Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Uşaq bağçasında təlimin vəzifələri



Yüklə 76,6 Kb.
səhifə29/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   25   26   27   28   29   30   31   32   ...   41
MQT m.pedaqogika-2

Uşaq bağçasında təlimin vəzifələri

Təlim tərbiyə prosesinin qarşısında bəzi vəzifələr durur.
A)Biliklərin duzgun qavranılması və zehni iş vərdişlərinin formalaşdırılması
B)Muxtəlif fəalliyət novlərində təkrar və təmrinlər yolu ilə bilik ,bacarığ və vərdişlərin mohkəmləndirilməsi.
C)Uşağlarda ictimai muhutə duzgun munasibət tərbiyəsi
D)Sonrakı təlim prosesinde və muxtəlif fəalliyet novlerinde bilikləri mustəqil tətbiq etmək qabilliyətinin tərbiyyəsi.
Təlimin əsasını uşağların dərketmə prosesi təşkil edir.



  1. Uşaq bağçasında təlimin texniki vasitələrinin tətbiqi

Təlim prosesində ekran vasitələrindən və radiotexnikadan əyani vəsait kimi istifadə edilir . Təlim zamanı videofilmlər , maqnitafon yazıları , televerilişlər və kompüter texnikasından istifadə etməklə yüksək müvəffəqiyyətlərə nail olmaq olar . Texniki vəsaitlərdən istifadə təlim prosesini cəzbedici və maraqlı edir , uşaqları ətraf mühitlə tanış etmək üçün geniş imkan yaradır . Bu yolla tərbiyəçi otağa gətirilməsi mümkün olmayan şeyləri və hadisələri nümayiş etdirir . Məsələn , " Heyvanlar aləmində verilişi " , " Qoruqda " , " Pambıq tarlası " , “ Milli ordumuz ” filmləri ilə uşaqları tanış edir . “ Kəndimiz ” , “ Doğma Bakı ” , " Xəzər dənizi " və s . kimi gösterilen bədii - sənədli videofilmlərdən istifadə olunur . Filmlər uşaqlarda maraq , yeni - yeni hisslər yaradır . Filmə baxarkən onlar öyrənirlər ki , çörəyin hazırlanması çoxlu əmək tələb edir , buna göre də onun qədrini bilmək və qənaətlə istifadə etmək lazımdır . Kinofilm və videofilmlər təlimin digər metodları ilə, məsələn , müşahidə , əşyaların özünü və şəkillərini göstərmək , tərbiyəçinin sözü , kitab oxunuşu və s . ilə əlaqələndirildikdə daha səmərəli olur . Məşğələlərdə videofilmlərin nümayiş etdirilməsi çox vaxt almamalıdır . Uşaq bağçasında filmler 9-10 dəqiqədən artıq gösterilməməlidir . Filmdən sonra şərait yaratmaq lazımdır ki , uşaqlar öz təəssüratlarını bölüşdürsünlər . Biliyi daha da dürüstləşdirmək və qavramaq , qaranlıq sahələri aydınlaşdırmaq üçün belə filmler 5-6 günden sonra bir də göstərilə bilər . Filmler uşaqların biliklərinin möhkəmlənməsinə kömək edir , öyrəndiklərini ümumiləşdirməyə imkan verir , onların estetik tərbiyəsində mühüm rol oynayır . Nümayişetdirmə ilə əlaqədar tərbiyəçi uşaqlara istiqamətverici suallar da verə bilər . Bəzən də tərbiyəçi uşaqları öz sualları ilə yaradıcılığa meyl etdirir . Məsələn , filmin adını müəyyən edin , haqqında fikir yürüdün və s. Kinofilmlər , müxtəlif sənədli videofilmlər , müəyyən tərbiyəvi xarakterə malik cizgi filmləri üç mühüm vəzifənin həyata keçirilməsinə kömək etməlidir : uşaqların biliyini genişləndirmək , nitqini inkişaf etdirmək və əqli qabiliyyətini formalaşdırmaq . Bu vəzifələrin həyata keçirilməsində tərbiyəçinin təsiri mühüm əhəmiyyət kəsb edir . Uşaq bağçasında iki növ film nümayiş etdirilir : oçerkvari və süjetli . Oçerkvari filmlər hisslərə çox təsir edir . Buna göre də onlar əsasən yuxarı qruplarda nümayiş etdirilir . Filmlərin göstərilməsində metodik tələblərə əmel etmek lazımdır . 1. Uşaqlarla ilkin söhbət . ( Bu uşaqların diqqətini göstəriləcək filmə cəlb edir ) ; 2. Filmdən sonra fikir mübadiləsi yaratmaq üçün müsahibə keçirmək ( Belə müsahibə uşaqlara qaranlıq qalanları aydınlaşdırır və biliyi ümumiləşdirməyə kömək edir ) .



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə