Microsoft Word \300Z?RB\300YC\300n dovl?T iqtis\300d universiteti struktur maq doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix07.12.2017
ölçüsü0,76 Mb.
#14277
1   ...   22   23   24   25   26   27   28   29   30

 

73 


 

faiz) və o  cümlədən emal  sənayesi 15 faiz  (29  faiz) və xidmətlər sektoru  79  faiz 

(69  faiz)  təşkil  etmişdir.  Bu  göstəricilər  Türkiyədə  (Hindistanda)  kənd  təsərrüfatı 

üzrə 11 faiz (18 faiz), sənaye - 16 faiz (15 faiz), emal sənayesi - 26 faiz (19 faiz), 

xidmətlər - 66 faiz (56 faiz) olmuşdur. 

Ş

übhəsiz  ki,  iqtisadiyyatın  strukturu  və  onun  dinamikası  olduqca  geniş 



spektrdə  amillərin  təsiri  altında  formalaşır.  Bu  sahədəki  meyllərin  ümumi 

cəhətlərindən  biri  ondan  ibarətdir  ki,  ÜDM-də  kənd  təsərrüfatı  və  sənaye 

məhsullarının  xüsusi  çəkisi  bu  və  ya  digər  dərəcədə,  lakin  davamlı  surətdə 

azalmaqdadır. Belə ki, bütövlükdə dünya miqyasında 2011-ci ildə kənd təsərrüfatı 

məhsulunun  ÜDM-in  xüsusi  çəkisi  6  faiz,  sənaye  məhsulunun  37  faiz  və  emal 

sənayesinin  -  29  faiz,  xidmətlərin  payı  isə  62  faiz  təşkil  etmişdir.  Bu  faktların 

iqtisadi  nəzəriyyədə  dəyərləndirilməsi  birmənalı  deyildir.  Dünya  miqyasında 

postindustrial  inkişaf  meyli  ciddi  surətdə  güclənsə  də,  dünyanın  industrial  və 

postindustrial "regionlara" bölgüsündəki nisbətlər demək olar ki, dəyişilməz olaraq 

qalır. 


Problemin  bu  baxımdan  vacib  cəhətlərindən  biri  də  bilavasitə  xidmətlərin 

strukturunda  radikal  dəyişikliklərlə  və  xüsusilə  də  informasiyanın  "struktur 

formalaşdırıcı"  rolunun  güclənməsi  ilə  bağlıdır.  Belə  bir  fikir  müzakirə  orbitinə 

çıxаrılmışdır ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafının bəlli 

bir  mərhələsində,  məsələn,  ABŞ-ın  şəraitində,  istehsalın  artımı,  əmək 

məhsuldarlığının  yüksəlməsi,  inflyasiya  və  məşğulluq  arasında  fundamental 

ə

laqələr  transformasiyaya  uğrayır.  Bu  tezis  ətrafında  müxtəlif  səpkili  fikirlər 



söylənilməkdədir.  Lakin  belə  bir  fakt  məlumdur  ki,  ABŞ-da  90-cı  illərin  ikinci 

yarısında  əmək  məhsuldarlığının  artımının  üçdə  iki  hissəsi  informasiya  və 

kommunikasiya  texnologiyalarının  inkişafı  hesabına  təmin  edilmişdir.  Bu, 

iqtisadiyyatın strukturunun ənənəvi xammal-resurslarının azalması və informasiya-

resurslarının artması hesabına "yungülləşməsini" ifadə edən göstəricidir. Ölkələrin 

rəqabət potensialını şərtləndirən əsas amillər «bloklarından» biri iqtisadiyyаtın bu 

seqmentində formalaşır. 



 

74 


 

Ikincisi, güclənən qloballaşma milli (ölkəvi) iqtisadi «struktur formalaşdırma» 

prosesinin ümumi və intensivləşən amilinə çevrilir. Eyni zamanda, xüsusilə keçid 

mərhələsində  olan  hər  bir  ölkənin  qloballaşma  şəraitinə  uyğunlaşması  «yolu» 

iqtisadiyyatın  resrtuktrizasiyasından  keçir.  Bu  və  ya  digər  ölkədə  həmin  prosesin 

necə  dərk  edilməsindən  və  dəyərləndirilməsindən  asılı  olmayaraq  qloballaşma 

prosesi  ardıcıl  surətdə  dönməz  xarakter  alır  (ən  azı  mövcud  təsəvvürlər 

baxımından).  Bu  məsələnin  geniş  yayılmış  bəsitləşdirilmiş  dəyərləndirilməsi 

bunun  sadələşdirilməsinə  gətirmir  və  buradan  irəli  gələn  geniş  problemlər 

spektrinin  həllinə  köməklik  göstərmir.  Həmin  prosesin  dönməzliyi  nə  qədər 

gerçəklikdirsə,  ardıcıl  inkişaf  siyasəti  həyata  keçirən  və  keçirməyə  cəhd  göstərən 

(xüsusilə keçid dövrü və inkişaf etməkdə olan) ölkələrin buna uyğunlaşması da bir 

o  qədər  zərurətdir.  Bu  tezisi  Azərbaycana  tamamilə  şamil  etmək  оlаr.  Məsələ 

ondadır  ki,  qloballaşma  prosesi  özlüyündə  bu  prosesin  «daşıyıcılara»  və 

«uyğunlaşanlara»  bölgüsünü  aradan  qaldırmır.  Bu  və  ya  digər  ölkənin  bu 

«bölgüdə»  yeri  dəyişə  bilər.  Lakin  bütövlükdə  götürüldükdə,  həmin  «bölgü» 

mövcud təsəvvürlər baxımından keçici xarakter daşımır. 

Hazırda «qloballaşmaya uyğunlaşma metodlarının» tərkibi və nomenklaturası 

geniş  müzakirə  olunur.  Iqtisadi  baxımdan  Azərbaycan  üçün  problemin  bütün 

aspektləri  aktualdır.  Bunun  mütləq  «pozitiv»  modelləri  olmadığı  kimi,  mütləq 

«neqativ» modelləri də yoxdur. Bu sahədə səmərəli addımların atılması sistemli və 

а

rdıcıl seçimə bağlıdır. Bunun uçün miqyaslı araşdırmalar aparılmalı və variantlar 



hazırlanmalıdır.  Həmin  aspektlərin  ən  əsaslarından  bir  qrupu  struktur  siyasətində 

ifadə  olunmalıdır.  Məsələn,  neft  Azərbaycan  iqtisadiyyatının  aparıcı,  «struktur 

formalaşdırıcı»,  qloballaşma  şəraitinə  uyğunlaşma  və  milli  rəqabət  potensialı 

amilidir.  Bəlkə  də  bu  amilin  əhəmiyyəti  və  rolu  (potensial  rolu)  hələ  sistemli 

şə

kildə  kifayət  qədər  dəyərləndirilməmişdir.  Buna  baxmayaraq,  həmin  amillə 



məhdudlaşacaq  bütün  problemləri  həll  etmək  mümkün  deyildir.  Ekspertlər 

tərəfindən  milli  rəqabət  qabiliyyətinin  400-ə  yaxın  meyarı  müəyyənləşdirilmişdir 

və  buna  müvafiq  surətdə  də  ölkələrin  rəqabət  reytinqi  qiymətləndirilir.  Təcrübə 

göstərir  ki,  rəqabət  potensiallı  iqtisadiyyatlar  qloballaşma  mühitinə  səmərəli 




 

75 


 

uyğunlaşır. Eyni zamanda qloballaşma şəraitinə uyğunlaşan iqtisadiyyatlar rəqabət 

reytinqini yüksəldir. 

Üçüncüsü,  keçən  əsrin  30-cu  illərindən  dəbdə  olan  «yetişmək»,  «çatmaq» 

(catch  up)  inkişaf  modeli  demək  olar  ki,  artıq  əks  tərəflərdən  dəyərləndirilmək-

dədir. Bu, əvvəla, onunla izah olunur ki, toplanmış təcrübələr və nəticələr (Avropa, 

Rusiya, Cənubi-Şərqi Asiya) müxtəlif ümumiləşdirmələrə imkanlar açır. Məsələn, 

Cənubi-Şərqi Asiyada 90-cı illərdə baş vermiş maliyyə-iqtisadi böhrаnın səbəbləri 

bilavasitə  «yetişmək»  modelinin  təbiətindən  irəli  gəlməsə  də,  həmin  böhran  bu 

modelin  daxilən  məhdudluğunu  üzə  çıxardı.  Digər  tərəfdən  isə,  belə  bir  modelə 

praktiki maraq (bəlkə də bir çox hallarda kifayət qədər əsas olmadan) güclənmək-

dədir.  Bu  maraq  nə  qədər  güclü  olsa  da,  zəruri  təminatlar  (iqtisadi,  maliyyə, 

intellektual, texniki) yaradılmadan həmin model asanlıqla ideoloji şüara çevrilir. 

Azərbaycan  iqtisadiyyatının  struktur  strategiyasının  formalaşmasında 

«yetişmək»,  «çatmaq»  inkişaf  modelinin dəyərləndirilməsi  inkişaf  etmiş  ölkələrlə 

inkişaf  etməkdə  olan  və  keçid  dövrü  ölkələri  arasında  fərqlərin  (müəyyən  vaxt 

meyarı  nəzərə  alınmaq  şərtilə  də)  aradan  qaldırılması  baxımından  deyil,  verilmiş 

(və ya təsəvvür olunan) imkanların faydalı istifadəsi baxımından dəyərləndirilməsi, 

onlаrın  istifadə  mexanizmlərinin  müzakirəsindən  daha  aktualdır.  Onillik  təcrübə 

göstərir ki, bu yönümlü müzakirələrin artımı ilə hazırlanmış real tədqiqat xarakterli 

təkliflər arasında böyük fərqlər var. 

Inkişaf  etmiş  ölkələr  təkcə  yüksək  inkişaf  səviyyəsinə  nail  olmamışlar  və 

bunun  tənzimləmə  mexanizmləri  sistemlərini  də  formalaşdırmışlar.  Belə  ki, 

hazırda ABŞ, Avropa Birliyi və Yaponiya birlikdə dünya milli gəlirinin 62 faizinə 

malikdir.  Onlar  arasında  dünya  ticarətinin  80  faizi  gerçəkləşir,  həmin  ölkələr 

beynəlxalq  investisiyaların  85  faizini  təmin  edir,  dünya  intellektual  potensialının 

97  faizinə  sahibdir  və  yüksək  texnologiyalı  məhsulların  90  faizindən  çoxunu 

istehsal  edir.  Dünyа  iqtisadi,  intellektual  və  texnоloji  baxımdan  iki  qeyri-bərabər 

«məkana»  bölünmüş  və  bu  «məkanların»  qarşılıqlı  asılılığı  olduqca  qeyri-

bərabərdir. Məsələn, Rusiyadа, Qazaxıstanda və ya Azərbaycanda formalaşmış hər 

hansı  bir  şirkət  müəyyən  bazar  seqmentində  ABŞ  şirkətlərinin  güclü  rəqibinə 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə