Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Uşaq bağçasında təlim- tərbiyə işlərinin planlaşdırılmasının məzmunu



Yüklə 76,6 Kb.
səhifə30/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   26   27   28   29   30   31   32   33   ...   41
MQT m.pedaqogika-2

Uşaq bağçasında təlim- tərbiyə işlərinin planlaşdırılmasının məzmunu

Uşaq bağçasında təlimin əsas təşkilat forması məşğələdir. Təlim prosesində uşaqlara müxtəlif sahələr üzrə yaş və anlaq səviyyələrinə uyğun müvafiq bilik verməklə əqli, axlaqi, fiziki, estetik və praktik işlərə dair bacarıq və vərdişlər aşılanır, nitq və ünsiyyət qaydaları inkişaf etdirilir Planda həyata keçiriləcək işlərin məzmunu onun bölmələrində ətraf mühitlə tanışlıq və nitq inkişafı, sadə riyazi təsəvvürlərin inkişaf etdirilmasi, rəsm, yapma, quraşdırma, musiqi tərbiyəsi, fiziki mədəniyyət öz ifadəsini tapır. Məşğələlərin planlaşdırılmasında uşaq bağçasının konkret şəraiti və qruplar üzrə uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınır. Bağçanın kənd yerində, şəhər mərkəzində və ya müxtəlif bölgələrdə yerləşməsindən asılı olaraq, uşaqların təbiətlə tanışlığı da yerli şəraite uyğun təşkil olunmalıdır. Hər bir bölmə üzrə təlimə məxsus məşğələləri planlaşdırarkən verilmiş biliyin əsas mərhələsi nəzərə alınır (ilk qavrama, bilik və bacarıqları genişləndirmə, onlardan həyatda istifadə biliyi, yeni şəraitə keçirmə). Planda biliyin məzmununu təkrarla möhkəmləndirmə və tədricən çətinləşdirmə nəzərdə tutulur. Bütün mövzular üzrə əlaqələndirmədə uşaqların marağına fikir verilməlidir. Onlar uşaqların zehni inkişafına kömək etməlidir. Ana dili və təsviri sənətə aid məşğələlərdə uşaqların etraf mühitle, təbiətlə tanışlığına diqqət yetirilməlidir. Bilikvermə işi məşğələlərdən kənar tədbirlərdə davam etdirilməlidir. Tərbiyeçi ayrı-ayrı uşaqlarla və ya qrupla məşğələdən kənar işlərdə didaktik oyunlardan, didaktik materiallardan (məsələn, uşaqların nitq mədəniyyəti üzrə işdən, riyazi təsəvvürlər üzrə bu və ya diger tedbirlərdən) istifadə etməlidir. Belelikle, planda uşaqlarla öyrədici və həm də inkişafetdirici iş formaları öz məzmununu tapmalıdır.





  1. Uşaq bağçasında təlim- tərbiyə işlərinin planlaşdırılmasının formaları

Uşaq bağçasında təlim-tərbiyə işləri 3 formada planlaşdırılır: 1. Uşaq bağçasının illik planı. 2. Perspektiv plan. 3. Tərbiyəçilərin təqvim planı

Yüklə 76,6 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə