Microsoft Word \300Z?RB\300YC\300n dovl?T iqtis\300d universiteti struktur maq doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix07.12.2017
ölçüsü0,76 Mb.
#14277
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

 

70 


 

Bu  problemin  asan  və  birdəfəlik  həlli  modeli  məlum  deyildir.  Ümumi 

formada  problemin  mahiyyəti  investisiyaların  həcminin  artırılmasında, 

strukturunun təkmilləşdirilməsində və səmərəliliyinin yüksəldilməsindədir. Bunun 

üçün  investisiya  siyasəti  səfərbəredici  olmalı,  onun  məqsədləri,  hədəfləri  və 

mənbələri  kifayət  qədər  açıqlanmalıdır.  Potensial  və  real  investisiya  qabiliyyəti 

bütün  müəssisələrin  və  təsərrüfat  subyektlərinin  investisiya  proqramlarının 

hazırlanması  özlüyündə  aktual  məsələ  olsa  da,  bu  problemi  həll  etmir.  Bazar 

islahatları  özlüyündə  Azərbaycan  iqtisadiyyatının  bütün  sektorlarında  (xüsusilə 

neft  və  telekommunikasiya  kimi  sektorlardan  kənarda)  cəlbedici  və  beynəlxalq 

rəqabət 

üstünlüklərinə 

malik 

investisiya 



mühitinin 

formalaşması 

ilə 

nəticələnməmişdir və buna görə də həmin mühitin radikal dəyişdirilməsi prioritet 



xarakter  daşımalıdır.  Həmin  amillərin  istifadə  modelləri  olduqca  genişdir.  Buna 

görə də mövcud şəraitdə mümkün variantların əsas məsələsidir. 

Altıncısı,  təbii  inhisarların  iqtisadiyyatın  restruktrizasiyasında  rolu 

gücləndirilməlidir.  Bəzi  hesablamalara  görə  ölkədə  sənaye  istehsalının  15-20%-i 

sənaye istehsal fondlarının orta illik dəyərinin 10-15%-i təbii inhisarların fəaliyyəti 

dairəsində  cəmlənmişdir.  Lakin  təbii  inhisarların  “struktur  formalaşdırıcı”  rolu 

onların iqtisadiyyatdakı yerindən daha “güclüdür”. Bütün təbii inhisar sahələrində, 

xüsusilə də elektrik enerjisi sahəsində həm tarif mexanizminin islahatı və həm də 

rəqabət  sferasının  genişləndirilməsini  nəzərdə  tutan  restruktrizasiya  tədbirləri 

vasitəsilə  bütövlükdə  iqtisadiyyatın  strukturuna  təsir  göstərmək  mümkündür. 

Bilavasitə təbii inhisarların fəaliyyət seqmentlərinin rəqabət prinsiplərindən “azad” 

olması  nəticəsində  onların  mallarının  və  xidmətlərinin  tariflərinin  tənzimləmə 

sferasına  aid  edilməsi  həmin  tariflərin  bazarın  tələblərinə  uyğunlaşmaqdan  azad 

etmir.  Əksinə,  tənzimləmə  vasitəsilə  tariflərin  bazara  uyğunlaşdırılması  və  az 

səmərəlidir.  Buna  görə  də  rəqabət  məkanının  genişləndirilməsi  (mövcud  şəraitdə 

mümkün  olan  genişləndirilməsi)  şərti  ilə  tarif  mexanizminin  islahatı  ən  uyğun 

variant  hesab  olunur.  Bu  bir  neçə  istiqamətdə  genişləndirilə  bilər.  Əvvəla, 

istehsalçıların  xərcləri  şəffaf  prinsiplər  və  normativlər  bazasında  əsaslandırıl-

malıdır. Ikincisi, xərclərin azaldılması zərurətə çevrilməli və stimullaşdırılmalıdır. 



 

71 


 

Üçüncüsü,  tariflərin  diferensiallaşdırılması  əsaslandırılmalıdır.  Məsələn,  elektrik 

enerjisi  tariflərinin  səviyyəsinə  görə  sənaye  istehsalının  əhali  istehlakına  nisbəti 

Türkiyədə  təqribən  bərabər,  Belçikada  3,1  dəfə,  Fransada  2,7  dəfə  və  Ispaniyada 

2,5 dəfə aşağıdır. Postsovet ölkələrinin əksəriyyətində isə əhali istehlakı qrupu üzrə 

elektrik  enerjisi  tarifləri  sənaye  qrupundan  xeyli  aşağıdır.  Azərbaycanda  bu  fərq 

təqribən 2 dəfədir və bunu şərtləndirən amillər təkcə sosial xarakter daşımır. Lakin 

bu  gün  iqtisadi  və  praktik  baxımdan  daha  vacib  məsələ  “sənaye  qrupu”  ilə 

“kommersiya  xarakterli  qrupun”  uyğunlaşdırılmasıdır.  Nəhayət,  elektrik  enerjisi 

istehlakına bənzər sahələrdə “xidmətə və ya məhsula” qənaət stimullaşdırılmalıdır. 

Iqtisadiyyatın  rəqabət  potensiallı  strukturu  formalaşdığı  halda  ÜDM-in  enerji 

tutumunun  aşağı  salınması  bu  və  ya  digər  ölkələrin  rəqabət  üstünlüyü  amilinə 

çevrilir.  

 

 




 

72 


 

FƏSIL 3. DÖVLƏTIN STRUKTUR S YАSƏT N N 

REALLAŞDIRILMASININ TƏKM LLƏŞD R LMƏS  

 

3.1. Dövlətin struktur siyаsətinin təkmilləşdirilməsi istiqamətləri 

 

А

zərbaycan  iqtisadiyyatının  modernizasiya  və  rəqabət  potensialının 



gucləndirilməsinin,  son  nəticələrinin,  əhalinin  həyat  şəraitinin  və  səviyyəsinin 

yüksəldirilməsinin  fundamental  amillərindən  bir  qrupu  iqtisadiyyatın  "hansı" 

və  "necə"  strukturunun  formalaşması  ilə  bağlıdır.  Iqtisad  elminin  əvvəlki  aktual 

problemləri  sırasına  aid  olan  bu  məsələ  son  onillikdə  daha  da  aktuallaşmışdır. 

Bunu  şərtləndirən  çeşidli  səbəblər  arasında  Azərbaycanda  struktur  siyasətinin 

formalaşmasında  nəzərə  alınması  zəruri  olan  və  ya  yan  keçilməsi  mümkün 

olmayan bir neçə cəhətin xüsusi vurğulanması məqsədəuyğundur. 

Ə

vvəla,  postindustrial  inkişaf  mərhələsinə  keçid  ardıcıl  sürətlə  çağdaş 



cəmiyyətin  və  iqtisadiyyatın  xarakterik  meyllərindən  birinə  çevrilir.  Bununla 

ə

laqədar  artıq  "yeni  iqtisadiyyat"  (new  economy)  anlayışı  nəzəri  iqtisadi  və 



sosioloji  araşdırmalarla  yanaşı,  rəsmi  orqanların,  məsələn,  Birləşmiş  Millətlər 

Təşkilatının  Avropa  Iqtisad  Komissiyasının  (UNECE)  hesabatlarında  da  yer 

almaqdadır.  "Yeni  iqtisadiyyatın"  məzmununu  açıqlamaq  məqsədilə  "xidmət 

iqtisadiyyatı"  və  ya  "xidmət  hökmranlıqlı  iqtisadiyyat",  "informasiya"  və  ya 

"bilgi",  "çəkisiz"  (weightless)  və  ya  "materialsızlaşmış"  (demate-rilized) 

iqtisadiyyat  anlayışları  ortaya  atılmışdır.  Bu  anlayışlardan  hər  birinin  nə  qədər 

dəqiq  olub-olmaması,  həmin  anlayışlar  qrupunun  (blokunun)  iqtisadiyyatda  baş 

verən  postindustrial  xarakterli  prosesləri  nə  dərəcədə  ifadə  etməsi  məsələlərinə 

varmadan  qeyd  etmək  lazımdır  ki,  bunun  iqtisadiyyatın  strukturunda  miqyaslı 

təzahürləri müşahidə olunur. Bu və ya digər ölkədə iqtisadiyyatın strukturu iqtisadi 

inkişaf  səviyyəsini  mütləq  şəkildə  ifadə  etməsə  də,  həmin  göstəricilər  arasında 

ciddi  asılılıq  var.  Dünya  Bankı  mütəxəssislərinin  hesablamalarına  uyğun  olaraq 

2011-ci  ildə  ümumi  daxili  məhsulda  (ÜDM)  xüsusi  çəkisinə  görə  ABŞ-da 

(Yaponiyada) kənd təsərrüfatı məhsulu 3 faiz (3 faiz), sənaye məhsulu 36 faiz (37 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə