Microsoft Word \300Z?RB\300YC\300n dovl?T iqtis\300d universiteti struktur maq doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix07.12.2017
ölçüsü0,76 Mb.
#14277
1   ...   22   23   24   25   26   27   28   29   30

 

79 


 

3.2. Аzərbаycаndа iqtisаdiyyаtın səmərəli strukturunun fоrmаlаşdırılmаsı 

problemləiri və həlli yolları 

 

Makrosəviyyədə  ölkə  iqtisadiyyatının  səmərəli  strukturunu  formalaşdırmaq 

olduqca  mürəkkəb,  çətin  və  məsuliyyətli  vəzifədir.  Belə  ki,  iqtisadiyyatın 

strukturunun  dəqiq  müəyyənləşdirilməsi  və  əsaslandırılması  müvafiq  şərtlərə 

istinad  edən  və  çoxlu  amillərin  təsirinə  məruz  qala  bilən  uzunmüddətli  və 

mürəkkəb prosesdir. Birmənalı qeyd etmək olar ki, istənilən ölkənin iqtisadiyyatı 

düz  xəttə  uyğun  inkişaf  etmir,  tənəzzüllü,  böhranlı,  eləcə  də,  inkişaf  meylli, 

sıçrayışlı dövrlərlə müşayiət olunur. 

Iqtisadiyyatın  fəaliyyətinə, onun çoxşaxəlı  inkişaf perspektivlərinə  bilavasitə 

təsir göstərən amillər sırasında struktur böhranı xüsusi rol oynayır. Məhz struktur 

böhranları  iqtisadiyyatda  səmərəlı  yolların  axtarılmasını,  köhnə  iqtisadi  struktura 

yenidən  baxılmasını,  iqtisadiyyatın  idarə  olunması  və  tənzimlənməsində  yeni 

metodların, mexanizmlərin tapılmasını obyektiv zərurətə çevirir. 

Yeni  iqtisadi  sistemə  keçən  müstəqil  Azərbaycanın  keçid  dövrü  üçün 

səciyyəvi  olan  iqtisadiyyatı  da  struktur  böhranı  ilə  üzləşmişdir  və  bunun  bəzi 

spesifik  xüsusiyyətləri  vardır.  Bu  xüsusiyyətləri  doğuran  səbəbləri  belə 

təsnifləşdirmək  olar:  inzibati-amirlik  təsərrüfatçılıq  sistemindən  miras  qalan  ifrat 

inhisarçılıq,  əvvəllər  mövcud  olan  çoxşaxəli  iqtisadi  əlaqələrin  pozulması,  xarici 

iqtisadi  əlaqələr  istiqamətinin  yeniləşməsi,  iqtisadi  proseslərin  idarə  olunması  və 

tənzimlənməsindəki  dəyişikliklər,  bazar  münasibətlərinə  istinad  edən  sistemin 

formalaşmasının  ilk  dövrlərində  iqtisadiyyatın  ifrat  "sərbəstləşməsi",  xarici 

bazarlara  müstəqil  çıxışın  əldə  edilməsi,  makroiqtisadi  proseslərin  istiqamətinin 

dəyişdirilməsi,  respublika  hökumətinin  düşünülmüş  xarici  iqtisadi  inteqrasiya 

siyasətinin  formalaşdırılması  və  s.  səbəblər  müstəqilliyin  ilk  illərində  dövriyyəyə 

buraxılmış milli manatın alıcılıq qabiliyyətinin çox sürətlə aşağı düşməsinə gətirib 

çıxarmış,  bunun  nəticəsində  inflyasiya  prosesi  idarəolunmaz  vəziyyətə  düşmüş, 

iqtisadiyyatda  struktur  böhranı  daha  da  dərinləşmiş,  iqtisadiyyatın  xammal 

yönümlü resurs ixraclı istiqamətini daha da gücləndirmişdır. 




 

80 


 

Keçmiş SSRI dövründə az əhəmiyyətli, xüsusi texniki və texnoloji yeniliklər 

tələb etməyən, lazımsız, standart çeşidlı istehlak malları istehsalına üstünlük verən 

müəssisələrin  yaradılması  isə  keçid  dövründə  struktur  böhranını  daha  da 

qabаrtmışdır.  Belə  sahə  və  müəssisələrin  yaradılmasına  olan  sürətli  meyl 

bütövlükdə  istehsalın  maddi-texniki,  texnoloji  bazasının  da  zəifləməsinə  səbəb 

olmuşdur.  Istehsalın  qeyri-ixtisaslaşdırılmış  strukturunun  yaranması  resurslara 

üstünlük  verən  ekstensiv  təkrar  istehsalı  gücləndirirdi.  Nəticədə  ölkənin  nəinki 

istehsal,  həmçinin  qeyri-istehsal  sferası  da  iflic  vəziyyətində  idi.  Bu  isə,  öz 

növbəsində, makroiqtisadi inkişafı ləngidirdi. 

Deyilənlərdən  çıxış  edərək,  struktur  böhranını  birtərəfli  nəzərdən  keçirmək 

olmaz, təhlildə sistemlik və təsərrüfat mexanizminin bütün elementlərinin qarşılıqlı 

ə

laqəsi təmin olunmalıdır. Ona görə də struktur böhranı - iqtisadi sistemin yalnız 



ayrı-ayrı  elementlərini  deyil,  bütövlükdə  sistemi  əhatə  edən  böhranın  xüsusi 

növüdür. 

Sözsüz ki, "iqtisadiyyatın strukturu" və "struktur böhranı" anlayışları bir-biri 

ilə  üzvi  əlaqədə  və  qarşılıqlı  təsirdə  öyrənilməlidir.  Bu  zaman  nəzərə  almaq 

lazımdır  ki,  müxtəlif  dövrlərdə  ayrı-ayrı  ölkələrdə  həyata  keçirilən  struktur 

siyasəti,  bundan  irəli  gələn  strateji  vəzifələr  eyni  olmur.  Eyni  zamanda  aparılan 

islahatların  prioritet  istiqamətləri,  iqtisadiyyatda  struktur  dəyişikliklərinin 

metodları  da  çoxşaxəlidir.  Belə olduğu halda,  makroiqtisadiyyatın  transformasiya 

prosesinin  obyektiv  və  subyektiv  amilləri  transformasiya  qanunauyğunluqlarının, 

prinsiplərinin  işlənməsini,  nəzəri  və  metodoloji  əsaslarının  ümumiləşdirilməsini 

zərurətə çevirir. 

Burada əsas məsələlərdən biri makroiqtisadi strukturda böhran təzahürlərinin 

aradan  qaldırılması  vəzifələrinin  və  təkrar  istehsal  səviyyəsində  aşkara  çıxarılmış 

formal-real və real-formal ümumiləşdirmələr arasında aydın görünən ziddiyyətlərin 

həll olunması üzrə taktiki tədbirlərin işlənməsinin müəyyən edilməsidir. 

Hazırda  respublika  iqtisadiyyatında  həyata  keçiriləcək  islahat  tədbirləri 

struktur  dəyişikliklərinin  qanunauyğunluqlarından  irəli  gəlir  ki,  bunları  ani 



 

81 


 

ə

laqələrə deyil, iqtisadiyyatın strukturunun formalaşmasının uzunmüddətli prosesi 



kimi əks etdirən xüsusiyyətlərə aid etmək olar. 

Qanunauyğunluqlar təkcə iqtisadiyyatda əsas kapitalın quruluşuna deyil, həm 

də  müəyyən  texnomühitin  şəklini  dəyişən  əlaqələrin,  istehsal  amillərinin 

məcmusunu  müəyyən  edən  təşkilati-iqtisadi  struktura  toxunur.  Mikro  və  makro 

iqtisadi  səviyyədə  texnoloji  təzələnmənin  zəruriliyi  bununla  diktə  olunur.  Müasir 

mərhələdə bu qanunauyğunluğun təzahürü onunla şərtlənir ki, bütün müəssisələrin 

yalnız 10-20%-nin texniki səviyyəsi makroiqtisadiyyatın müasir tələblərinə cavab 

verir.  Bu  vəziyyəti  əyani  surətdə  respublikanın  maşınqayırmа  kompleksinin 

timsalında  görmək  olar.  Araşdırmalardan  məlum  olur  ki,  kompleksə  daxil  olan 

müəssisələrdəki avadanlıqların böyük əksəriyyəti (32,2%-dən 64,2%-dək) istismar 

müddəti  5  ildən  10  ilə  qədər  olanlardır  və  xidmət  müddəti  5  ilə  qədər  olan 

avadanlıqlar  istehsal  vasitələrinin  0,25  hissəsini  belə  təşkil  etmir.  Həmin 

müəssisələrdə  avtomatik  avadanlıqların  xüsusi  çəkisi  cəmi  2,5%  təşkil  edir. 

Maşınqayırma  kompleksində  dəzgah  parkının  aşınması  da  çox  yüksəkdir.  Əgər 

bütövlükdə  respublika  sənayesində  20  ildən  yuxarı  yaşı  olan  avadanlıqlar  15% 

təşkil  edirsə,  maşınqayırmada  bu  göstərici  18,6%  təşkil  edir.  Təbii  ki, 

respublikanın  maşınqayırma  kompleksindəki  bu  texnoloji  gerilik  istehsal  olunan 

məhsulların  keyfiyyətində  və  qiymətlərində  də  əks  olunduğuna  görə,  həmin 

məhsullar  müasir  dünya  standartlarına  cavab  vermir  və  rəqabət  qabiliyyətində 

deyildir.  Səmərəliliyi  ifadə  edən  texniki-iqtisadı  göstəricilərin  aşağı  səviyyədə 

olması  isə  bu  gün  respublikanın  makroiqtisadi  göstəricilərində  müsbət  meyllərin 

inkişafını ləngidən amillərdən birinə çevrilmişdir. 

Ölkənin  iqtisadi  strukturunda  maşınqayırmа  kompleksinin  yüksək 

ə

həmiyyətini  nəzərə  alaraq,  bazar  iqtisadiyyatına  keçid  şəraitində  elmi-texniki 



tərəqqinin müasir tələblərinə cavab verən maşınqayırma məhsulları istehsal etmək 

üçün,  birinci  növbədə,  fiziki  və  mənəvi  cəhətdən  köhnəlmiş  maşın  və 

avadanlıqların  daha  məhsuldar,  dünya  standartlarına  uyğun,  mütərəqqi 

texnologiyaya  əsaslanan  yeniləri  ilə  əvəzlənməsi  tələb  olunur.  Bütün  bunlar  isə 

böyük məbləğdə investisiya qоyuluşları, dövlət büdcəsindən təxsisatlar tələb edir. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə