Microsoft Word \300Z?RB\300YC\300n dovl?T iqtis\300d universiteti struktur maq doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix07.12.2017
ölçüsü0,76 Mb.
#14277
1   ...   22   23   24   25   26   27   28   29   30

 

85 


 

potensiallara  malik  olan  ölkələrdə  iqtisadiyyatın  inkişafı  ləngiyir,  geri  qalmış, 

ə

nənəvi  təsərrüfat  sahələrinin,  xüsusən  də  aqrar  bölmənin  inkişafına  üstünlük 



verilir.  Dövlətin  yeritdiyi  struktur  dəyişiklikləri  siyasəti  də  bu  mövqedən 

müəyyənləşir. 

Böhran şəraiti makroiqtisadiyyatda köklü dəyişikliklərin aparılmasını zərurətə 

çevirməklə, 

iqtisadi 

strukturun 

ə

saslarının, 



prioritetlərinin, 

dəyişilmə 

istiqamətlərinin  müxtəlifliyini  doğurur.  Bu  problemin  həlli  ilə  bağlı  aparılan 

tədqiqatlarda  iqtisadçı  alimlərin  fikirləri  və  mövqeləri  arasında  müxtəlifliyin 

olduğu  nəzərə  çarpır.  Məsələn,  L.I.Abalkinin  və  onun  tərəfdarlarının  fikrincə, 

iqtisadiyyatda  struktur  yenidənqurmasının  həyata  keçirilməsindən  məqsəd 

iqtisadiyyatın  sosial  yönümlü  olmasına  şərait  yaratmaq  və  milli  gəlirdə  istehlak 

payını  yüksəltməkdir.  Оnlаr  hаqlı  оlаrаq  elm-texniki  tərəqqini  (ETT) 

iqtisadiyyatda  baş  verəsi  olan  struktur  dəyişmələrinin  mühüm  amili  və  məqsədi 

hesab edirlər. Bu mövqe onunla əsaslandırılır ki, ETT praktiki olaraq iqtisadiyyatın 

bütün  sahə  və  sferalarında  irəliləyişləri  təmin  etməyə  qadirdir.  Yəni  iqtisadiyyatı 

sosial  yönümlü  etmək,  bilavasitə  insana  xidmət  şəraitini  yaratmaq  üçün  onun 

strukturunu  köklü  dəyişdirmək,  səmərəliliyini  yüksəltmək,  texniki-texnoloji 

səviyyəsini keyfiyyətcə yeni pilləyə qaldırmaq vacibdir. 

Deyilən fikirlərə münasibəti belə ifadə etmək olar ki, struktur dəyişikliklərinin 

prioritetlərini  müəyyənləşdirərkən,  özəl  mülkiyyətin  rabitəsiz,  öz-özünə  yaranan 

artımını  deyil,  aparılmış  tədqiqatlar  və  müvafiq  təhlildən  çıxış  edərək,  struktur 

dəyişikliklərinin  qiymətləndirilmə  meyarı  kimi,  müəssisələr  arasında,  xalq 

təsərrüfatı  kompleksləri  arasında,  məhsuldar  qüvvələrin  yerləşdirilmə  səviyyələri 

arasında  istehsalın  real  ictimailəşdirilmə  və  kooperasiya  əlaqələri  səviyyəsini 

nəzərə almaq lazımdır. 

Struktur istiqamətlərində nəzərə alınan bu meyar ayrı-ayrı subyektlərin yersiz 

dövlət  müdaxiləsinə  yol  verməyən  mülkiyyət  formalarına  və  müstəqil  təsərrüfat 

fəaliyyətinə malik olmasına şərait yaradacaqdır. 




 

86 


 

Təbii  resurslarla  (xüsusən  də  neft  və  qaz  ehtiyatları  ilə)  zəngin  olsa  da, 

Azərbaycan  iqtisadiyyatında  həyata  keçirilən  struktur  dəyişmələri  iki  əsas 

məqsədin reallaşmasına şərait yaratmalıdır: 

1) Təbii  ehtiyatlardan  istifadəni  minimuma  endirə  biləcək  resursqoruyucu 

texnologiyanın tətbiq edilməsinə; 

2) Ətraf  mühiti  qoruya  bilən  və  onu  sağlamlaşdırmağa  imkan  yaradan 

tullantısız texnologiyadan genişmiqyaslı istifadəyə. 

Resursqoruyucu  texnologiyalara  üstünlük  verilməsi,  onunla  bağlı  sahələrin 

inkişaf etdirilməsi makroiqtisadiyyatın maddi-texniki bazasında, istehsal, eləcə də 

istehlak  dairələrində  köklü  keyfiyyət  dəyişikliklərinə  səbəb  ola  bilər,  həmçinin 

gələcəyi  olan,  ekoloji  baxımdan  təhlükəsiz  istehsalatların  yaradılmasının  əsaslı 

təminatına  çevrilər.  Ümummilli  maraqlarda  təzahür  edən  bu  məsələlərin  həllində 

dövlətin  iştirakı  vacibdir.  Başqa  sözlə,  yüksək,  ən  yeni  texnologiyalara  əsaslanan 

sahələrın  (məsələn,  neft-kimya,  biotexnologiya  və  s.)  dövlətin  əlində  olması 

məqsədəuyğundur. Belə ki, məhz həmin sahələr daxili bazarın ödənilməsini təmin 

etmək  və  məhsul  ixracını  artırmaq  üçün  şərait  yaratmaq  imkanına  daha  çox 

malikdirlər.  Ən  müasir  texnologiyalara  əsaslanan  sahələrin  yaradılması  böyük 

kapital tutumlu prosesdir. Respublikanın bugünki iqtisadi potensialı külli miqdarda 

pul  vəsaiti  tələb  edən  belə  sahələrin  maliyyələşdirilməsi  iqtidarında  deyildir. 

Iqtisadiyyatın  strukturunda  texnoloji  təzələnmənin  həyata  keçirilməsi  kapital 

bazarının  formalaşmasını  tələb  edir.  Sabit  valyuta  ehtiyaclarının  yaradılması 

problemini həll etmək, maliyyə bazarına etimadı gücləndirmək məqsədilə müvafiq 

bankların  məqsədyönlü  və  səmərəli  fəaliyyətini  artırmaq  lazımdır.  Belə 

problemlərin həlli isə iqtisadiyyata dövlət müdaxiləsini zərurətə virir. 

Struktur  dəyişikliyi  siyasətinin  səmərəliliyi  müvafiq  elm  sahələrinin  inkişaf 

səviyyəsi,  elmi-texniki  yeniliklərin  tətbiqi  vəziyyəti  ilə  birbaşa  əlaqəlidir.  Məlum 

həqiqətdir  ki,  müstəqilliyin  ilk  dövrlərində  elm  sahələrinə  diqqət  zəifləmiş,  elmi-

texniki  nailiyyətlərin  maliyyələşdirilməsi  xeyli  azalmışdır.  Belə  səbəblər 

respublikanın əsas elmi potensialını xeyli zəiflətmişdir. Müasir dövrün tələblərini 

nəzərə  alan  struktur  siyasəti  bazar  münasibətlərinin  inkişafından  istifadə  edərək 



 

87 


 

məhz elm vasitəsilə resursqoruyucu və tullantısız istehsallar, yüksək texnologiyaya 

ə

saslanan  sahələr  yaratmışdır.  Elmin  köməyi  ilə  "enerjiqoruyucu"  vasitələrini  də 



ə

ldə etmək olar. 

Enerji  sisteminin  iqtisadiyyatda  və  cəmiyyət  həyatının  digər  sahələrində 

ə

vəzsiz  rolunu  əsas  götürən  iqtisadçılar  struktur  dəyişmələrində  prioritetin 



elektroenergetikaya  verilməsi  ideyasını  irəli  sürürlər.  Həqiqətdir  ki,  bütün  sənaye 

istehsalı, aqrar bölmədəki müəyyən təsərrüfatlar, tədavül və xidmət sferası elektrik 

enerjisi  olmadan  fəaliyyət  göstərə  bilməz.  Deyilənləri  əsas  götürərək  qeyd  etmək 

lazımdır  ki,  respublikamızda  yanacaq-xammal  sferasını  inkişaf  etdirmək  struktur 

böhranından  çıxmağın  əsas  istiqamətlərindən  biridir.  Burada  dövlət  xammala  və 

enerjiyə olan ictimai tələbatlarla təbii sərvətlərin ictimai istifadə imkanları arasında 

uyğunsuzluğun aradan qaldırılması üçün zəmin yaratmalıdır. 

Yuxarıda  deyilənlərdən  bu  qənaətə  gəlmək  olar  ki,  makroiqtisadiyyatdakı 

struktur dəyişmələrinə dövlət müdaxiləsi vacibdir. Başqa sözlə, bu proses dövlətin 

tənzimləyici  və  istiqamətverici  siyasəti  əsasında  həyata  keçirilməlidir.  Dövlətin 

struktur  siyasəti  resursqoruyucu  və  tullantısız  texnologiyaların,  yüksək  texnoloji 

istehsalların,  elm  və  elektroenergetikanın  inkişafına  şərait  yaratmalıdır.  Belə 

sahələrin  fəaliyyətinə  nəzarəti  əlində  cəmləndirməklə,  dövlət  onların  bazara  fəal 

təsirini  də  çevik  tənzimləyə  bilər.  Yaponiya  və  Cənubi  Koreyanın  təcrübəsində 

sübut  olunduğu  kimi,  struktur  dəyişiklikləri,  bir  tərəfdən,  dövlət  və  bazarın 

ə

laqələndirilməsini,  digər  tərəfdən  isə  kiçik  və  orta  biznesin  dəstəklənməsini 



nəzərdə  tutur.  Struktur  dəyişmələri  siyasəti  bazar  sektoruna  da  toxunur. 

Iqtisadçıların  fikrincə,  bazar  konyunkturu  ilə  birbaşa  əlaqəli  olduğuna  görə, 

istehlak  malları  istehsal  edən  sahələr  bazar  mexanizminin  tərkib  elementlərinin  - 

tələbin,  təklifın,  qiymətin  və  rəqabətin  fəaliyyətini  mütləq  nəzərə  almаlıdır.  Bu 

baxımdan  xalq  istehlakı  malları  və  kənd  təsərrüfatı  məhsulları  istehsal  edən 

sektorlara dövlətin müdaxiləsi də məhdud olmalıdır. 

Qeyd  etmək  lazımdır  ki,  iqtisadiyyatın  struktur  parametrləri  onun 

səmərəliliyini qiymətləndirmək üçün yeganə meyar ola bilməz. Burada təsərrüfatın 

sahə  quruluşu  təkcə  daxili  son  tələblə  deyil,  həm  də  xarici  iqtisadi  əlaqələrlə 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə