Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Planlaşdırmaya verilən tələblər hansılardır?



Yüklə 76,6 Kb.
səhifə32/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   28   29   30   31   32   33   34   35   ...   41
MQT m.pedaqogika-2

Planlaşdırmaya verilən tələblər hansılardır?

Uşaq bağçasının tərbiyə və təlim işlərinin planlaşdırılmasının səmərəliliyi və faydalılığı bir sıra pedaqoji tələblərə əməl olunmasından asılıdır . 1. Planlaşdırma uşaqlarla aparılan işin ideya istiqamətini müəyyənləşdirməlidir . Təlim - tərbiyə işləri uşaqların yaşına ve anlaq
səviyyəsinə uyğun olmalıdır. Uşaq hayatının mahiyyəti , məzmunu , uşaqla aparılan tərbiyə işlərinin metod və tərzləri onların hərtərəfli inkişafına xidmət etməlidir . Planda birinci növbədə uşaqların əxlaqi cəhətdən formalaşdırılması nəzərdə tutulmalı , onun fəallığı , müstəqilliyi təmin edilməli , vətənpərvərlik , milli həmrəylik , humanizm və s . hisslərinin terbiyəsinə xüsusi yer verilməlidir. 2. Planlaşdırma pedaqoji prosesin təşkilini tam əhatə etmelidir . Uşaq kollektivinin ve ayrı - ayrı uşaqların fərdi qaydada tərbiyəsini konkretləşdirməli , pedaqoji təsiri düzgün həyata keçirmək üçün uşaqların yaşı , işin məzmunu , teşkili forması nəzərə alınmalı , uşaq fəaliyyətinin növü , metodları və prinsipi düzgün seçilmelidir . Planda kollektiv işlə fərdi işin uzlaşdırılmasında səmərəlilik nəzərə alınmalıdır . 3. Tərbiyə işlerinin planlaşdırılması zamanı pedaqoji tələblərə ciddi diqqət yetirilməlidir . Planlaşdırma zamanı tərbiyə və təlim işlərinin məzmunu , uşaq fəaliyyətinin təşkili formaları , onlara rəhbərlik , pedaqoji prosesin tədricən çətinləşdirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Plan iş sisteminin ayrı - ayrı formaları arasında əlaqəni əks etdirməlidir . Tərbiyəçi tərbiyə işlərinin təşkilində və həyata keçirilməsində ətraf mühitlə tanışlığı da nəzərə almalıdır . 4. Planda bağça rəhbərliyinin fəaliyyəti tam ve real əhatə olunmalidir . Planda uşaqların inkişafını təmin etməklə , onların əvvəlki illərdə qazandıqları fiziki əxlaqi keyfiyyətlər və Mədəni davranış qaydaları möhkəmləndirilməlidir. Planlaşdırma zamanı uşaqların kollektiv fəaliyyətinə geniş yer verilməlidir . Plan uşaq maraqlarının nəzərə alınması baxımından da real olmalıdır . Planda ictimai hadiselerin , yaşlıların əmək və məişət fəaliyyəti , ətraf mühit və təbiətdə fəsillər üzrə dəyişiliklərin baş verməsinin mahiyyəti əks olunmalıdır .



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə