Microsoft Word 86 Agciyerden kenar verem 4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix21.03.2018
ölçüsü0,51 Mb.
#32986
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

21 

vərəm  əleyhinə kimyəvi terapiya ilə yanaşı qlükokortikosteroidlərin 

təyini xəstəliyin simptomlarının daha tez itməsini və perikard 

boşluğundan mayenin daha tez sorulmasını təmin edir. 



Vərəm perikarditinin diaqnostikası 

 



döş  qəfəsinin icmal rentgenoqramı, divararalığının KT 

müayinəsinə üstünlük verilməklə 

 

exokardioqrafik müayinə 



 

perikardial punksiya və perikardial mayenin müayinəsi 



 

vərəm perikarditi üçün perikard mayesində hüceyrə 



elementlərinin sayının artması  və qlükozanın miqdarının 

azalması səciyyəvidir 

 

mikroskopik müayinənin müsbət nəticəsi səciyyəvi deyil 



 

əkmə üsulu ilə VMB yalnız 25-50% hallarda aşkar olur 



Vərəm perikarditinin müalicəsi 

 



vərəm perikarditinin müalicəsi ACKV-nin digər formalarında 

olduğu kimi aparılır (Cədvəl 3); müalicə rejimi: 2HREZ/4HRE (B)

80

 



 

VM-nin DD-si aşkarlandığı hallarda müvafiq müalicə sxemi 

təyin olunur (Cədvəl 3

 



yaşlı  xəstələrə  vərəm  əleyhinə terapiya fonunda gündə 60 mq 

prednizolon təyin olunur. Əgər perikardial ekssudatın miqdarı 

azalarsa, 6-12 həftə  ərzində dozanı  tədricən azaltmaqla 

prednizolonun qəbulu dayandırılır (A)

80

 



 

uşaqlarda prednizolonun tövsiyə olunan dozası 2 mq/kq 

(maksimum 60 mq). Əgər perikardial ekssudatın miqdarı 

azalarsa, 4-6 həftə  ərzində dozanı  tədricən azaltmaqla 

prednizalonun qəbulu dayandırılır 

 



xronik konstriksiya inkişaf edərsə, perikardın drenaj olunması və 

ya perikardektomiya göstərişdir (C)

80

 

Sümük-oynaq sisteminin vərəmi 



ACKV-nin klinik formaları arasında sümük-oynaq sisteminin 

vərəminə 35% hallarda təsadüf edilir. Ən çox onurğanın, sonra isə iri 

oynaqların (bud-çanaq və diz) birtərəfli zədələnməsi və digər 

sümüklərin osteomieliti müşahidə edilir

26



 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




22 

Spinal zədələnmələr arasında onurğanın döş hissəsinin vərəm ilə 

zədələnməsinə daha çox təsadüf edilir. Bir qayda olaraq infeksiya 

fəqərələrin ön-daxili hissələrindən başlayaraq yaxında yerləşən 

fəqərələrarası disklərə və qonşu fəqərələrin cisimlərinə yayılır. Bu da 

öz növbəsində onların bir-birinə  pərçim olmasına və onurğanın 

əyilməsinə  (gibbus) səbəb olur. Müalicə aparılmazsa və ya 

diaqnostika gecikmiş olarsa, infeksiya ətraf toxumalara yayılır, 

paravertebral və ya bel əzələləri nahiyəsində absesin əmələ gəlməsi 

ilə  nəticələnir. Xəstələrdə  zədələnmiş nahiyədə  ağrılar, ümumi 

intoksikasiya  əlamətləri müşahidə edilir. Çox vaxt onurğa beyninin 

sıxılması nəticəsində paraplegiya inkişaf edir.  

İri oynaqların vərəmi sümük-oynaq sisteminin vərəmləri arasında 

təsadüfedilmə tezliyinə görə 2-ci yeri tutur. Ən çox bud-çanaq və diz 

oynaqları  zədələnir. Xəstəlik oynaqlarda şişkinlik, ağrılar, hərəki 

pozuntularla səciyyələnir və yarımkəskin gedişata malikdir. Sümük 

toxumasının osteomieliti bilək-tunel sindromu, tendovaginit, üz 

sinirinin iflici kimi ağırlaşmalarla müşayiət olunur. Xronik hallarda 

abseslərin və xarici irinli fistulların formalaşması mümkündür. 

Ümumi simptomlar, adətən, müşahidə edilmir. Rentgenoqramlarda 

ətraf toxumaların ödemləşməsi, osteoporoz və osteopeniya (sümük 

toxumasının sıxlığının azalması), oynaqarası sahələrin daralması, 

qığırdaq səthlərinin eroziyası  təyin edilir. MRT müayinəsi sümük 

toxuması  və  ətraf toxumaların vəziyyəti haqqında daha ətraflı 

məlumat verdiyi üçün seçim metodu olmalıdır. Belə  xəstələrin 

əksəriyyətində ağciyərlərdə vərəmin qalıq əlamətləri müşahidə edilir. 

Sümük-oynaq sisteminin vərəminin erkən diaqnostikası üçün 

ümumi tibb şəbəkəsi həkimlərinin yüksək sayıqlığının olması 

zəruridir. Onurğanın döş hissəsinin ləng gedişatlı osteomieliti 

əlamətləri və ya iri oynaqların septik mono-artritləri zamanı qeyri-

spesifik bakterial infeksiyanı  aşkarlamaq məqsədi ilə aparılan  əkmə 

müayinələri mənfi nəticə verdikdə ilk növbədə  vərəmə  şübhə 

yaranmalıdır. Oynaqların punksiyası zamanı alınan sinovial mayenin 

VMB-ni aşkarlamaq üçün əkmə üsulu ilə müayinəsi və biopsiya 

materialının histoloji müayinəsi 80% hallarda müsbət nəticə verir

46



 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




23 

Sümük-oynaq sistemi vərəminin diaqnostikası 

 



Fəal ağciyər vərəmini inkar etmək üçün ağciyərlərin 

rentgenoqrafiyası və bəlğəmin bakterioloji müayinəsi 

 

Onurğanın, oynaqların və sümük-oynaq sisteminin digər 



şöbələrinin rentgenoqrafik müayinəsi (MRT-yə  və ya KT-yə 

üstünlük verilməklə) (D)

80

 



 

Sinovial mayeni aspirasiya etməklə artrosentez və sinovial 

toxumanın biopsiyası 

 



Sitoloji müayinə, sinovial mayedə VMB-ni aşkarlamaq üçün 

mikroskopik və əkmə üsulu ilə müayinə 

 

Kazeoz qranulyomaları  və ya onların spesifik elementlərini 



aşkarlamaq məqsədi ilə sinovial bioptatın histoloji müayinəsi 

 



Funksiyaedici fistulanın möhtəviyatının VMB-yə mikroskopik və 

kultural müayinəsi  



Sümük-oynaq sistemi vərəminin müalicəsi 

 



Sümük-oynaq sistemi vərəminin müalicəsi üçün müvafiq müalicə 

rejimi təyin olunur: 2SHREZ/1HREZ/9HRE (B)

80

(Cədvəl 3



 

VMB-nin DDV-si müəyyən edildikdə müvafiq müalicə rejimi 



(Cədvəl 3)  

 



Cərrahi müalicə aşağıdakı göstərişlər əsasında təyin olunur: 

 



abseslərin drenaj edilməsi 

 



sümük toxumasının nekrotik hissələrinin kənar edilməsi 

 



onurğa sütununun stabilləşdirilməsi 

 



onurğa beyninin dekompensasiyası və s. 

Mərkəzi sinir sisteminin vərəmi 

MSS vərəminin 3 əsas klinik forması ayırd edilir: 

1.

 

baş beyin qişalarının iltihabı (vərəm meningiti) – bu forma, 



adətən, beyin maddəsinin iltihabi prosesə  cəlb olunması ilə 

müşayiət olunur (meninqoensefalit) 

2.

 

onurğa beyninin iltihabı (meninqomiyelit) – vərəm prosesi 



inkişaf etdikcə həm beyin maddəsi, həm də beyin qişaları patoloji 

prosesə cəlb olunur 

3.

 

beyinin tuberkuloması 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə