Microsoft Word 86 Agciyerden kenar verem 4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix21.03.2018
ölçüsü0,51 Mb.
#32986
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

30 

Miliar vərəmin müalicəsi  

 



Müalicə aparılmadığı  təqdirdə bütün hadisələr letallıqla 

nəticələndiyi üçün müalicəyə mümkün qədər tez başlamaq 

lazımdır 

 



Kimyəvi terapiyanın empirik rejimi 1-ci müalicə rejiminə 

müvafiq olmalıdır: 2HRZE/4HRE (B)

80

(Cədvəl 3



 

Uşaqlarda klinik əlamətləri və sümük-oynaq sisteminin 



zədələnməsi müşahidə olunmayan miliar vərəmin empirik 

müalicə rejimi 9 aya qədər uzadılır: 2HRZE/7HRE

14

 



 

Vərəm meningiti və ya sümük-oynaq sisteminin zədələnməsi 

müşahidə olunduqda və ya bu zədələnmələrə  şübhə olduğu 

hallarda miliar vərəmi olan uşaqlar və ya yaşlı  xəstələr üçün 

uyğunlaşdırılmış müalicə rejimi tövsiyə olunur: 

2SHREZ/1HREZ/9HRE (Cədvəl 3

 

Dərmanlara davamlılıq aşkar olunduğu hallarda  buna müvafiq 



müalicə rejimi təyin edilir (Cədvəl 3

 



Miliar vərəmi olan xəstələrdə MSS zədələnmələri, perikardit, 

eləcə  də refrakter hipoksemiya əlamətləri kimi yanaşı 

ağırlaşmalar müşahidə edilərsə, kortikosteroidlərin 

(deksametazon) təyini tövsiyə edilir (A)

80

 



 

v/d, yavaş-yavaş  şırınqa və ya damcı üsulu ilə (kəskin və 

təxirəsalınmaz hallarda) və ya ə/d 4-20 mq gündə 3-4 dəfə 

(gündəlik doza 80 mq-a qədər), saxlayıcı  doza               

0,2-9 mq/gündə 3-4 gün ərzində, sonra daxilə qəbul ilə davam 

etdirilməklə. Uşaqlara deksometazon ə/d-nə               

0,02776-0,16665 mq/kq hər 12-24 saatdan bir yeridilir. 

Müalicə tədricən dozanın azalması ilə kəsilir (sonda bir neçə 

kortikotropin inyeksiyası təyin olunur) 

 



Vərəm  əleyhinə terapiya fonunda hepatotoksik reaksiyalar 

(bilirubinin, transaminazaların səviyyəsinin 5 dəfədən artıq 

qalxması) müşahidə edildiyi hallarda izoniazidin, rifampisinin və 

pirazinamidin təyini dayandırılmalı, müalicə streptomitsin, 

etambutol və ftorxinolonların kombinasiyası ilə davam 

etdirilməlidir. Laborator göstəricilərin səviyyəsi normallaşdıqda 

və ya icazə verilən hədlərə qədər azaldıqda izoniazid, rifampisin 

və pirazinamidin təyini bərpa oluna bilər. 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




31 

Urogenital orqanların vərəmi 

ACKV-lər arasında urogenital orqanların vərəmi 20-30% təşkil 

edərək, vərəm plevriti və  vərəm limfadenitindən sonra 3-cü yer 

tutur


15

. ACKV-lər arasında böyrək vərəmi də tez-tez təsadüf edilən 

formalardandır. Kişilərdə  vərəm prosesinə prostat vəzi, toxum 

kisələri, xaya artımları və xayalar da qoşula bilər.  



Uroloji vərəm və kişilərdə cinsi orqanların vərəmi 

Adətən, vərəm zamanı böyrəklərin zədələnməsi bu orqana 

bilavasitə infeksiyanın təsiri nəticəsində, bəzi hallarda isə xronik 

ağciyər vərəminin fəsadı olaraq ikincili amiloidoz nəticəsində baş 

verir. Bu zaman adi üsullar ilə aparılan müalicəyə tabe olmayan 

dizurik pozuntular (tez-tez və  ağrılı sidik ifrazı) müşahidə edilir. 

Ağrılar hematuriya, poliuriya, nikturiya ilə müşayiət olunur

21



Xəstələrin 10%-dən az hissəsi böyrək sancılarından şikayət edir, 90% 

hallarda hematuriya ilə müşaiyət edilən steril piuriya (əkmə üsulu ilə 

bakterial floraya müayinə nəticəsinin mənfi olması) müşahidə edilir. 

Bu, urogenital orqanların vərəmi üçün patoqnomonik simptom 

sayılır.  

Səhər sidiyin 3 porsiyasının  əkmə üsulu ilə müayinəsi VMB-ni 

aşkar etməyə  və böyrəklərin fəal vərəmi diaqnozunu 90% hallarda 

təsdiqləməyə imkan verir.

 

Venadaxili pieloqrafiya belə  xəstələrdə 



böyrək ləyənciklərinin papilyar nekroz tipində  zədələnməsini aşkar 

etməyə imkan verir. Gecikmiş formalarda sidikçıxarıcı yolların 

obstruksiyası  əlamətləri (böyrək ləyənciklərinin və sidik axarlarının 

genişlənməsi) müşahidə edilir

17

. Böyrəklərin ikitərəfli xronik 



zədələnməsi, xüsusilə proses obstruktiv dəyişikliklə müşayiət 

olunduqda, yumaqcıqların filtrasiya qabiliyyətinin pozulması 

nəticəsində böyrək çatışmazlığı əlamətlərinin inkişafı ilə nəticələnir. 

Bu dəyişikliklərin proqressivləşməsi nəticəsində xronik böyrək 

çatışmazlığı formalaşır. Qarın boşluğu orqanlarının USM-də çox 

vaxt böyrəklərdə kalsinatlar, daşlar, çapıqlaşma hidronefroz və ya 

sidik axarlarının strikturası, büzüşmüş sidik kisəsi, toxumaparıcı 

axarlarda, toxum qabarcıqlarında və prostat vəzində kalsinatlar kimi 

digər zədələnmələr aşkarlana bilər. Kişilərdə cinsi orqanların vərəm 

mənşəli zədələnmələri, adətən, böyrəklərdə olan ilkin ocaqdan 

infeksiyanın enən yolla kontakt və ya limfogen yayılması nəticəsində 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə