Microsoft Word \300Z?RB\300YC\300n dovl?T iqtis\300d universiteti struktur maq doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix07.12.2017
ölçüsü0,76 Mb.
#14277
1   ...   22   23   24   25   26   27   28   29   30

 

82 


 

Başqa sözlə,  maşınqayırma  kompleksinin  və ona daxil olan  müəssisələrin  texniki 

cəhətdən dəyişdirilməsi və yenidən qurulması üçün Azərbaycan hökuməti özünün 

investisiya  siyasətində  əsaslı  düzəlişlər  etməli,  bu  məqsədlə  nəzərdə  tutulan 

tədbirlərə,  o  cümlədən  struktur  dəyişikliklərinə  dövlət  büdcəsində  birbaşa  xərclər 

nəzərdə tııtulmalıdır. 

Iqtisadi  strukturda  islahatın  həyata  keçirilməsi  zəruriliyini  ifadə  edən  əsas 

qanunauyğunluqlardan  biri  də  təmərküzləşmə  və  ixtisaslaşmanın  səviyyəsini 

səciyyələndirən  sahələrin,  istehsalatların  və  komplekslərin  nisbəti  ilə  bağlıdır. 

Tədqiqatlar  göstərir  ki,  nisbətən  yüksək  artım  templəri  olan  sahə  və  komplekslər 

(məsələn,  yanacaq-energetika  sənayesi)  real  təmərküzləşdırilmişdır,  aşağı  artım 

templəri  olanlar  isə  (qara  metallurgiya,  yüngül  sənaye  və  s.)  rekonstruksiya  və 

dövlətsizləşdirmə  mövqelərindən  iqtisadi  münasibətlərin  yenidən  nəzərdən 

keçirilməsini  tələb  edir  ki,  bu  da  iqtisadiyyatın  ayrı-ayrı  bölmələrinə  fərqli 

yanaşmanı nəzərə almaqla, dəyişikliklərin prioritet istiqamətlərini seçməyə imkan 

verə bilər. 

Sosial-iqtisadi  vəziyyətin  qiymətləndirilməsindən,  struktur  böhranının  bütün 

istiqamətləri və təsərrüfat fəaliyyətinin səviyyələri üzrə təzahür xüsusiyyətlərindən 

çıxış  edərək,  iqtisadiyyatın  strukturuna  təsir  edə  bilən  iqtisadi  siyasətin 

istiqamətlərini belə təsnifləşdirmək olar: antiinhisar siyasəti, antiinflyasiya, sənaye 

və elmi-texniki, investisiya və struktur, sosial-regional və xarici iqtisadi, fiskal və 

kredit-pul  siyasətləri.  Makroiqtisadiyyatda  baş  verən  struktur  dəyişiklikləri  təkrar 

istehsal  proporsiyalarının  dinamıkasında  əks  olunan  ümumi  inkişafın  digər 

obyektiv  qanunauyğunluğudur.  Tarazlığın  pozulması  və  struktur  böhranı  iqtisadi 

tarazlığın  təmin  edilməsini,  milli  iqtisadiyyatın  artımına  yönəldilmiş  irəliləyişləri 

və  struktur  dəyişikliklərini  zərurətə  çevirir.  Iqtisadi  sistemin  bütün  elementlərini 

ə

hatə edən "struktur yenidənqurmasının" həyata keçirilməsi ilə "struktur böhranı" 



adlanan dövr başa çatır. 

Dünyanın  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrində  iqtisad  elmlərinin  və 

təsərrüfat təcrübəsinin köməyi ilə böhranların yumşaldılması və onlardan çıxmağın 

sürətləndirilməsi  üzrə  geniş  tədbirlər  sistemi  işlənib  hazırlanmışdır.  Belə  təcrübə 




 

83 


 

ilə tanışlıq və ondan istifadə edilməsi Azərbaycan iqtisadiyyatında böhranın aradan 

qaldırılması proqramının yaradılması üçün çox faydalı olardı. 

Müasir  dövrdə  iqtisadiyyatın  struktur  dəyişikliklərinə  daha  geniş  mənada 

baxılır, yəni mənafelər konkret şəraitin olması imkanları ilə əlaqələndirilir. Xarici 

təcrübədə iqtisadiyyatın struktur dəyişilməsinin iki əsas tərəfi ön plana çəkilir: 1) 

Azad  bazara  və  əks  tənzimləməyə  üstünlük  verən  Amerika  yolu  (80-ci  illərdə 

Böyük  Britaniya  da  bu  yolla  getmişdir.  Bu,  sürəkli  və  sosial  xərclər  doğuran, 

istehsalın  səmərəliliyinin  artım  templərini  yavaşıdan  yoldur);  2)  Sənaye  siyasəti, 

dövlət tənzimlənməsi və proqnozlaşdırma üsullarına üstünlük verən Yaponiya yolu 

(Yaponiyanın ardınca artıq 30 ildir ki, Koreya Respublikası da bu yolla gedir). 

Adı  çəkilən  yolların  və  ölkələrin  təcrübəsi  Azərbaycan  üçün  də  faydalı  ola 

bilər,  lakin  burada  konkret  modeli  yox,  onun  ayrı-ayrı  tərəflərini  götürmək 

məqsədəuyğundur. 

Məsələn, 

yapon 


iqtisadiyyatındakı 

dəyişikliklərdən 

islahatlaşdırmada mərhələlərin və sistemliliyin qiymətləndirilməsini götürmək olar. 

Amerikan  modeli  isə  dəyişikliklərin  hüquqi  əsası  baxımından  maraqlı  ola  bilər. 

Bununla  yanaşı,  respublikamızın  ərazi  ölçülərini,  milli  mentalitetlə  bağlı  bəzi 

xüsusiyyətləri  və  digər  amilləri,  həmçinin,  tipologiyada  daha  ziddiyyətli  sayılan 

təkrar istehsal səviyyəsini də nəzərə almaq lazımdır. 

Iqtisadiyyatın 

struktur 

islahatlaşdırılmasında 

xarici 

ölkələrin 



və 

respublikamızın  təcrübəsinin  müqayisəli  öyrənilməsi  ölkə  iqtisadiyyatının 

strukturunda  dövlət  və  özəl  sahibkarlığın  yerini  müəyyənləşdirməyə,  onların 

iqtisadi  inkişafın  ümumi  nəticələrinə,  rəqabət  mühitinin  formalaşmasına  təsirini 

göstərməyə imkan verir. Lakin öz iqtisadiyyatını dəyişərkən, Azərbaycan müəyyən 

modelləri  təqlid  etməkdən  çəkinməlidir:  belə  ki,  kifayət  qədər  potensiala  malik 

olmasına baxmayaraq, o, hələ bazar mexanizminin formalaşmasının başlanğıcında 

durur,  ona  görə  də  texnologiyanın  müasir  dünya  səviyyəsinə  qaldırılması  üçün 

"iqtisadiyyatda inqilab" deyil, uzunmüddətli təkamül yolu keçməlidir. 

Fikrimizcə,  dünya  təcrübəsini  və  ölkəmizin  reallıqlarını  nəzərə  alaraq 

iqtisadiyyatın mövqelərinin və transformasiyasının qiymətləndirilməsi baxımından 

struktur dəyişikliklərinin aşağıdakı bir sıra ümumi meyllərini qeyd etmək olar: 




 

84 


 

a) Ölkənin sosial-iqtisadi vəziyyətinin real qiymətləndirilməsini nəzərə alaraq, 

sahələrin inkişafının prioritetliyinə yenidən baxılması; 

b) Təsərrüfat  fəaliyyətinin  inhisardan  çıxarılması,  dövlət  və  bazar 

mexanizmlərinin  optimal  nisbətinin  müəyyən  edilməsi,  müxtəlif  istehsal 

formalarının  və  iqtisadi  münasibətlərin  əlaqələndirilməsini  nəzərdə  tutan  "qarışıq 

iqtisadiyyat"ın formalaşması; 

c) Struktur  disproporsiyalarını  aradan  qaldırma  metodu  kimi,  ayrı-ayrı 

rayonların  iqtisadiyyatının  ölkə  iqtisadiyyatının  strukturu  ilə  əlaqələrinin  daha  da 

fəallaşdırılması. 

Respublika  iqtisadiyyatında  struktur  dəyişmələrinin  zəruriliyini  və  səmərəli 

struktur  formalaşmasının  perspektivlərini  təhlil  etməklə,  ümumiləşmiş  fikri  belə 

səciyyələndirmək  olar:  iqtisadiyyatın  strukturunun  tədqiqi  zamanı  struktur 

transformasiyanın 

qanunauyğunluqları 

qruplaşdırılmalı 

və 

islahatlaşma 



prinsiplərindən irəli gələn məqsəd və vəzifələr müəyyən edilməlidir. Burada dörd 

ə

sas  qanunauyğunluq  nəzərə  alınmalıdır:  birincisi,  mikro  və  makrosəviyyədə 



texnoloji  tənzimlənmənin  zəruriliyi;  ikincisi,  iqtisadiyyatın  dövlət  və  özəl 

sektorlarında  təsərrüfat  fəaliyyətinin  müxtəlif  formalarının  və  islahatlaşmasının 

müxtəlif metodlarının iqtisadiyyatda uzlaşdırılması; üçüncüsü, iqtisadiyyatın təkrar 

istehsal sistemində regional siyasətin ərazi strukturu ilə asılılığının təmin edilməsi; 

dördüncüsü,  istehsalın  real  ictimailəşdirilməsinə  uyğun  olaraq,  iqtisadiyyatın 

strukturuna təsir tədbirlərinin əlaqələndirilməsi. 

Inkişaf etmiş dünya dövlətlərinin iqtisadi təcrübəsindən çıxış edərək, struktur 

dəyişmələrini  həyata  keçirərkən  bir  sıra  mühüm  təsirli  amilləri  ön  plana  çəkmək 

lazımdır.  O  cümlədən:  illərlə  ölkə  iqtisadiyyatında  toplanmış  daxili 

disproporsiyalan  ləğv  etmək  və  təkrar  istehsal  zərurətlərini  aradan  qaldırmaq 

zərurəti;  dünya  iqtisadiyyatındakı  yeniliklərə  və  elmi-texniki  inqilabın 

nailiyyətlərinə  uyğunlaşmaya  tələbat  və  s.  Sözsüz  ki,  hər  bir  ölkədə  bu  amillər 

özünəməxsus  tərzdə  təzahür  edir.  Milli  iqtisadiyyatın  potensialları,  sənayenin 

mövcud  vəziyyəti,  elmi-texniki  inkişaf  səviyyəsi  imkan  verdikdə  ölkədə  ən 

qabaqcıl  istehsal  sahələrinin  yaradılması  meyli  güclü  olur.  Əksinə,  zəif 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə