Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri



Yüklə 76,6 Kb.
səhifə33/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   29   30   31   32   33   34   35   36   ...   41
MQT m.pedaqogika-2

Tərbiyəçilərin perspektiv planı

Uşaq bağçasında tərbiyə təlim işləri üç formada planlaşdırılır: a) uşaq bağçasının illik planı. b)perspektiv plan. c) tərbiyəçilərin təqvim planı
Tərbiyəçilərin perspektiv planı- Pespektiv planlaşdırmanın məqsədi uşaqlarla aparılan tərbiyə-təlim işlərinin sistemini müəyyən etmək və tərbiyə prosesində inkişafın məqsədyönlü və səmərəliliyini, istiqamətini düzgün təyin etməkdən ibarət olur.Perspevtiv planda “Məktəbəqədər müəssisələrin tərbiyə və təlim proqramı”-nın qarşıya qoyduğu məsələlər əhatə olunur.Bu məqsədlə proqramda aşağıdakılar nəzərdə tutulur: a) uşaqların davranışına aid əsas məsələlər(mədəni gigeynik vərdişlərin formalaşdırılması, müstəqilliyin tərbiyə edilməsi və.s) daxil edilir. b) təlimə aid bölmələr ardıcıllıqla sadalanır və qarşıya qoyulan məqsəd qeyd olunur; v) oyun və əməyin həyata keçirilməsi metodikası,məqsəd və vəzifələri,o cümlədən, yeni oyuncaq və digər avadanlıq xüsusən əyani vəsaitlər,əməyin yeni təşkil forması qeyd olunur.Perspektiv planda uşaqların kollektiv fəaliyyəti və iş şəraiti nəzərə alınmalıdır.Uşaq bağçasının kiçik qrupları üzrə perspektiv planın olması zəruri deyil.Böyük qrup uşaqları üçün isə perspektiv planın olması vacibdir.Çünki bu plan əsasında tərbiyəçi öz iş təcrübəsinin ümumi nəticəsini müəyyənləşdirir.


  1. Məktəbəqədər yaşlı uşaqların böyük yaş qrupunda təqvim planı

Məktəbəqədər yaşlı uşaqların böyük qrupunda təqvim planı 10-12 gün müddətinə "Məktəbəqədər müəssisələrin tərbiyə və təlim proqramı"nın tələbləri və bağçanın illik iş planı əsasında tərtib edilir.Səhər yeməyinə kimi uşaqlar mədəni-gigiyenik və özünəxidmət vərdişlərinə yiyələnir, fərdi təlim işləri ilə məşğul olurlar. Tərbiyəçi keçirilən yaradıcı oyunun məzmununa uyğun plan tərtib edə və oyun prosesində uşaqların qarşılıqlı münasibətlərinə dair tədbir üzərində işləyə bilərKompleks səhər gimnastikası 10-12 gündə bir dəfə planlaşdırılır. Səhər və axşam fasiləsi zamanı valideynlərlə söhbət planlaşdırmaq mümkündür.Məşğələ təlim prosesi üçün aparıcı formadır, buna görə o bütün yaş qruplarında təşkil olunur. Kiçik qruplarda səhər və axşam, orta və böyük qruplarda ancaq axşamlar belə məşğələlər aparıla bilər.İki məşğələ keçirilən qrupda təlim səhər fasiləsindən sonra aparılır. Onun uzlaşdırılması üzərində diqqətlə düşünmək lazımdır. Ciddi əqli gərginlik və diqqət tələb edən məşğələ (nitq inkişafı və riyaziyyat üzrə) birinci planlaşdırılıb keçirilməli və hərəkət məşğələləri ilə (bədən tərbiyəsi, musiqi məşğələləri, rəsm və plastilinlə iş) uzlaşdırılmalıdır.Belə məşğələlərdə fiziki hərəkət və ya əyləndirici vasitələrdən istifadə əqli gərginliyi azaldır. Tərbiyəçi gündəlik işində bunu nəzərə almalıdır



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə