Microsoft Word \300Z?RB\300YC\300n dovl?T iqtis\300d universiteti struktur maq doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix07.12.2017
ölçüsü0,76 Mb.
#14277
1   ...   22   23   24   25   26   27   28   29   30

 

88 


 

müəyyən  оlunur.  Xarici  iqtisadi  əlaqələrdə  iştirak  edən  istənilən  sahədə  dünya 

bazarında  rəqabət  qabiliyyətinə  malik  məhsul  istehsal  edilərsə,  istənilən  növ 

ixtisaslaşma  yüksək  səmərə  verə  bilər.  Dünyanın  bir  qrup  ölkəsinin,  xüsusən  də 

neft  xammalı  ixracı  sahəsində  ixtisaslaşmış  ərəb  ölkələrinin  təcrübəsi  göstərir  ki, 

öz xarici iqtisadi fəaliyyətini səmərəli quran ölkələr üçün müəyyən ixtisaslaşma və 

iqtisadiyyatın ona müvafiq istehsal strukturu xаrakterikdir. 

Yaponiyanın, ABŞ-ın, Cənubi Koreyanın və s. ölkələrin təcrübəsi sübut edir 

ki,  emal  sənayesinin  yüksək  texnoloji,  elmtutumlu  sahələrinin  ixtisaslaşmasından 

böyük səmərə əldə etmək olar. Lakin bu zaman nəzərə almaq lazımdır ki, struktur 

dəyişmələrini  qiymətləndirən  göstəricilər  bir-birini  şərtləndirməklə,  qarşılıqlı 

təsirdə fəaliyyət göstərməli və dinamik aspekt daşımalıdırlar. 

Iqtisadiyyatın  bütün  sahələrində,  o  cümlədən  hasilatda  həyata  keçirilən 

struktur  dəyişiklikləri  idarəetmə  mexanizminin,  texnologiyanın,  istehsalın  və 

ə

məyin  elmi  təşkilinin,  hasil  olunmuş  məhsulların  reallaşdırılması  formalarının 



fasiləsiz  təzələnməsi  prosesləri  ilə  əlaqələndirilməlidir.  Müasir  iqtisadi  struktur  o 

şə

raitdə  səmərəli  ola  bilər  ki,  istehsal  amillərinin  tərkibinə  müntəzəm  olaraq 



innovasiya  fəaliyyəti  də daxil  edilsin.  Başqa  sözlə,  amillərin  seçilməsi  və onların 

formalaşması rejiminə görə keyfiyyətcə yeni istehsal tipi yaradılmalıdır. 

Müstəqil Azərbaycan dövlətinın yeritdiyi struktur siyasətinin başlıca məqsədi 

iqtısadiyyatın səmərəliliyini yüksəltmək, yüksəkliyə və struktur irəliləyişlərinə nail 

olmaqdır. Respublika iqtisadiyyatında, o cümlədən sənayedə aparılan dəyişiklikiər 

onun  sahə  quruluşunu  qismən  yeniləşdirmişdir.  Belə  ki,  ölkədə  aparılan 

məqsədyönlü  iqtisadi  siyasət  nəticəsində  sənaye  istehsalında  1992-ci  ildən 

başlayaraq  davam  edən  tənəzzül  1997-ci  ilin  əvvəllərində  dayandırılmış,  həmin 

dövrdən  2013-cü  ilin  əvvəllərinədək  sənaye  məhsulu  istehsalı  orta  hesabla  hər  il 

3,6% artmışdır. Lakın qeyd etmək lazımdır ki, belə bir yüksəliş əsasən sənayenin 

yanacaq  sahələri  üçün  səciyyəvi  olmuşdur.  Belə  ki,  məsələn,  sənaye  istehsalının 

ümumi strukturunda xam neft və təbii qaz hasilatı 1990-2002-ci illərdə 32,3%-dən 

59,3%-ə  qədər  yüksəlmişsə,  sənayenin  bir  çox  digər  vacib  sahələrində  tənəzzül 

halları  müşahidə  olunmuşdur:  həmin  dövrdə  maşın  və  avadanlıqların  istehsalı 




 

89 


 

1,9%-dən  1,3%-ə,  toxuculuq  sənayesi  məhsulları  2,5%-dən  0,55%-ə,  qida 

məhsullаrı  istehsalı  3,7%-dən  3,5%-ə  və  s.  enmişdir.  Azərbaycan  sənayesindəki 

belə xüsusi qütbləşmə, xüsusən,  maşınqayırma və  metal emalı,  yüngül və yeyinti 

sənayesinin  xüsusı  çəkisinin  xeyli  aşağı  düşməsi  ölkə  iqtisadiyyatına,  sənayenin 

strukturuna, ümumilikdə, ölkənin iqtisadi təhlükəsizliyinə ziyan gətirən meyl kimi 

qiymətləndirilməlidir.  Buna  görə  də  ölkənin  milli  maraqlarına  və  iqtisadi 

təhlükəsizliyinə  cavab  verən  iqtisadiyyatın  və  onun  ayrı-ayrı  sahələrinin  mövcud 

xüsusiyyətlərini  nəzərə  alan  struktur  siyasətinin  həyata  keçirilməsi  ən 

təxirəsalınmaz  vəzifələrdən  biri  hesab  edilməlidir.  Yuxarıda  qeyd  edildiyi  kimi, 

səmərəli  struktur  siyasətini  reallaşdırmaq  üçün  respublikamızda  potensiallar  və 

zəruri  şərtlər  vardır.  Hələlik  tam  gücü  ilə  işləməsə  də  sənayenin  demək  olar  ki, 

ə

ksər  sahələri  fəaliyyət  göstərir,  kifayət  qədər  xammal  bazası,  əmək  ehtiyatları 



mövcuddur.  Həmçinin,  ölkəmizin  coğrafi  baxımdan  əlverişli  mövqeyi,  istehsal 

olunmuş  məhsulları  yaxın  ölkələrdə  asanlıqla  bazara  çıxarmaq  imkanları  sənaye 

müəssisələrini qısa müddətdə dirçəltmək üçün əlverişli şərait yaradır. 

Fikrimizcə, iqtisadiyyatın yenidən qurulması prosesində az material və enerji 

tutumlu  strukturun  yaradılmasına,  maşınqayırma  sahələrinin  inkişafına  üstünlük 

verilməsi  məqsədəuyğundur.  Yanacaq-energetika  kompleksinin  respublika 

iqtisadiyyatında həlledici rolunu nəzərə alaraq, bu sferada struktur dəyişikliklərini 

sürətləndirmək  də  olduqca  vacibdir.  Qeyd  etmək  lazımdır  ki,  yanacaq-energetika 

sahələrində  yeni  tədbirləri  həyata  keçirmək  daha  asan  başa  gələ  bilər,  çünki  bu 

sahə  istər  əmək  resursları,  istərsə  də  istehsal  fondları  ilə  təmin  olunması 

baxımından daha əlverişli vəziyyətdədir.  

Ə

sasən material istehsalı ilə məşğul olan metallurgiya, kimya  və neft-kimya 



sənayelərində  də  iqtisadiyyatın  müxtəlif  sahələrini  yüksək  keyfiyyətli  və  geniş 

çeşiddə materiallarla təchiz etmək üçün daha səmərəli struktur dəyişiklikləri tələb 

olunur.  Bu  zaman  aztullantılı,  enerjiqoruyucu  texnoloji  proseslərin,  təkrar 

xammalın  tətbiqini,  xammal  və  yanacaqdan  səmərəli  istifadəni  təmin  edən 

strukturun yaradılmasına üstünlük verilməsi məqsədəuyğun оlаrdı. 



 

90 


 

Azərbaycan  iqtisadiyyatının  canlanması  və  dirçəlişində  aparıcı  rol  oynaya 

bilən  emalyönümlü  müəssisələr  və  maşınqayırma  komplekslərində  də  struktur 

dəyişikliklərinin aparılması strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Hazırda 

respublikanın  maşınqayırma  kompleksi  sənayenin  ən  iri  sahələrini  əhatə  edən  20 

yarımsahədən  və  200-dən  artıq  müəssisədən  ibarətdir.  Bu  kompleksdə  kifayət 

qədər  metaltutumlu  sahələr  sayılan  kimya  və  neft-kimya  maşınqayırma 

müəssisələri  aparıcı  mövqe  tutur.  Maşırqayırma  və  metal  emalı  sənayesinin 

sahədaxili  strukturunda  isə  şırf  maşınqayırma  üstünlük  təşkil  edir.  SSRI-nın 

dağılması ilə iqtisadi əlaqələrin kəsilməsi nəticəsində son illərdə maşınqayırmanın 

neft-mədən  avadanlıqları,  kənd  təsərrüfatı  maşınqayırması  kimi  aparıcı 

yarımsahələrində  məhsul  istehsalının  istər  natural,  istərsə  də  dəyər  ifadəsində 

azalması  müşahidə  olunur.  Əksinə,  daxili  bazarda  tələbat  olan  yüngül  və  yeyinti 

sənayesi məhsulları istehsalının xüsusi çəkisi artmışdır. 

Yuxarıda  deyilənlərdən  bu  qənaətə  gəlmək  olar  ki,  respublikamızın 

iqtisadiyyatının  strukturunun  yaxşılaşdırılması,  onun  dinamikliyi  və  çevikliyinin 

təmin  edilməsi  üçün,  ilk  növbədə,  sənaye  sahələrində  struktur  dəyişiklikləri 

aparılmalıdır. Müstəqilliyini, o cümlədən iqtisadi təhlükəsizliyini təmin etməkdən 

ötrü  Azərbaycan  dövləti  öz  daxili  resurslarından  -  təbii  və  əmək  ehtiyatlarından 

maksimum  səmərə  ilə  istifadə  etməli,  öz  milli  sərvətinə  daha  məsuliyyətlə 

yanaşaraq, gələcək inkişafına təminat yaratmalıdır. Respublika, hökuməti dövlətin 

və xalqın mənafelərini əks etdirən iqtisadi inkişaf proqramı hazırlamalı və səmərəli 

struktur siyasətinin həyata keçirilməsinə nail olmalıdır. 



 

91 


 

NƏT CƏ 

Azərbaycanda  yeni  iqtisadi  sistemə  keçilməsi,  mövcud  iqtisadiyyatın  yeni 

ə

saslar  üzərində  təşkil  edilməsi  Sovetlər  dövründə  mövcud  olаn  iqtisadiyyatın 



dağılmaqda olduğu bir şəraitdə baş verdiyi üçün bir çox çətinliklər törədirdi. Belə 

ki, əvvəl mövcud olmuş iqtisadi əlaqələr sisteminin pozulması təkrаr istehsal üçün 

zəruri olan mənbələrin tapılmasını çətinləşdirməklə yanaşı, yeni əlaqə formalarının 

yaranması imkanlarını da yox edir. 

Məlum  olduğu  kimi,  Azərbaycan  SSRI-nin  tərkibində  olduğu  zaman  onun 

müstəqil milli iqtisadiyyatı olmayıb, onun iqtisadiyyatı ümumittifaq əmək bölgüsü 

sistemində  fəaliyyət  göstərib,  iqtisadiyyatın  strukturu  mərkəzi  hökumətin 

maraqlarına  uyğun  bir  şəkildə  formalaşdırılıb.  Azərbaycanın  müstəqil  xarici 

iqtisadi  əlaqələr  sistemi  olmayıb,  sənaye  müəssisələrinin  90%-dən  çoxu  ittifaq 

tabeliyində olmuşdur. Bütün bu faktlar və qeyri-normal hallar Azərbaycanın yeni 

iqtisadi  sistemə  keçməsi  işini  mürəkkəbləşdirdi.  Buna  görə  də  Azərbaycan 

iqtisadiyyatında  köklü  dəyişikliklər  etmək  üçün  onun  sovet  iqtisadi  sistemində 

formalaşdırılmış  və  artıq  pozulmuş  ictimai  əmək  bölgüsü  sistemi  tamamilə  yeni 

ə

saslar  üzərində  qurulmalı,  iqtisadiyyatın  strukturu  yeni  tələblər  səviyyəsində 



yenidən  formalaşmalı  idi.  Bunun  üçün  keçid  dövründə  iqtisadiyyatın  dövlət 

bölməsi  tamamilə  yenidən  qurulmalıdır,  dövlət  mülkiyyəti  üzərində  inhisarçılığa 

son qoyulmalıdır. 

Iqtisadiyyatın  yeni  əsaslar  üzərində  qurulması  xalq  təsərrüfatının 

strukturundan,  onun  vəziyyətindən  çox  asılıdır.  Strukturun  vəziyyəti  iqtisadi 

yenidənqurmada güclü bir amil rolunda çıxış edir. Məlumdur ki, Sovetlər dövründə 

Azərbaycan  sənayesinin  strukturunda  başlıca  sahələri  ittifaqa məxsus  müəssisələr 

təşkil  edirdi  ki,  onların  da  əksəriyyəti  yanacaq-energetika,  kimya,  neft-kimya, 

maşınqayırma, elektronika sənayesi müəssisələri idi. 

Azərbaycanda  əksər  sənaye  müəssisələri  kənara  son  məhsul  deyil,  xammal 

göndərirdi,  bir  çox  sənaye  müəssisələri  ittifaqın  hərbi-sənaye  kompleksləri  üçün 

sifarişlər yerinə yetirirdi. Iqtisadiyyatın infrastrukturu zəif inkişaf etmişdi, xidmət 




 

92 


 

sferaları  sənayenin  ümumi  səviyyəsindən  geri  qalırdı.  Respublika  ərazisində 

yerləşdirilmiş əsas istehsal sahələrinin öz xammal bazası yox dərəcəsində idi. 

Keçid  iqtisаdiyyаtındа  dövlətin  struktur  siyаsətinin  bаşlıcа  vəzifəsi  həm 

məcmu təklifin cаri tənzimlənməsi, həm də uzunmüddətli iqtisаdi аrtım sərgisində 

iqtisаdiyyаtdа  əmаnətlər  və  investisiyаlаr  аxınını  birləşdirə  bilən  mаliyyə 

sisteminin  yаrаdılmаsıdır.  Bu  yığımlаrı  səfərbər  etmək  və  оnlаrı  səmərəli 

investisiyа  lаyihələrinə  yönəltmək  üçün  bаnk  sаhəsinin  və  fоnd  bаzаrının 

islаhаtlаşdırılmаsını nəzərdə tutur. 

Qаrışıq  iqtisаdiyyаt  şərаitində  struktur  irəliləyişlərinin  stimullаşdırılmаsı 

zəruriyyəti аşаğıdаkı məqsədlərə yönəldilməlidir: 

- elmin  ən  qаbаqcıl  nаiliyyətləri  əsаsındа  fоrmаlаşmış  yeni  sаhələrə  dövlət 

tərəfindən mаliyyə yаrdımı; 

- təsərrüfаt  əlаqələrinin,  xüsusilə  sаhələrаrаsı  əlаqələrin  sоn  dərəcə 

mürəkkəbləşdiyi  bir  şərаitdə  elmi-texniki  tərəqqinin  dаşıyıcısı  оlаn  sаhələrin 

inkişаfının dövlət tərəfindən stimullаşdırılmаsı vаsitəsilə iqtisаdiyyаtın sаhələrаrаsı 

strukturunun təkmilləşdirilməsi; 

- iqtisаdi infrаstrukturа sаhələrinin inkişаfı; 

- ərаzi prоblemlərinin həlli üçün iqtisаdiyyаtın ərаzi strukturunun inkişаfının 

tənzimlənməsi. 

Uzun  illərin  təcrübəsi  göstərir  ki,  bаzаr  iqtisаdiyyаtı  şərаitində  əgər  dövlət 

qeyd оlunаn istiqаmətlərdə struktur siyаsəti yeritməzsə, iqtisаdiyyаtın strukturundа 

«zəif vəsilələr» yаrаnаr ki, оnlаr bütövlükdə iqtisаdi-sоsiаl inkişаfı ləngidə bilər. 

Müаsir dövrdə iqtisаdiyyаtın hаnsı sаhələrinə üstünlük verilməlidir? 

Bizə  elə  gəlir  ki,  ilkin  mərhələdə  respublikаdа  ənənəvi  sаhələrin  hesаbınа 

zəruri  mаliyyə  resurslаrı  yığılmаlıdır.  Bunа  kənd  təsərrüfаtı  məhsullаrının  emаlı: 

çаyçılıq,  pаmbıqçılıq,  turizm,  neft  və  neft  məhsullаrı  və  s.  Bununlа  dа  müəyyən 

iqtisаdi  pоtensiаl  yаrаtdıqdаn  sоnrа  xаlq  təsərrüfаtının  digər  sаhələrinin  fəаl 

surətdə yаrаdılmаsı siyаsəti аpаrılmаlıdır. 



 

93 


 

Yuxаrıdа  qeyd  оlunаnlаrlа  yаnаşı,  elm  tutumlu  sənаye  sаhələrinin,  yüksək 

ixtisаslı  mütəxəssislər,  texniklər,  fəhlələr  cəlb  оlunmаsını  tələb  edən  istehsаl 

sаhələrinin yаrаdılmаsı dа məqsədəuyğundur. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

94 


 

ST FADƏ ED LM Ş ƏDƏB YYAT 

 

1.  Azяrbaycan Respublиkasыnын Konstиtusиyasы, Bakы, 1995. 

2.  Азярбайжан Республикасынын Конститусийасы, Бакы Ганун, 2004 

3.  Abbasov Ə., Qasımov Ə. «Demokratikləşmə – mili iqtisadiyyatın əsasıdır». 

Bakı, 2000, s.84 

4.  Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, Azinteqyol, 1998 

5.  Allahverdiyev  H.B.,  Qafarov  K.S.,  Əhmədov  Ə.M.  Iqtisadiyyatın  dövlət 

tənzimlənməsi. Bakı «Nasir» nəşriyyatı, 2002, 447 s. 

6.  Аллащвердийев Щ.Б., Гафаров К.С., Ящмядов Я.М., «Милли игтисадиййатын 

дювлят тянзимлянмяси» Бакы АДИУ-нун няшриййаты, 2007 

7.  Ялийев Ц. «Кечид дюврцнцн милли игтисади проблемляри» Бакы 2007 

8.  Ялирзайев  Я.Г.  «Ислащатлар  вя  сцрятлянмя  стратеэийасы  шяраитиндя 

Азярбайжанын  сосиал-игтисади  проблемляри:  тяжрцбя,  мейлляр  вя  перспектив 

истигамятляр» Бакы Адилоьлу няшриййаты, 2005. 

9.  Ящмядов  М.А.  «Глобаллашма  вя  милли  игтисадиййатын  формалашмасы», 

Бакы 2003 

10. Нурийев Я. «реэионал сийасят вя идаряетмя» Бакы 2004 

11. «Базар  игтисадиййатынын  дювлят  тянзимлянмяси»  В.И.Кушлин,  дярслик  Бакы 

2008 

12. Б.Н.Кузик, 



В.И.Кушлин, 

Б.Йаковеч 

«Прогнозлашдырма, 

тсратеъи 

планлашдырма вя милли прогнозлашдырма» Москва «Экономикс» 2008 

13. А.П.Градов «Милли игтисадиййат» Дярс вясаити Бакы 2008 

14. «Милли  игтисади  инкишафын  Азярбайжан  модели»  мювзусунда  бейнялхалг 

конфрансын материаллары. Ы-ЫЫ китаб АДИУ. Бакы 2007 

15. Сяфяров  С. «Щ.Ялийев  курсу  йени  кейфиййят  щалында:  игтисадиййат,  сийасят, 

динамизм+ проблемляр, перспективляр» Бакы 2005 

16. Я.Ялирзайев «Сосиал сферанын игтисадиййаты вя идаря едилмяси» Бакы 2010 

17. 


www.azstat.org

 – Дювлят Статистика Комитясинин сайты 

18.  

www.maliyye.gov.az



 – Малиййя Назирлийинин сайты 

19.  


www.economy.gov.az

 – Игтисади Инкишаф Назирлийинин сайты 




 

95 


 

20. «Milli  iqtisadiyyatın  dövlət  tənzimlənməsi»  prof.  Allahverdiyev  H.B.,  dos. 

Qafarov K., dos. Əhmədov Ə.M. Bakı 2012 

21. “Базар  игтисадиййатынын  дювлят  тянзимлянмяси”  i.e.d.проф.  В.И.Кушлинин 

цмуми редаксийасы алтында,2005 

22. 


  

B.N.  Kuzık,  V. .  Kuşlin,  B.  Yakoveç  .”Proqnozlaşdirma,  strateji 

planlaşdirma və milli  proqramlaşdirma” 2008 

23. М.А.Ящмядов,  А.Щцсейн  «Игтисадиййатын  тянзимлянмясинин  ясаслары» 

Бакы 2011 

24. А.Ж.Щцсейн «Дювлятин игтисади сийасяти» Бакы 2011 

25. Babayev  Ə.P  «Milli  iqtisadiyyat  və  milli  iqtisadi  model»  «Milli  iqtisadi 

inkişafın  Azərbaycan  modeli»  mövzusunda  beynəlxalq  konfrans  plenar 

iclasının  materialları,  II  kitab,  «Milli  iqtisadi  modellər:  mahiyyəti, 

formalaşma  xüsusiyyətləri  və  dünya  təcrübəsi»,  «Iqtisad  Universiteti» 

nəşriyyatı,Bakı 2007 , 318 s. 

26. Bayramov  Ə.I  «Uğur  modeli:  effektiv  rəqabət  mühitinin  formalaşdırılması 

problemləri»  ,«Milli  iqtisadi  inkişafın  Azərbaycan  modeli»  mövzusunda 

beynəlxalq konfrans plenar  iclasının  materialları,III  kitab,  «Qloballaşma  və 

Azərbaycanın  dünya  iqtisadiyyatına  inteqrasiyası»,  «Iqtisad  Universiteti» 

nəşriyyatı, Bakı 2007 , 286 s. 

27. Qafarov Ş.S. Müasir iqtisadi sistem və qloballaşma.Bakı 2005,s. 

28. I.Kərimli, N Süleymanov. Milli iqtisadiyyatın əsasları. Dərslik Bakı 2000, s. 

19-20-50 

29. Kəlbiyev  Y.A.Fiskal  siyasət  və  milli  iqtisadiyyatın  tənzimlənməsi 

problemləri,Bakı, «Elm»,2005, ….. s. 

30. Meybullayev  M.  Iqtisadi  inkişafın  qeyri-bərabərliyi,  səbəbləri  və  sosial-

iqtisadi məsələləri. Iqtisad elmləri: nəzəriyyə və praktika jurnalı, 2002, №1-

31. Meybullayev  M.X.  «Milli  iqtisadi  inkişaf  modelinin  prinsipləri»,  «Milli 



iqtisadi  inkişafın  Azərbaycan  modeli»  mövzusunda  beynəlxalq  konfrans 

plenar  iclasının  materialları,  II  kitab,  «Milli  iqtisadi  modellər: 

mahiyyəti,formalaşma  xüsusiyyətləri  və  dünya  təcrübəsi»,  «Iqtisad 

Universiteti» nəşriyyatı,Bakı 2007, 318 s. 

32. Milli Bankın hesabatları,2007. 

33. Muradov  R.  Müasir  şəraitdə  Azərbaycan  Respublikasının  əmək  bazarı 

problemləri. Bakı, Elm, 2000, s.338.  

34. Muradov  Ş.,  Ibadov.  S.  Iqtisadi  qloballaşma  şəraitində  milli  iqtisadiyyat. 

Nəzəri təhlil. Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri. Humanitar 

və ictimai elmlər seriyası (iqtisadiyyat), 2003, №1, s. 29 

35. Nadirov A. Müstəqil Azərbaycanın iqtisadiyyatının inkişaf məsələləri. Bakı, 

Elm, 2002,s.43. 




 

96 


 

36. Novruzov  V.  Heydər  Əlifevin  iqtisadi  inkişaf  konsepsiyası  fəaliyyətdədir. 

Iqtisadiyyat və həyat curnalı, №1-3, 2002. Səh 69-88 

37. Salahov . S.V.Aqrar sahənin dövlət tənzimlənməsi problemləri.Nurlan nəşr. 

Bakı 2004 

38. Səmədzadə Z. Dünya iqtisadiyyatı. Çin iqtisadi möcuzəsi. Bakı 2003, 317 s. 

39. Səfərov S. Siyasət strategiyası: konseptual əsaslar. Bakı, Azərnəşr, 2000, s.  

40. Səfərov  S.  H.Əliyev  kursu  yeni  keyfiyyət  halında:  «Iqtisadiyyat,  siyasət, 

dinamizm, problemlər, perspektivlər», Bakı,2005,…..s. 

41. Hacıyev  Ş.  H.«Heydər  Əliyev  Azərbaycanın  milli-iqtisadi  inkişafının  üğür 

modelinin  yaradıcısıdır»,  «Milli  iqtisadi  inkişafın  Azərbaycan  modeli» 

mövzusunda  beynəlxalq  konfrans  plenar  iclasının  materialları,  I  kitab, 

«Iqtisad Universiteti» nəşriyyatı,Bakı 2006 , 140 s. 

42. Əbdülsəlimzadə  Q.  Azərbaycan  XXI  əsrin  astanasında.  Iqtisadiyyat  və 

həyat, 2000, №7-9, s. 11-14 

43. Əliyev  A.,  Şəkərəliyev  A.  Bazar  iqtisadiyyatına  keçid:  Dövlətin  iqtisadi 

siyasəti. Bakı, Az.DIU, 2002, s. 420. 

44. Əlirzayev Ə.Q. Islahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın 

sosial-iqtisadi  inkişaf  problemləri:  təcrübə,  meyllər  və  perspektiv 

istiqamətlər.,Bakı, «Adiloğlu» nəşriyyatı,2005, …..s. 

45. Əhmədov  M.A.  «Transformasiya  şəraitində  Azərbaycanda  milli  iqtisadi 

inkişaf  modelinin  formalaşmasının  konseptual  əsasları»

  , 

«Milli  iqtisadi 



inkişafın  Azərbaycan  modeli»  mövzusunda  beynəlxalq  konfrans  plenar 

iclasının  materialları,III  kitab,«Qloballaşma  və  Azərbaycanın  dünya 

iqtisadiyyatına 

inteqrasiyası»,«Iqtisad 

Universiteti» 

nəşriyyatı,Bakı 

2007,286 s. 

46. Əhmədov M. Qloballaşma və milli iqtisadiyyatın formalaşması. Bakı 2003, 

s. 520 

 

Rus dilində  



 

47. Аббасов А., Кулиев Т. Экономика в условиях неопределенности. Баку, 

«Дом сказки», 2002, 110 с. 

48. Бункина А. Национальная экономика. М., Дело, 2002, с.47 

49. Васильев 

В

.П.Государственное 



регулирование

 

национальной



 

экономики

, Учебно-методическое пособие, М, УНЦДО, 2002, с.10 

50. Гаджиев  Ш.  Азербайджан  на  пути  к  мировому  сообществу:  стратегия 

внешнеэкономического

 развития. Киев, 2000, с. 137, 124 

51. Госудорственное регулирование экономики под редакцие Морозовой -

2002. 


52. Розанова  Н.М.  Теория  отраслевых  рыночных  структур:  опыт 

французской

  Республики  (Вестник  Московского  Университета  (серия 

«Экономика»), 1998, №4, cтp. 61. 

53. Чащенко  М.П.,  Савьенко  И.В.  Современный  этап  процесса 

реструктирования

 экономики России: проблемы и тенденции (Вестник 



 

97 


 

Московского

  Университета  (серия  «Экономика»),  1998,  №5,  стр.  108-

112. 


54. Яременко  Ю.,  Узаковя  М.,  Ксенофонтов  М.  Все  тот  же  вопрос: 

соответствует

  ли  курс  преобразования  народно-хозяйственным 

реальности

? (Российский экономический журнал, 1996, №9, стр.9). 

55. Амеден А., Макинтадр Р., Тейлор Л. (США). Политическая экономика 

развития

  о  стратегии  эффективного  перехода  (Вестник  Московского 

Университета

 (серия «Экономика»), 1996, №1, стр.8. 

56. Основы  теории  переходной  экономики:  вводный  курс.  Под  ред. 

Е

.А.Кленовой и М.Л. Цепурина. Киров, 1996, стр. 143-144. 



57. Курс экономической теории. Под ред. Т.М.Плотницкого. Минск, 1998, 

стр


.207. 

58. Арушевский  Л.  Проблемы  и  перспективы  народно-хозяйственной 

структурной

  перестройки  (Российский  экономический  журнал),  1996, 



11-12, стр. 28-29. 



59. Сергеев И.В. Экономика предприятия. Москва, 1998, стр. 33-36. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə