NİAB-ı
Qarın boşluğundan (periton, müsaqirə, limfa vəziləri) götürülmüş
patoloji materialın biopsiyası zamanı vərəm qranulyomalarının
və onun komponentlərinin aşkarlanmasına yönəldilmiş histoloji
müayinə
VMB-ni və onların dərmanlara həssaslıq testini təyin etmək üçün
əldə edilən materialın (bioptatın, nəcisin, qarın boşluğundan
alınmış bioptatın) bakterioloji müayinəsi
Qarın boşluğundan alınmış bioptatın sitoloji, biokimyəvi
müayinəsi, o cümlədən ADA-nın təyini
Bakterioloji müayinələr müsbət nəticə vermədikdə patoloji
materialın PZR müayinəsi
Qarın boşluğunun, KT müayinəsinə üstünlük verilməklə,
rentgenoqrafik müayinəsi, eləcə də bağırsaqların barium məhlulu
ilə kontrast rentgenoqrafik müayinəsi
Qarın boşluğu orqanlarının USM-i
Yuxarıda göstərilən metodlarla müayinələrin nəticələri şübhə
doğurduğu hallarda bağırsaqlar və digər orqanlardan kolonoskopik
və ya laparoskopik yolla əldə edilmiş materialın histoloji və
bakterioloji müayinəsi göstərişdir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
36
Mədə-bağırsaq sistemi vərəminin müalicəsi
Müalicə kombinə edilmiş kimyəvi terapiyaya əsaslanır.
Fəsadlaşmamış mədə-bağırsaq vərəminin müalicəsi üçün
ACKV-nin adi formalarında istifadə olunan müalicə rejimi
tövsiyə olunur: 2HREZ/4HRE (B)
80
( Cədvəl 3)
Fəsadlaşmış mədə-bağırsaq traktı (bir neçə qrup limfa
düyünlərinin vərəm prosesinə cəlb olunması, fistulların əmələ
gəlməsi, assitlə fəsadlaşmış mezadenitlər) müalicəsində 8 aylıq
müalicə rejimi: 2SHREZ/1HREZ/5HRE tövsiyə olunur
Dərmanlara həssaslıq testin nəticəsi məlum olduqda kimyəvi
terapiyanın empirik rejimi ona uyğun olaraq tənzimlənir
Cərrahi müdaxilələr bağırsaq keçməzliyi, bağırsağın
perforasiyası, bağırsaq ilgəkləriarası abseslər kimi fəsadlar
olduqda həyati göstərişlər əsasında aparılır
Dəri vərəmi
Dəri vərəmi VMB-nin həm ekzogen yolla dəri tamlığının
travmatik və digər mənşəli pozulmasından, həm də orqanizmin
daxilində olan ocaqlardan limfogen yayılması nəticəsində yaranır.
Dəri vərəminin klinik təzahürləri çox müxtəlif olub, VMB-nin
orqanizmə daxil olma yollarından (ekzogen və ya endogen yoluxma),
immun sistemin vəziyyətindən və dəridəki zədələnmə ocağında
VMB populyasiyalarının kəmiyyətindən asılıdır
23
.
Dəri vərəminin
diaqnostikasının əsasını klinik təzahürlərin və xəstənin anamnezinin
dəqiq qiymətləndirilməsi, dəridən götürülən bioptatın və patoloji
möhtəviyyatın bakterioloji, histoloji və PZR müayinəsi təşkil edir.
Zədələnmə nahiyəsi dəri səthinin böyük hissəsini əhatə etdikcə
VMB-ni mövcud olan bütün müayinə üsulları ilə (mikroskopiya,
əkmə, histoloji müayinə, PZR müayinə) aşkarlamaq mümkün olur.
Bəzi dəri əlamətləri paraspesifik xarakter daşıyır və hiperhəssaslıq
tipində inkişaf edir. Bu hallarda VMB-ni heç bir üsulla aşkarlamaq
olmur, diaqnostika klinik əlamətlərə və xəstəlik tarixçəsinə əsaslanır.
Dəri vərəminin müasir təsnifatı VMB-nin zədələnmə ocağına daxil
olma yollarına və ocaqda infeksiyanın kəmiyyətinə əsaslanır.
VMB-nin zədələnmə ocağına daxil olma yollarına əsaslanan
təsnifat:
Ekzogen mənşəli
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
37
vərəm şankrı, dərinin ziyiləbənzər vərəmi, ekzogen
qurdeşənəyi
Endogen (təmas) mənşəli
skrofuloderma, orofasial vərəm
Hematogen mənşəli
kəskin miliar vərəm, metastatik (qummatoz) vərəm absesi,
papulonekrotik tuberkulid, hematogen qurdeşənəyi
Limfogen mənşəli
endogen limfogen qurdeşənəyi
Dəri vərəminin zədələnmə ocağındakı VMB-nin kəmiyyətinə
əsaslanan təsnifat:
Kütləvi zədələnmə ilə
vərəm şankrı, skrofuloderma, orofasial vərəm, kəskin miliar
vərəm, metastatik (qummatoz) vərəm absesi
Oliqobasilyar zədələnmələr
dərinin ziyiləbənzər vərəmi, qurdeşənəyi, papulonekrotik
tuberkulid
Dəri vərəminin diaqnostikası
Laborator testlər dərinin VMB ilə yalnız kütləvi zədələnməsi
zamanı kifayət qədər həssas olur. Ona görə də diaqnostikanın əsasını
klinik təzahürlərin və xəstəlik tarixinin ətraflı öyrənilməsi təşkil edir.
Ümumi praktika həkimlərinin risk qrupuna daxil olan şəxslərdə dəri
vərəminin olmasına görə şübhələri yüksək olmalıdır. Dəri vərəminə
şübhə olduqda ağciyər və ağciyərdənkənar mövcud ola biləcək
vərəm ocaqlarının aşkarlanması istiqamətində müayinələrin
aparılması vacibdir.
Dəri vərəminin diaqnostika metodları:
İİV-ə görə müayinə
Ağciyərlərin rentgenoqrafik müayinəsi
Fistulların, xoraların, çatların, irinli ifrazatın müşahidə edildiyi
hallarda patoloji materialın:
bakterioloji müayinəsi (mikroskopik və əkmə)
PZR müayinəsi
VMB-ni və qranulyomatoz iltihab elementlərini aşkarlamaq
məqsədi ilə sitoloji müayinəsi
Dəridə olan patoloji törəmələrin biopsiyası və bioptatın yoxlanması:
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
Dostları ilə paylaş: |