Microsoft Word \300Z?RB\300YC\300n dovl?T iqtis\300d universiteti struktur maq doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix07.12.2017
ölçüsü0,76 Mb.
#14277
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

 

64 


 

Azərbaycan  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  bir  sıra  sahələrdə 

ə

saslı  struktur  dəyişikliklərində  əks  olunan  islahatlar  həyata  keçirilmişdir.  Öncə 



planlı  iqtisadi  sistemə  xidmət  edən  bir  sıra  nazirlik,  dövlət  komitələri  və  baş 

koordinasiya  təşkilatları  ləğv  olunmuş,  onların  bazasında  yeni  iqtisadi 

münasibətlərə  uyğun  və  sаycа  daha  məhdud  yeniləri  yaradılmışdır.  Dövlət 

ə

mlakının  özəlləşdirilməsi  prosesi  struktur  dəyişikliklərini  bir  qədər  də 



çevikləşdirmiş  və  nəticədə  son  10  il  ərzində  dövlət  idarəetmə  strukturlarının  sayı 

orta hesabla iki dəfədən çox azalmışdır.  

Azərbaycanda struktur dəyişikliklərini tənzimləyən  müasir idarəetmə sistemi 

nəzəri  və  praktik  baxımdan  hakimiyyət  piramidasına  uyğun  tərzdə  qurulur. 

Təşkilati strukturlar şəffafdır və bazar prinsiplərinə dolğun cavab verirlər (Əlbəttə, 

demək  olmaz  ki,  struktur  siyasətinin  rəsmi  açıqlanması  özlüyündə  iqtisadiyyatın 

strukturunun  formalaşmasında  həlledici  rola  malikdir).  Lakin  mövcud  iqtisadi 

təsəvvürlər və imkanlar baxımından bu hər bir dövr üçün çıxış nöqtəsi olmalıdır. 

Belə  ki,  struktur  siyasətinin  kifayət  qədər  açıqlanması,  hər  şeydən  əvvəl,  ən  azı 

investorların,  sahibkarların  və  bunlarla  bağlı  qurum  və  strukturların  fəaliyyətində 

qeyri-müəyyənliyi məhdudlaşdıra və istiqamətləndirici faktor ola bilər.  

Aqrobiznes strukturları formalaşdırmaq məqsədi ilə islahatlar həyata keçirilən 

bir  iqtisadi  məkanda  kənd  təsərrüfatının  taxılçılıq,  heyvandarlıq,  meyvəçilik, 

tərəvəzçilik,  pambıqçılıq,  tütünçülük,  ipəkçilik,  çayçılıq,  üzümçülük  yönümlü  və 

ya  ağırlıqlı  inkişaf  təkcə  fermerlərin  seçimi  deyildir.  Bu  tələblər  müxtəlif 

“proporsiyalarda”  iqtisadiyyatın  digər  sektorlarına  da  aiddir.  Qeyri-rəsmi 

məlumatlara görə Yaponiyada 170000 fermer təsərrüfatı fəaliyyət göstərdiyi halda, 

dövlətin  aqrobiznes  siyasətinin  (balıqçılıq  sahəsi  də  daxil  olmaqla)  formalaşması 

və  həyata  keçirilməsi  sahəsində  çalışanların  sayı  yarım  milyona  çatır.  Əlbəttə, 

bunu müəyyən mənada konkret bir ölkənin coğrafi və iqtisadi inkişaf modellərinin 

şə

rtləndirdiyi  xüsusiyyətlərlə  əlaqələndirmək  mümkündür.  Lakin  bu  və  digər  bu 



kimi  ölkələrin təcrübəsindən irəli  gələn nəticələrdən  biri ondan ibarətdir ki,  aktiv 

struktur  siyasəti  iqtisadiyyatın  strukturunun  bazar  mühitinə  uyğunlaşdırılmasının 

mütləq  şərti  olmasa  da,  iqtisadiyyatın  rəqabət  qabiliyyətli  strukturunun  formalaş-



 

65 


 

masının  zəruri  amillərindəndir.  Dövlət  (dövlət  strukturları)  bu  və  ya  digər 

sahibkarların fəaliyyətinin nəticələri ilə təminatlar verə bilməz (verməlidir), ancaq 

iqtisadiyyatın rəqabət potensialının və o cümlədən, beynəlxalq rəqabət reytinqinin 

gücləndirilməsinə görə məsuliyyəti bölüşdürülməlidir. 

Ikincisi,  iqtisadiyyatın  sahə  prioritetlərinin  təsbiti  iqtisadi  inkişaf  siyasətinin 

(proqramının)  tərkib  hissəsinə  çevrilməlidir.  Həm  iqtisad  nəzəriyyəsində  və  həm 

də  iqtisadi  siyasət  təcrübəsində  bu  məsələnin  çeşidli  həlli  variantları  məlum  olsa 

da, həmin məsələnin istənilən seçim variantı həmişə “ixtilaflarla” müşayiət olunur. 

Buna  görə  də  həmin  prioritetlərin  meyarları,  metodologiyası  və  səmərəliliyi 

müxtəlif  kompromislərə  əsaslanmalıdır.  Nəzərə  alınması  zəruri  olan  amillərin 

çoxluğundan məsələyə sistemli yanaşmaq məqsədəuyğundur və buna görə də onun 

geniş informasiya və analitik bazası yaradılmalıdır. Iqtisadiyyatın miqyasından və 

prioritetlərin  spektrindən  asılı  olmayaraq  prioritetlərin  “seçimi”  selektiv  xarakter 

daşımalıdır.  Lakin  bu,  bütünlüklə  və  qismən  də  olsa,  bürokratlar  və  sahibkarlar 

qrupunun mənafelərindən doğmamalıdır. 

Istənilən halda konkret prioritetlərin və onların meyarlarının şəffaflığı mühüm 

ə

həmiyyət  daşıyır.  Həmin  prioritetlərin  vaxt  baxımından  sabitliyi  də  aktual 



məsələlər sırasına aiddir. Bir qisim prioritetlər uzunmüddətli və onların digər qismi 

isə ortamüddətli xarakter daşıya bilər. Prioritetlərin “müddəti” məsələsi də müvafiq 

siyasətin predmeti olmalıdır. Bütün hallarda bu, özünün normativ-hüquqi təsbitini 

tapmalıdır.  Məsələn,  Türkiyə  Respublikasında  bunun  əsas  mexanizmi  beşillik 

inkişaf planları hesab olunur.  

Elektrik  enerjisinin, qara  metalın,  süd  məhsullarının  və  turizm  xidmətlərinin 

struktur  formalaşdırıcı  və  iqtisadiyyatın  beynəlxalq  rəqabət  potensialının 

formalaşmasında  “rolunun”  müxtəlifliyi  məlumdur.  Bunların  konkret  iqtisadi 

məkanlarda  müqayisəli  üstünlükləri  də  olduqca  fərqlidir.  Inkişaf  strategiyası 

baxımından 

bu, 

“idxalıəvəzləyən” 



və 

“ixracyönümlü” 

prioritetlərin 

müəyyənləşdirilməsində  ifadə  olunur.  Azərbaycanın  2000-ci  ildə  idxalında  ərzaq 

mallarının  xüsusi  çəkisi  18,9%  (təqribən  210  mln.  dollar)  və  ixracında  material 



 

66 


 

yanacağının, neft və neft emalı məhsullarının 85,1% təşkil etməsi özlüyündə həmin 

prioritetlərin spektrinin genişliyini şərtləndirir. 

Ümumiyyətlə,  prioritetlərin  seçimi  və  təsbiti  mürəkkəb  strateji  məsələdir. 

“Idxalıəvəzləyən”  və  “ixracyönümlü”  prioritetlərin  əlaqələndirilməsi  isə  daha 

mürəkkəb  məsələdir.  Təcrübə  göstərir  ki,  ifrat  idxalıəvəzləmə  modelinin  inkişaf 

etdirilməsi  son  nəticədə  milli  (ölkə)  iqtisadi  sistemin  idxaldan  asılılığını  daha  da 

gücləndirir.  Eyni  zamanda,  ifrat  ixracyönümlü  model  isə  daxili  bazarın 

məhdudlaşdırılması  və  milli  iqtisadiyyatın  dünya  bazarından  “asılılığının” 

güclənməsi  ilə  nəticələnir.  Idxalıəvəzləmə  və  ixracyönümlü  modellərin 

ə

laqələndirilməsi  daha  səmərəli  hesab  olunur.  Azərbaycanda  belə  bir  modelin 



ardıcıl inkişaf etdirilməsinə əlverişli şərait yaradan amil əsasən neftdir. 

Neft  sektoru  Azərbaycan  iqtisadiyyatında  başlıca  “struktur  formalaşdırıcı” 

amildir və gücləndirilməsi potensialı genişdir. Məsələ təkcə miqyaslı neft sektoru 

investisiyaları  və  “neft  dollarının”  iqtisadiyyatın  digər  sektorlarına  investisiya 

mənbəyi  kimi  yönəldilməsi  ilə  məhdudlaşmır.  Bunun  çoxalma  səmərəsi  də  ola 

bilər. 


Artıq ölkənin neft sektoru ətrafında iqtisadiyyatın subkontrakt və xidmət (300 

yerli  və  400-ə  qədər  xarici  təsərrüfat  subyekti)  sektoru  formalaşmaqdadır.  Eyni 

zamanda  bəzi  hesablamalara  görə,  neftlə  əlaqədar  investisiyalar  30%-dən  az 

çərçivədə yerli məhsul və xidmətlərə tələbat artmışdır.  

Geniş  anlamda  neft  amili  iqtisadiyyatda  geniş  inteopasiya  funksiyasını  da 

yerinə  yetirə  bilər.  Bunun  üçün  neft  sektoru  ilə  yanaşı  iqtisadiyyatın  digər 

sektorlarının  inkişafı  da  tələb  olunur.  Lakin  mövcud  şəraitdə  bundan  daha  vacib 

məsələ həmin sektorların inkişaf strategiyasının açıqlanmasıdır. Bu, iqtisadiyyatın 

neft  və  qeyri-neft  sektorlarının  asılılıq  və  tamamlanma  vəziyyətinə  gətirilməsinin 

və balanslaşdırılmış inkişafının ilkin zəruri şərtlərindən biridir.  

Üçüncüsü,  iqtisadiyyatın restruktrizasiyası  məqsədilə  struktur prioritetləri ilə 

yanaşı,  onların  reallaşması  üçün  ünvanlı  tədbirlər  və  mexanizmlər 

müəyyənləşdirilməlidir.  Bu  məsələdə  iki  cəhət  xüsusilə  diqqət  çəkir.  Əvvəla, 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə