Microsoft Word 10 Con eia mit Mon Final az



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə25/34
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51147
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/44 

Yekun variant 



10.8.1 Təsirin azaldılması 

 

Tikinti-quraşdırma sahələrindən soyuducu suyun dənizə axıdılmasının idarə edilməsi ilə bağlı  



mövcud tədbirlərə aşağıdakılar daxildir: 

 

 Sistem 



qarışdırma zonasının ucunda, yaxud qarışdırma zonası müəyyən edilmədikdə 

100 metr məsafədə  təyin edilmiş  və normal su temperaturundan 3 dərəcədən artıq 

olmayan temperatur spesifikasiyasına cavab vermək üçün nəzərdə tutulacaq; və 

 Neytrallaşdırıcı agentin dozasına nəzarət ediləcək və neytrallaşmanın təsirli olmasını 

və tikinti-quraşdırma sahəsindən axıdılan soyuducu suyun tərkibində qalıq xlorinin 1 

mq/l-dən artıq olmamasını təmin etmək üçün yoxlanacaq. 

 

NİS  əməliyyatlarından öncə keçirilən ilkin istismara sınaqları ilə  əlaqədar  ŞD2 magistral və 



MEQ idxal boru kəmərlərindən və sualtı infrastrukturlardan atqılara mövcud nəzarət 

tədbirlərinə aşağıdakılar daxildir:  

 

 Magistral 



boru 

kəmərinin və axın xəttinin istismar sınaqlarından əvvəl aparılan hidravlik 

sınaqda istifadə edilən suya ətraf mühitdə davamlı  şəkildə qalmayacaq  kimyəvi 

maddələr əlavə ediləcək. 

 

Sement axıdılması ilə bağlı mövcud nəzarət tədbirlərinə aşağıdakılar daxildir: 



 

 Sementləyici kimyəvi maddələr aşağı toksikliyə malik olacaq (əvvəlcədən istifadəsinə 

icazə verilmiş kimyəvi maddələrdə BK OCNS "Qızıl" və "E" kateqoriyalar və ya 

ekvivalent toksiklik); 

 Sementin 

dəniz mühitində çökərək geniş dispersiyanın qarşısını alacağı  nəzərdə 

tutulur; və 

 

Dayaq bloku payalarının yerində sementlənməsi üçün istifadə edilən sementin miqdarı 



işlər başlamazdan  əvvəl hesablanacaq. Payaların möhkəm sementləndiyini, eyni 

zamanda artıq sementin dənizə tökülməsinin minimuma endirildiyini təmin etmək üçün 

lazım olan miqdarda sementdən istifadə ediləcək. 

 

Gəmilərdən digər atılmalarla bağlı mövcud idarəetmə vasitələrinə aşağıdakılar daxildir: 



 

 Sistemin 

mövcudluğundan asılı olaraq, çirkab su:  

o

 Sahilə daşınmaq üçün gəmidə saxlanacaq; 



o

 Sahilə daşınan kimi, çirkab su mövcud AGT idarəetmə planlarına və 

prosedurlarına müvafiq olaraq idarə olunacaq; və ya 

o

 



Çirkab su MARPOL 73/78 Əlavə IV standartına uyğun təmizlənəcək. Gəmilərdən 

axıdılan çirkab suyu ilə çirklənmənin qarşısını alma standartları: beş günlük bioloji 

oksigen tələbatı 50 mq/L-dən az, asılan bərk hissəciklər 50mq/L-dən az 

(laboratoriyada) və ya 100mq/L (gəmidə) və bağırsaq çöpləri hər 100 mL-də 250 

(ən ehtimal olunan say). Qalıq xlorin mümkün qədər aşağı olmalıdır. 

 

 Sistemin 



mövcudluğundan asılı olaraq kambuzdan alınmış xörək tullantıları ya:  

o

 Konteynerlərə yığılaraq kənarlaşdırma üçün sahilə daşınır; və ya 



o

 

Gəminin doğrayıcı qurğularına göndərilən yemək tullantılarının müvafiq MARPOL 



73/78  Əlavə V standartlarına uyğun xırdalanması  nəzərdə tutulur. Gəmilərdən 

atılan zibillərlə çirklənmənin qarşısının alınması, atmazdan əvvəl hissəciklərin 

ölçüsünün standartları. 

 

Gəminin ballast çənləri neft və kimyəvi maddələrin ballast suyu ilə təmasa girməməsini 



təmin etmək məqsədilə layihələşdirilmişdir; 

 Göyərtənin drenajında və yuma sularında gözlə görünən parlaq təbəqə olmaması 

şərtilə dənizə töküləcək; 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/45 

Yekun variant 

 

Təchizat gəmilərində  ətraf mühitlə bağlı göstəriciləri ehtiva edən amillər müntəzəm 



olaraq baxışdan keçiriləcək

10

;  



 

Payaların torpağa yeridilməsi və gəmilərin hərəkətindən yaranan sualtı səs-küy və vibrasiya 

ilə əlaqədar mövcud idarəetmə tədbirlərinə aşağıdakılar daxildir: 

 

 Sualtı  səs-küyün dənizdəki canlı növlərinə  təsirini minimuma qədər azaltmaq üçün 



paya yeridilməsi tezliyi tədricən artırılacaq;  

 Vibrasiyalı payavurma üsulundan istifadə etməklə örtüklü payaların və fundament 

payalarının vurulmasına, dəniz növlərinə sualtı səs-küy təsirlərini azaltmaq üçün, imkan 

daxilində, zərbəli payavurma qurğusundan istifadə etməzdən  əvvəl başlanması 

planlaşdırılır; və   

 Ekoloji 

fəaliyyət də daxil olmaqla təchizat gəmilərinin fəaliyyəti müntəzəm olaraq 

nəzərdən keçiriləcək. İş zamanı hər hansı çatışmazlığı aradan qaldırmaq üçün düzəliş 

tədbirləri həyata keçiriləcək. 

 

10.8.2 Tikinti-quraşdırma sahəsindən soyuducu suyun atılması 

 

10.8.2.1 Hadisənin miqyası 

 

Təsviri 

 

Tikinti-quraşdırma sahəsindən soyuducu suyun dənizə axıdılması “Layihənin təsviri” adlı Fəsil 

5-in 5.6.7.1 və 5.6.9. 2 bölmələrində müzakirə edilir.  

 

Sahildə aparılan istismar sınaqları zamanı  dəniz suyu üst tikililərə yanalma körpüsündə 



quraşdırılmış müvəqqəti dəniz suyunu sorma sistemindən veriləcək. Dəniz suyu sisteminin 6 

ay müddətə qədər təxminən 600m

3

/saat axın sürəti ilə işləməsi nəzərdə tutulacaq və bundan 



əvvəlki AÇG layihələri üçün təsdiq edilmiş layihəyə oxşar olacaq. Dəniz suyu tikinti-

quraşdırma sahəsindəki yanalma körpüsündən götürüləcək və istifadədən sonra dənizə 

axıdılacaq. Götürülən və  dənizə geri axıdılan dəniz suyunun temperaturunda fərq daimi 

olacaq və mövsümdən asılı olmayacaq, çünki soyuducu sistemdəki enerji tələbatı sistem 

istifadə edilən zaman sabit olacaq.   

 

Müvəqqəti soyutma suyu sistemində bioloji artımı  və  dəniz suyu sistemində korroziyanı 



azaltmaq üçün iki təmizləmə dəstindən istifadə ediləcək: 

 

 



Çıxarılmış dəniz suyunda 50 f/b xlor və 5 f/b mis konsentrasiyasını müntəzəm dozalarla 

verməni nəzərdə tutan yosunbasmaya qarşı xlor/mis sistemi; və 

 

Çıxarılmış  dəniz suyuna 2 mq/L konsentrasiya ilə natrium hipoxloritin vurulmasını 



nəzərdə tutan davamlı doza vurma sistemi. Soyuducu suyu atmazdan əvvəl ona 

neytrallaşdırıcı agent (anti-xlor) əlavə ediləcək. Neytrallaşdırıcı agentin dozasına 

nəzarət ediləcək və neytrallaşmanın təsirli olmasını  və qalıq xlorinin 1 mq/l-dən artıq 

olmamasını təmin etmək üçün yoxlanacaq. 

 

Qiymətləndirmə 

 

Soyuducu su şleyfinin  ətraf mühitin temperaturundan 3ºC-dən artıq olacağı  məsafəni 



qiymətləndirmək üçün dispersiya modeli istifadə olunmuşdur. Suyun qəbul edilməsi ilə geri 

axıdılması arasındakı temperatur fərqinin 50ºC (ən pis hal) və 10ºC (tipik hal) olması ehtimal 

edilməklə model hazırlanmışdır. Modelləşdirmə göstərmişdir ki, soyuducu su şleyfində ən pis 

hal sayılan 50ºC temperatur fərqi axıdılma nöqtəsindən 4 m məsafədə  ətraf mühitdəkindən 

3ºC yüksək temperatura çatacaq. Tipik 10ºC modelləşdirmə soyuducu su şleyfinin ətraf mühit 

temperaturundan 3ºC yüksək temperatura axıdılma nöqtəsindən 0,5m məsafədə çatacağı 

                                                      

10

 Ekoloji fəaliyyətin yoxlanması  işlərinin həcminə  aşağıdakılar daxil olacaq, lakin onlarla məhdudlaşmayacaq: 



enerjiyə qənaət və dizeldən istifadə, istifadə edilmiş dizelin kükürd tərkibi, ballast suyunun idarə edilməsi, tullantıların 

idarə edilməsi, çirkab sularını təmizləmə qurğusunun işi və dəniz dibinə axıdılan suyun idarə edilməsi. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə