Microsoft Word \300Z?RB\300YC\300n dovl?T iqtis\300d universiteti struktur maq doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix07.12.2017
ölçüsü0,76 Mb.
#14277
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

 

67 


 

həmin tədbirlər əsassız olaraq ayrı-seçkilik hallarına gətirilməli və ya belə halları 

daha da gücləndirilməlidir. 

Digər  tərəfdən,  iqtisadiyyatın  restruktrizasiyası  mahiyyətcə  mikroiqtisadi  və 

makroiqtisadi  xarakter  daşıdığına  görə  mikroiqtisadi  siyasətin  makroiqtisadi 

tədbirlərlə  ardıcıl  surətdə  əlaqələndirilməsi  və  konsolidasiyası  məqsədəuyğundur. 

Daxili  bazarı  məhdud  olan  ölkələrdə  buna  ehtiyac  daha  böyükdür.  Məlumdur  ki, 

islahatları  və  iqtisadiyyatın  restruktrizasiyası  fərqli  proseslərdir.  Iqtisadiyyatın 

restruktrizasiyası  keçid  dövrü  ölkələrində  bazar  islahatlarının  tərkib  hissəsinə 

çevrilsə  də,  mahiyyətcə  bu,  iqtisadi  prosesdir.  Bu  baxımdan  iqtisadiyyatın 

restruktrizasiyası  tədbirlərinin  iqtisadi  inkişaf  mexanizmində  (məsələn,  plan  və 

proqramlarda)  yer  alması  məqsədəuyğundur.  Buna  görə  də  iqtisadiyyatın 

restruktrizasiyası  məhdud  şəraitdə  iki  vektor  üzrə  həyata  keçirilməlidir.  Bu, 

restruktrizasiyanın müəssisə səviyyəsinə də aiddir.  

Makroiqtisadi  siyasətlə  və  ya  onun  bir  sıra  elementləri  ilə  bu  sahədə  həyata 

keçirilən  mikroiqtisadi  tədbirlər  arasındakı  “paralellik”  aradan  qaldırılmalıdır. 

Məsələn,  Azərbaycanda  pul  (monetar)  siyasətin  həyata  keçirilməsi  sahəsində 

olduqca  fundamental  əhəmiyyətli  nəticələr  qazanılmışdır.  Eyni  zamanda,  pul 

siyasəti  həm  iqtisadi  inkişafın  şərti  (ilkin  şərtlərindən  biri)  və  həm  də  nəticəsi 

(nəticələrindən  biri)  olduğuna  görə  səmərəli  pul  siyasəti  adətən  inkişaf  edən  pul 

siyasəti hesab olunur. Azərbaycanda bunun konturlarından birini monetar siyasətin 

və  ya  sadəcə,  pulun  iqtisadiyyatın  restruktrizasiyanın  təsirinin  gücləndirilməsi 

təşkil  edə  bilər.  Bəzi  məlumatlara  görə,  dövriyyədə  olan  pul  kütləsinin  UDM-ə 

nisbəti  respublikamızda  2000-ci  ildə  6,9%,  Rusiyada  16,5%,  90-cı  illərin 

ortalarında ABŞ-da 50%, Yaponiyada 114-122%, Polşada 32-43% təşkil etmişdir. 

Ölkələrin makroiqtisadi siyasətindən və iqtisadi inkişaf modellərindən asılı olaraq 

pul  kütləsinin  ÜDM-ə  nisbəti  müxtəlif  ola  bilər.  Lakin  bu  nisbətlər  arasındakı 

fərqlər  diapazonunu  ciddi  müzakirəsi  məqsədəuyğundur.  Bunu  kredit  siyasəti 

haqqında  da  söyləmək  mümkündür.  Iqtisadiyyatın  restruktrizasiyasının 

makroiqtisadi  institutlarından  biri  kimi  fond  birjasının  bu  sahədə  aktiv  fəaliyyət 

müstəvisinə gətirilməsi kredit siyasəti amilindən az əhəmiyyətli məsələ deyildir.  



 

68 


 

Dördüncüsü,  Azərbaycan  iqtisadi  ədəbiyyatında  və  iqtisadi  siyasət 

müzakirələrində  ən  az  diqqət  verilən,  lakin  iqtisadiyyatın  restruktrizasiyasında 

ardıcıl  surətdə  aktuallaşan  amil  kimi  texnologiyaların  və  innovasiyanın  imkanları 

və  rolu  açıqlanmalıdır.  Artıq  əksər  postsovet  ölkələrində  keçid  dövrünün 

başlanğıcında bu sahədə mövcud olan insan resurslarını, intellektual potensialın və 

təşkilati  infrastrukturlarının  bazar  iqtisadiyyatı  mühitinə  ən  zəruri  dərəcədə  belə 

uyğunlaşdırılmaması  (və  ya  uyğunlaşmaması)  faktdır  və  problemin  əməli 

baxımdan  müzakirəsi  yeni  texnologiyaların  və  innovasiya  fəaliyyətlərinin 

iqtisadiyyatın  real  “strukturformalaşdırıcı”  və  beynəlxalq  rəqabət  reytinqinin 

yüksəldici amilinə çevrilməsi üçün müvafiq hüquqi, iqtisadi, maliyyə, təşkilati və 

infrastruktur 

mexanizmlərin 

yaradılması 

ə

trafında 



cəmləşdirilməsi 

məqsədəuyğundur.  IEÖ-lərin  təcrübəsindən  belə  faktda  məlumdur  ki, 

iqtisadiyyatın  inkişaf  edən  texnologiyalara  miqyaslı  uyğunlaşdırılması  və 

innovasiya  (yeniləşməsi)  potensialının  gücləndirilməsi  sistemli,  məqsədli,  ardıcıl 

və  dinamik  tədbirlər  vasitəsi  ilə  mümkündür.  Bu  baxımdan  və  Azərbaycandakı 

mövcud  “texnologiya”  və  “innovasiya”  mühitini  nəzərə  alaraq  milli  texnologiya 

(və  ya  texnoloji  inkişaf)  siyasətinin  hazırlanması  və  həyata  keçirilməsi 

məqsədəuyğundur.  Bu,  dövlətlə  (dövlət  strukturları  ilə)  sahibkarların 

universitetlərin  və  mülkiyyət  formasından  asılı  olmayaraq  araşdırma  potensialı 

mərkəzlərin  əməkdaşlığına  (iş  birliyinə)  əsaslanmalıdır.  Mövcud  şəraitdə 

iqtisadiyyatımızda  formalaşmış  “əmək-kapital-elm”  əlaqəsi  (və  ya  modeli) 

texnologiyaların  inkişafını  və  yeni  texnikanın  tətbiqini  kifayət  qədər 

stimullaşdırmır  və  hətta  bəzi istiqamətlərdə  buna  maneələr  yaradır.  Buna görə də 

yeni  texnologiyaların  inkişafı  və  innovasiyaların  stimullaşdırılması  mexanizmi 

sistem halına gətirilməli və şəffaf tələblər “bloku” ilə əlaqələndirilməlidir. 

Müəssisələrin  və  xüsusilə  də  kiçik  və  orta  sahibkarlığın  texnologiyaların 

inkişaf  etdirilməsinə  köməklik  məqsədilə  müəssisələrarası  kooperasiya 

infrastrukturlarının yaradılmasının dəstəklənməsi məqsədəuyğundur. Bunun uyğun 

formaları  texnoloji  inkişaf  mərkəzi,  texnoloji  inkişaf  inkubatorlu  və  sair  kimi 

modellər  ola  bilər.  Burada  diqqət  çəkən  cəhətlərdən  biri  ondan  ibarətdir  ki, 




 

69 


 

texnologiya  transferi  və  “araşdırma  və  inkişaf”  modeli  müxtəlif  prosesləri  əhatə 

etsə  də,  onların  arasında  əlverişli  məkanlarda  faydalı  qarşılıqlı  əlaqələr  (təsirlər) 

formalaşır. 

Araşdırma  və  inkişaf  fəaliyyətlərinin  nəticələrinin  iqtisadiyyata  tətbiqinə 

ə

lverişli  amilləri  formalaşdırmaq  məqsədilə  vençur  (risk)  kapitalı  mexanizminin 



yaradılması real sürətdə əməli müstəviyə gətirilməlidir. 

Beşincisi,  Azərbaycan  investisiyalarının  mütləq  həcminə  və  adambaşına 

göstəricisinə görə müstəqil dövlətlər məkanında aparıcı yerlərdən birini tutmasına 

baxmayaraq, iqtisadiyyatın restruktrizasiyasının zəruri və güclənməkdə olan amili 

kimi  investisiya  fəaliyyətləri  radikal  sürətdə  aktivləşdirilməlidir.  Kapital 

qoyuluşlarının  həcmi  respublikamızda  1995-2001-ci  illərdə  5  dəfədən  çox  artmış 

və bunun nəticəsində kapital qoyuluşlarının ÜDM-ə nisbəti 1995-ci ildəki 10,7%-

dən  2001-ci  ildə  21,2%-ə  çatmışdır.  Bunun  əsas  hissəsi  xarici  investisiyalar 

hesabına  olsa  da,  xarici  investisiyalarda  birbaşa  investisiyaların  xüsusi  çəkisi, 

daxili investisiyalarda özəl sektorun payı əhəmiyyətli dərəcədə yüksəlmişdir. 2003-

cü  ilin  birinci  yarısında  xarici  sərmayəli  müəssisələrin  sayı  2921  olmuşdur. 

Müqayisə  üçün  göstərmək  olar  ki,  1991-2002-ci  illərdə  Rumıniya  iqtisadiyyatına 

xarici  investisiyaların  həcmi  9,2  milyard  dollar,  xarici  investisiyalı  müəssisələrin 

sayı isə 89000 olmuşdur. 

Bütün  bunlar  əhəmiyyətli  olsa  da,  iqtisadiyyatın  radikal  restruktrizasiyası 

baxımından  yetərli  deyildir.  Bir  tərəfdən,  investisiya  qaynaqları  məhduddur. 

Məsələn, ilkin yığımların ÜDM-ə nisbəti 7,4% təşkil edir. Digər tərəfdən, mövcud 

qaynaqların istifadəsi mexanizmi kamil deyilir. Məsələn, əhalinin banklardakı ilkin 

yığımlarının ÜDM-ə nisbəti 1,7% təşkil edir. Bütün növ bank kreditlərinin ÜDM-ə 

nisbəti  Azərbaycanda  10%-dən  aşağı  olduğu  halda  inkişaf  etmiş  ölkələrdə  bu 

göstərici  təqribən  ÜDM-ın  ətrafında  “fırlanır”.  Ilkin  yığımlarla,  investisiyalar 

arasında  əlaqələrin  xarakteri  kifayət  qədər  aydınlaşdırılmışdır.  Daxili  bazarın 

məhdudluğu  və  xarici  bazarlarda  rəqabət  etmək  potensialını  və  “təcrübəsinin” 

aşağı  olması  üzündən  xüsusilə  emal  müəssisələrində  istehsal  güclərindən  istifadə 

problemi yaranır.  



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə