Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə67/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   63   64   65   66   67   68   69   70   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
211 
 
Dördüncüsü,  göstəricinin  tərtibatı  texniki  nöqteyi-nəzərdən 
yüksək səviyyədə olmalıdır, həmçinin çap keyfiyyətinə, materialın 
yerləĢdirilməsinə, Ģriftə, mətndə istifadə olunmuĢ sitatların dəqiq-
liyinə xüsusi diqqət göstərilməlidir. Əgər təkrar nəĢrdə mətnə də-
yiĢikliklər  edilmiĢsə  və  əvvəlki  göstəricini  olduğu  kimi  saxlamaq 
qərarı  alınmıĢsa,  redaktor  səhifələrdə  sitatların  yerləĢmə  də-
qiqliyini yoxlamalıdır. 
 
Təkrar nəĢr üçün mütləq yeni bir buraxılıĢ məlumatları tərtib 
olunmalıdır: titul vərəqi, annotasiya, buraxılıĢ, çap məlumatları və 
s. Titul vərəqində təkrar nəĢrin növü və nömrəsi göstərilir. Kitabın 
titul  elementlərini  hazırlayarkən  annotasiya  xüsusi  diqqət  tələb 
edir.  
Annotasiyalarda oxucuya lazım və gərəkli olan kifayət qədər 
məlumat vardır ki, onların köməyilə oxucu qarĢısında duran kitab 
barədə,  onun  ifadə  etdiyi  əsas  məna,  məzmun  haqqında  ilkin  in-
formasiyaya yiyələnmiĢ olur.  
 
Təkrar  nəĢrlərdə  verilmiĢ  annotasiyaların  əsas  və  ən  geniĢ 
yaylmıĢ qüsuru odur ki, annotasiyalar kitabın əsas məzmununu aç-
mır, müəllifin  əsərə hansı  yeniliklər  gətirdiyini  özündə  əks etdir-
mir, mövcud nəĢrlə əvvəlki nəĢr arasındakı fərqləri göstərmir. An-
notasiya  tərtibi  təcrübəsində  çox  vaxt  kitabın  üstünlükləri  ĢiĢirdi-
lir.  NəĢrin  müsbət  tərəfləri  və  bu  müsbətliyə  verilən  dəyər  qeyd 
oluna bilər, lakin bu məlumat öz obyektivliyini qoruyub saxlama-
lı, zorla oxuculara  hər hansısa  fikri aĢılamamalıdır. Redaktor bü-
tün  buraxılıĢ,  çap  məlumatlarını,  həmçinin  biblioqrafik  təsvirləri 
hal-hazırda qüvvədə olan standarta uyğun tərtib etməlidir. 
Təkrar  nəĢrlər  qüvvədə  olan  nəĢriyyat  iĢi  haqqında  qanunu-
nun  xüsusi  maddələri  ilə  nizamlanır.  Əgər  nəĢriyyat  hər  hansısa 
bir  kitabın  təkrar  nəĢrini  qərara  alıbsa,  bunu  müəllifə  bildirməyə 
borcludur. Əsərin dəyiĢiklik edilərək təkrar nəĢri (səhvlərin düzəl-
dilməsi  istisna  olmaqla)  yalnız  müqaviləyə  əsasən  gerçəkləĢə 
bilər.    
 
 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
212 
 
Təkrar    nəĢr    məqsədilə  seçilən  əsərlərin  hazırlanmasının 
müəyyən  prinsip  və  qaydaları  mövcuddur.  Köhnə  texnologiyaya 
əsasən müəyyən standartda  olan çap vərəqi nəĢriyyata təqdim olu-
nurdu. (Çap vərəqi - nəĢrin çapı üçün istifadə olunan müxtəlif öl-
çülü  standart kağız vərəqlərdir. Adətən 1/16 formatında olan  çap 
vərəqlərindən istifadə olunur). Qaydalar çox ciddi idi, belə ki, təq-
dim  olunan  çap  vərəqi  qeydlərlə  birlikdə  mətbəəyə  gedirdi.  Ha-
zırda, bir qayda olaraq, əlyazmaların yığılması birbaĢa nəĢriyyatda 
kompüterdə reallaĢdırılır. Çap üçün göndəriləcək orijinal maket də 
mətbəədə  hazırlanırdı.  Bu  gün  isə  tam  əksinə,  hər  bir  nəĢriyyat 
əsərin  müəllifinə  öz  tələblərini  irəli  sürür.  Əsərin  təkrar  nəĢrinin 
qayda və  prinsipləri müqavilə  ilə  müəyyən olunur. Müəllif əsərin 
mətnini  kompüterdə  çap  olunmuĢ  və  ya  diskə  yığılmıĢ  halda 
nəĢriyyata  təqdim  edə  bilər.  Üzərində  müəyyən  iĢ  görülməklə 
baĢqa  bir  variant  da  mövcuddur:  müəllif  kitabı  və  çap  olunmuĢ 
vərəqləri mətnin yenidən iĢlənmiĢ yerlərini göstərməklə və ya dü-
zəldilmiĢ yanlıĢ yerləri bildirməklə nəĢriyyata təqdim edir. Mətnin 
təqdim  edilməsinin  digər  variantları  da  mövcuddur  (nəĢriyyatın 
rəhbərliyi  ilə  razılığa  əsasən).  Sonunda  mətn  lazımi  dərəcədə  iĢ-
lənib  hazırlandıqdan  sonra  əlyazma  yığılmaq  üçün  verilir.  Bu 
yığılma yeni nəĢrin keçdiyi aĢağıdakı hazırlıq mərhələlərini keçir: 
tutuĢdurma  və  ya  tutuĢdurulub  yoxlama  mərhələsi,  əlyazmanın 
qrammatik  və  redaksiya  proseslərinə  hazırlıq  mərhələsi,  səhi-
fələnmə mərhələsi və s. 
Latın qrafikalı Azərbaycan əlifbasının bərpası müstəqil ölkə-
mizdə həyata keçirilən ən təqdirəlayiq islahatlardan biridir. Bu is-
lahatın həyata keçirilməsi istiqamətində bir sıra əsaslı iĢlər görül-
müĢdür. 
Respublikamızda  təkrar  nəĢrlərin  kütləvi  çapı  Azərbaycan 
Respublikası Prezidentinin 12 yanvar 2004-cü il «Azərbaycan di-
lində latın qrafikası ilə kütləvi nəĢrlərin həyata keçirilməsi haqqın-
da»  sərəncamından  sonra  geniĢ  vüsət  almıĢdır.  Sərəncamda  de-
yilir: 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
213 
 
«Müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sa-
hələrində  aparılan  islahatlar  içərisində  latın  qrafikalı  Azərbaycan 
əlifbasının  bərpa  edilməsi  böyük  tarixi  əhəmiyyət  kəsb  edir. 
H.Əliyevin  “Dövlət  dilinin  tətbiqi  iĢinin  təkmilləĢdirilməsi  haq-
qında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azər-
baycan dili gününün qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il 
tarixli  fərmanları  ölkənin  ictimai-siyasi  həyatında  mühüm  hadisə 
olmuĢ  və  latın  qrafikalı  Azərbaycan  əlifbasına  keçidi  bütövlükdə 
təmin etmiĢdir. Latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımı-
zın bütün sahələrində tam yerini tutmuĢdur. Bununla yanaĢı, Azər-
baycan  ədəbiyyatı,  mədəniyyəti  və  elminin  vaxtilə  kiril  qrafikası 
ilə çap olunmuĢ qiymətli nümunələrinin latın qrafikasında yenidən 
kütləvi Ģəkildə nəĢr olunması günün ən vacib məsələlərindən biri 
olaraq qalır. 
Azərbaycan  Respublikasının  Prezidenti  Ġ.Əliyevin  imzaladı-
ğı  sərəncamda  deyilir:  “Dövlət  müstəqilliyinin  baĢlıca  rəmzlərin-
dən biri  sayılan ana dilinə dövlət  qayğısının daha da artırılmasını 
təmin  etmək,  Azərbaycan  ədəbiyyatı,  mədəniyyəti  və  elminin  ən 
gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillə-
rə çatdırmaq məqsədilə  Azərbaycan dilində əvvəllər kiril qrafika-
sında  çap  olunmuĢ  əsərlərin  latın  qrafikası  ilə  yenidən  nəĢrinin 
kütləvi  Ģəkildə  həyata  keçirilməsi  zərurətini  nəzərə  alaraq  qərara 
alıram:  
1. 2004-cü ildə latın qrafikası ilə ilk mərhələdə çapı nəzərdə tutulan əsər-
lərin siyahısı təsdiq olunsun (siyahı əlavə olunur). 
2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  2004-cü  ildə  AR-ın 
bütün kütləvi kitabxanalarına latın qrafikası ilə yenidən çap olunmuĢ kitabların 
alınması üçün zəruri vəsaitin ayrılmasını təmin etsin. 
3.Azərbaycan  Respublikası  Prezidentinin  Ġcra  Aparatına  tapĢırılsın  ki,  - 
Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi,  AR-ın  Mədəniyyət  Nazirliyi, 
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə bir-
likdə 2005–2008-ci illərdə latın qrafikası ilə yenidən çapı nəzərdə tutulan əsər-
lərin siyahısını bir ay müddətində hazırlayıb təsdiq olunmaq üçün AR-ın prezi-
dentinə təqdim etsin; 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə