Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri



Yüklə 76,6 Kb.
səhifə31/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   27   28   29   30   31   32   33   34   ...   41
MQT m.pedaqogika-2

Uşaq bağçasının illik planı. İllik plan uşaq bağçasının bir ildə görəcəyi işləri əhatə edir. Orada müdiriyyətin işi və təsərrüfat məsələləri, kadrlarla iş, uşaqlarla həyata keçirilən tərbiyə və təlim işlərinə aid metodiki tədbirlərə xüsusi əhəmiyyət verilir. Başlıca yeri uşaqlarla həyata keçirilən tərbiyə və təlim işləri təşkil edir. Keçən ilin bu sahədə həyata keçirilən tədbirləri təhlil olunur, müsbət və nöqsanlı cəhətlər göstərilir, bundan çıxış edərək qarşıdakı ildə həyata keçiriləcək tədbirlər həm ümumbağça, həm də qruplar nəzərdə tutulur. Tərbiyə-təlim işləri sahəsində vəzifələr "Məktəbəqədər müəsisələrdə tərbiyə və təlim proqramı"nda qeyd olunur. İllik planda uşaq bağçasının özünün qabaqcıl təcrübəsi də öz geniş əksini tapmalıdır. İllik planda tərbiyəçilərin metodik işlərinin məzmunu, pedaqoji şuranın tematikası, məsləhətlər, valideynlərlə işin məzmunu və s. qeyd olunur. İllik planın tərtibində müdirin rəhbərliyi altında tərbiyəçilər, metodist və tibb işçiləri fəal iştirak edir, ümumi iclas planını təsdqəiq edirlər. Tərbiyəçilərin perspektiv planı. Perspektiv planlaşdırmanın məqsədi uşaqlarla aparılan tərbiyə-təlim işlərinin sistemini müəyyən etmək və tərbiyə prosesində inkişafının məqsədyönlü və səmərəliliyini, istiqamətini düzgün təyin etməkdən ibarət olur. Perspektiv planda "Məktəbəqədər müəssisələrin tərbiyə və təlim proqramı"nın qarşıya qoyduğu məsələlər əhatə olunur. Bu məqsədlə proqramda aşağıdakılar nəzərdə tutulur: a) uşaqların davranışına aid əsas məsələlər daxil edilir. b) təlimə aid bölmələr ardıcıllıqla sadalanır və qarşıya qoyulan məqsəd qeyd olunur. c) oyun və əməyin həyata keçirilməsi metodikası, məqsəd və vəzifələri, o cümlədən, yeni oyuncaq və digər avadanlıq, xüsusən əyani vasitələr, əməyin yeni təşkil forması qeyd olunur. Perspektiv planda uşaqların kollektiv fəaliyyəti və iş şəraiti nəzərə alınmalıdır. Uşaq bağçasının kiçik qrupları üzrə pespektiv planın olması zəruri deyil. Böyük qrup uşaqları üçün isə pespektiv planın olması vacibdir. Məktəbəqədər yaşlı uşaqların böyük qrupunda təqvim planı. Məktəbəqədər yaşlı uşaqların böyük qrupunda təqvim planı 10-12 gün müddətində proqramın tələbi və bağçanın illik planı əsasında tərtib olunur. Təqvim planı üzrə məşğələləri planlaşdırarkən tərbiyəçi proqramın qarşıya qoyduğu vəzifələri nəzərə almalıdır. Uşaqlarda proqram üzrə təlimə və tərbiyəyə aid mühüm keyfiyyətlər formalaşdırılır. Proqram materialı nə qədər dəqiq və konkret planlaşdırılarsa, tərbiyəçilər onu məşğələ zamanı bir o qədər asanlıqla yerinə yetirərlər.



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə