Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 10
Tikinti, quraşdırma və NİS işlərinin ətraf
mühitə təsirinin qiymətləndirilməsi,
azaldılması və monitorinqi
Noyabr 2013-cü il
10/42
Yekun variant
Cədvəl 10.27-də “Orta vəziyyət miqyası”nı əks etdirən torpağa paya yeridilməsinə 6 və
quruda boru kəmərinin quraşdırılmasına isə 8 qiymətinin təyin olunması əsaslandırılır.
Cədvəl 10.27 Hadisənin miqyası
Parametr
Dirək yeritmə
Quruda boru kəmərinin quraşdırılması
Dərəcə/miqyas
1 1
Tezlik
3 1
Müddət
1 3
İntensivlik
1 2
Hadisənin miqyası:
6 7
10.7.2.2 Reseptorun
həssaslığı
2011-ci il ilkin arxeoloji tədqiqat zamanı ŞD2 Genişlənmə sahəsində aşağı, orta və ya yuxarı
terras sahələrində arxeoloji sahələr aşkar edilməmişdi. Ən yaxın arxeoloji sahələr yuxarı
terras sahəsinin şimal-qərbində yerləşən Səngəçal 10, 12 və 13 sahələridir (saxsı
qırıntılarından ibarətdir). Bununla belə, yuxarı terrasın şimal-şərq küncündə əsasən Orta
Əsrlər saxsı qırıntılarından ibarət bir neçə izolə edilmiş tapıntılar aşkar edilmişdir. Buna əlavə
olaraq, aşağı terras sahəsindən izolə edilmiş Orta əsrlərə aid saxsı qırıntılarından ibarət
gözlənilməz tapıntılar çıxarılmışdır. Bu izolə edilmiş tapıntıların aşkar edilməsi bu ərazilərdə
Orta əsrlərdə insan fəaliyyətinin olduğunun əlamətidir. Bununla belə, bu ərazilərdə həm ilkin
tədqiqat zamanı, həm də Eİİ prosesində müşahidə qrupunun arxeoloji monitorinqi ərzində
aşkar edildiyi kimi, hər hansı arxeoloji sahələrin aşkar olunması ehtimalı aşağıdır.
ŞD2 qurudakı boru kəməri dəhlizində 2011-ci ildə həyata keçirilmiş ilkin arxeoloji tədqiqatlar
zamanı müxtəlif səviyyəli tədqiqatlar aparılmışdı. Təklif edilən marşrutun üçüncü tərəfə aid
boru kəməri dəhlizindən şimala olan hissəsi tədqiq edilmiş və heç bir arxeoloji sahə aşkar
edilməmişdi. Bu sahədə, əsasən, Orta əsrlərə aid saxsı qırıntılarından ibarət bir sıra izolə
edilmiş tapıntılar aşkar edilmiºdir. ªD2 boru kəməri dəhlizinin üçüncü tərəf boru kəməri dəhlizi
ilə Bakı-Salyan şosesi arasından keçən hissəsi güclü bitki örtüyü və durğun su əraziləri ilə
əlaqədar olaraq ciddi şəkildə tədqiq edilməmişdir.
Əldə olan məlumatlara əsasən, ŞD2 boru kəməri dəhlizinin quruda olan hissəsinin arxeoloji
potensialı aşağı - orta səviyyəli hesab olunur. Hər hansı iri, geniş yaşayış məskənlərinin
mövcud olduğuna dair dəlillər yoxdur və bu baxımdan, bu sahədə mədəni irs abidələrinin
olması potensialı aşağı hesab olunur. Bununla belə, ŞD2 boru kəmərinin sahildə yerləşən
dəhlizi Səngəçal karvansarasından Qaraçı karvansarasına (Səngəçal terminalından şimalda)
qədər gedən qədim ticarət yolundan keçir. Buna görə də iki Karvansara arasında ŞD2 boru
kəməri dəhlizinin tədqiq edilməmiş hissələrində kiçik düşərgə sahələrinə rast gəlinmə
potensialı mövcuddur. Təklif edilən ŞD2 boru kəmərinin sahildəki dəhlizi boyu Orta əsrlər
dövrünə aid artıq aşkar edilmiş ayrı-ayrı tapıntılar bu ərazidə keçmişdə insanların
məskunlaşdığını göstərir.
Cədvəl 10.28-də mədəni irsin “Orta reseptor həssaslığı”nı əks etdirən 3 qiymətinin təyin
olunması əsaslandırılır.
Torpağa paya yeridilməsi
Quruda boru kəmərinin quraşdırılması
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 10
Tikinti, quraşdırma və NİS işlərinin ətraf
mühitə təsirinin qiymətləndirilməsi,
azaldılması və monitorinqi
Noyabr 2013-cü il
10/43
Yekun variant
Cədvəl 10.28 Reseptorların həssaslığı
Parametr
İzahat
Dərəcə
Mövcudluq
ŞD2 Genişlənmə ərazisində və ŞD2 magistral boru kəməri dəhlizi daxilində
dövlət tərəfindən qorunan abidələr və ya arxeoloji sahələr yoxdur.
ŞD2 magistral boru kəməri dəhlizinin sahildə olan hissəsi boyu böyük, geniş
yayılmış arxeoloji sahənin mövcud olduğuna dair dəlil yoxdur,
lakin kiçik arxeoloji
sahələrin olmasının mümkünlüyü qalmaqdadır.
1
Xarici təsirlərə
dözümlülük
ŞD2 Genişlənmə ərazisinin yuxarı, orta və ya aşağı terrasları daxilində hər hansı
arxeoloji sahələr olarsa, torpağa paya yeridilməsi işləri bu sahələrə mənfi təsir
göstərə bilər.
2
3
10.7.2.3 Təsirin dərəcəsi
Cədvəl 10.29-da ŞD2 Genişləndirmə sahəsi daxilində payaların yeridilməsi işlərindən mədəni
irsə təsirlərin xülasəsi verilir.
Cədvəl 10.29 Təsirin dərəcəsi
Hadisə
Hadisənin
miqyası
Reseptorun həssaslığı
Təsirin dərəcəsi
ŞD2 Genişləndirmə sahəsi
daxilində payaların yeridilməsi
Orta Orta Orta mənfi
Quruda boru kəmərinin
quraşdırılması
Aşağıdakı mədəni irslə əlaqədar monitorinq və hesabat vermə tələbləri BP ŞD2 Tikinti
fazasının ƏMSSİES-nin bir hissəsini təşkil edəcək:
“Arxeoloji
və mədəni irsin idarə edilməsi planı” hazırlanacaq, burada ŞD2 Layihəsinin
mədəni irsə olan mümkün təsiri baxımından necə idarə ediləcəyinin təfərrüatları əks
olunacaq; və
Tikinti
işlərinin sonunda “Arxeoloji və mədəni irslə bağlı işlərin yekunu barədə hesabat”
hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə və Arxeologiya və Etnoqrafiya
İnstitutuna təqdim edəcək.
Hesab olunur ki, təsirlər yuxarıdakı mövcud nəzarət tədbirlərinin həyata keçirilməsi vasitəsilə
praktiki baxımdan mümkün və zəruri olduğu qədər minimuma endirilir (buraya həmçinin
müşahidə qrupunun istifadəsi və qəfil tapıntılar proseduru daxildir) və əlavə heç bir
təsirazaldıcı tədbir tələb olunmur.
10.8 Dəniz mühitinə təsirlər (Su sütunu və dəniz dibi)
Dəniz mühitinə mümkün təsirlər tikinti-quraşdırma sahələrində soyuducu suyun boşaldılması,
ŞD2 magistral və MEQ idxal boru kəmərlərindən və Sualtı İnfrastrukturdan NİS-dən əvvəl
atılan axıntılar, sementin atılması, digər gəmilərdən atqılar, torpağa paya yeritmə və gəmilərin
hərəkətindən yaranan səs-küy və vibrasiya nəticəsində baş verə bilər.