MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə107/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   103   104   105   106   107   108   109   110   ...   113

 
~ 322 ~ 
   
 
 
 ASUNTA HÜSEYNOVA  
 BDU, magistr 
 
“QURBANĠ” DASTANINDA MĠLLĠ-MƏNƏVĠ 
DƏYƏRLƏRĠN TƏCƏSSÜMÜ 
 
Açar sözlər: Dastan, Qurbani, mənəvi dəyər, inanc, pir,  
buta, ad qoyma mərasimi, qarğışlar 
 
 Azərbaycan xalqının folklor nümunələri Azərbaycan xalqı-
nın  tarixi  qədər  qədim,  Azəri  türklərinin  mənəviyyatı  qədər 
zəngindir.  Folklor  nümunələri  milli  ruhumuzu,  mənəvi  dəyər-
lərimizi,  adət-ənənələrimizi,  psixologiyamızı,  dünyagörüĢümüzü 
özündə  ehtiva  edən  çox  qiymətli  xəzinəmizdir.  Dövrün  ümumi 
mənzərəsini  ifadə  etmək  baxımından,  Ģifahi  xalq  ədəbiyyatında 
ayrıca  bir  janr  təĢkil  edən  dastanlar  xüsusi  əhəmiyyətə,  dəyərə 
malikdir.  Öz  bünövrəsini  tarixin  dərin  qatlarından  götürən 
Azərbaycan  xalq  dastanları  mövzu  və  məzmun  müxtəlifliyinə 
görə 3 yerə bölünür: 
1.Qəhrəmanlıq  dastanları;  2.Məhəbbət  dastanları;  3.Ailə-
əxlaq dastanları. 
 Məhəbbət  dastanlarımızın  rəmzi  səciyyə  daĢıyan  ən 
mükəmməl  örnəyi  ―Qurbani‖  dastanıdır.  ―Qurbani‖  dastanının 
ilkin  versiyasını  Qurbani  özü  qələmə  almıĢdır.  Bu  dastanın 
müxtəlif aĢıq mühitlərindən yazıya alınmıĢ on beĢə yaxın variantı 
üç müstəqil versiya ətrafında qruplaĢır: 
1.Gəncə versiyası (4 variant) 
2.Diri versiyası (4 variant) 
3.Zəncan versiyası (2 variant) 
 Bu versiyalardan ən dolğunu Gəncə versiyasıdır. ―Qurbani‖ 
dastanında milli- mənəvi dəyərlərimiz, bu dəyərlərimizdən doğan 
adət-ənənələrimiz  bədii  Ģəkildə  əks  olunmuĢdur.  Gəncə  versiya-
sına görə Qurbani Mirzalı xan adlı yoxsul bir kəndlinin oğludur. 
Mirzalı xan təbiətcə çox  yumĢaq adam  idi, özünün də züryətdən 
heç  nəyi  yox  idi.  QardaĢı  Hüseynalı  xan  ataları  öləndən  sonra 
mal-mülkü  onun  əlindən  alıb,  özünü  də  evdən  çıxardır.  Günlərin 
bir günü Mirzalı xan arvadını çağırıb dedi: ―Arvad, bütün bu iĢlər 
ona  görə  bizim  baĢımıza  gəldi  ki,  bizim  züryətimiz,  arxa-
köməyimiz yoxdu. Deyirlər ki el duası müstəcəb olar. Bir qurban 
götür,  gedək  ocağa  orada  nəzir  paylayaq,  qurban  kəsək,  verək 
yetim-yesirə, bəlkə bir övladımız ola‖ (1,39). 


 
~ 323 ~ 
 Ocağa  gedib  qurban  kəsməklə,  nəzir-niyaz  paylamaqla 
övladın  dünyaya  gəlməsi  folklor  nümunələrində  tez-tez  rast 
gəlinən  motivdir.  Bunun  kökündə  inanc  dayanır.  Ġnanclarda 
sınamalar nəticəsində xalq tərəfindən qətiləĢmiĢ hökmlərdir. Kim 
bilir  bəlkə  pirlərə,  ocaqlara  inam  təsadüfən  olan  hadisələrdən, 
yaxud  da  həqiqətən  arzu  və  istəkləri  yerinə  yetirən  müqəddəs 
yerlər  olduğundan  yaranmıĢdır.  Bəzən  elə  hadisələr  olur  ki, 
insanların  inancını  birə-beĢ  artırır.  Belə  hadisələr  təkcə  adi 
insanların  həyatında  baĢ  verməmiĢ,  XurĢidbanu  Natəvanla  bağlı 
da belə bir hadisə baĢ vermiĢdir. Natəvanın övladı olmurmuĢ, pirə 
getdikdən sonra uĢağı dünyaya gəlir. Hətta XurĢidbanu Natəvan o 
pirin yolunu dövrün qızıl pulu ilə düzəltdirir. Belə bir rəvayət də 
vardır ki, Hafiz ġirazi Baba Kuhinin qəbrini gecə ziyarət etdikdən 
sonra Ģairlik istedadı tapmıĢdır. 
 Zaman  keçdikcə  pirlərə,  ziyarətgahlara  olan  münasibət 
birmənalı  qarĢılanmamıĢ,  mövhumat,  cəhalət  ocağı  kimi  qiymət-
ləndirilmiĢ,  bu  da  Nəriman  Nərimanov  (―Pir‖),  Ə.Haqverdiyev 
(―Pir‖,  ―Seyidlər  ocağı‖),  Abdulla  ġaiq  (―Pirin  kəraməti‖)  və.s 
sənətkarların  yaradıcılığında  daha  dolğun  bədii  əksini  tapmıĢdır. 
N.Nərimanovun  ―Pir‖  hekayəsində  Pirin  yaranması  qeyri-etik 
hərəkətləri  pərdələmək,  ört  basdır  etmək  üçün  yaranmıĢdısa, 
Ə.Haqverdiyevin  ―Pir‖  hekayəsində  pul  qazanmaq  məqsədi  ilə 
Əhmədin  yerin  deĢiyindən  Ģam  çıxarması  ilə  buranı  ―müqəddəs 
ocaq‖  adlandırmıĢdılar.  Hətta  atası  igid  oğlum,  qoçaq  oğlum 
deyərək  ona  alqıĢ  tutmuĢdur.  Abdulla  ġaiqin  ―Pirin  kəraməti‖ 
əsərində  isə  Əhməd  adlı  gəncin  Ģəfa  tapmaq  üçün  pirə  getməsi, 
orada  qorxaraq  yorğan-döĢəyə  düĢməsi  və  ölməsi  təsvir  olunur. 
Bu da ―Pirin Kəraməti‖. 
 Ancaq  məncə  bir  həqiqət  də  var  ki,  o  dövrdə  yaranan 
ocaqları yalançı, fırıldaqçı din xadimləri özlərindən uydurmamıĢ, 
insanlar da mənən o qədər saf, ürəkdən Allaha dua eləyirmiĢlər ki, 
Allah  da  onların  duasını  qəbul  edib  onlara  övlad  payı  verirmiĢ. 
Qurbani  dastanında  da  məhz  ata-ananın  Allaha  yalvarıĢları,  qur-
ban  kəsib  ac  qarınları  doyurmaları  sayəsində  övladları  dünyaya 
gəlir. Ona görə də adını Qurbani qoyurlar.  
 Bu gün unudulsa belə ad qoyma mərasimi  də bizim qədim 
adətlərimizdən biridir. Ġgidliyə görə ad qoyulmasına ―Kitabi-Dədə 
Qorqud‖ dastanında tez-tez rast gəlirik.  
 Baybörə  bəy  deyir:  ―Ədə,  mənim  oğlum  baĢmı  kəsib, 
qanmı  töküb?‖.  Bəli  baĢ  kəsdi,  qan  tökdü,  atdan  adam  saldı!  – 


 
~ 324 ~ 
dedilər.  ―Aha,  bu  oğlan  ad  qoymaq  həddinə  çatıbmı?‖  –  dedi. 
―Bəli, sultanım, ondan da artıqdır!‖ –dedilər. 
 Baybörə  bəy  Qalın  oğuz  bəylərini  çağırdı,  qonaq  etdi. 
Dədəm  Qorqud  gəldi,  oğlana  ad  qoydu.  Dedi:  Sözümü  dinlə, 
Baybörə  bəy!  Allah-taala  sənə  bir  oğul  vermiĢdir,  əlində  qalsın! 
Sən  oğlunu  ―Bamsım‖  −  deyə  oxĢayırsan;  onun  adı  Boz  ayğırlı 
Bamsı Beyrək olsun! Adını mən dedim, yaĢını Allah versin!‖. 
 Qeyd  etdiyimiz  kimi  Qurbani  adının  verilmə  səbəbi  nəzir-
niyazla  doğuluĢ  idisə,  ―Kitabi-Dədə  Qorqud‖  boylarında  qəhrə-
manlıq  ənənələrinə  söykənirdisə,  məiĢət  münasibətlərində  isə  ad 
qoyma  mərasimlərinə  fərqli  bir  münasibət  özünü  göstərir. 
Novruzda anadan olan uĢaqlara Bayram, Novruz adlarının, nəzir-
niyazla  doğulan  oğlan  uĢaqlarına  Allahverdi,  Tanrıverdi  kimi 
adların  qoyulmasının  da  Ģahidi  oluruq.  Bəzən  isə  övladları 
qalmayan  analar  uzun  bir  müddətdən  sonra  övlad  sahibi  olanda 
onları  bəd  nəzərdən  qorumaq  üçün  Yolçu  və  Dilənçi  adlarını 
uĢaqlarına  verməkdən  belə  çəkinmirlər.  Bu  da  milli  mənəvi 
dəyərlərlə  heç  bir  əlaqəsi  olmayan  kortəbii  inancların  məcmusu 
kimi qavranılmalıdır. 
 Dastanlarımızda  buta  motivi  də  aparıcıdır.  Bütün  dastan 
qəhrəmanları  kimi  Qurbaniyə  də  yuxuda  buta  verilir.  Yuxuda 
―buta  almaq‖  qəhrəmanın  daxili  aləmini,  bütün  varlığını  kökün-
dən dəyiĢdirir, onu keyfiyyətcə yeniləĢdirir. Misal üçün, hələ buta 
almamıĢ Qurbaninin əlindən demək olar ki, heç bir iĢ gəlmir. O, 
hətta bircə gün iĢləyib atasının tapĢırdığı yeri də Ģumlaya bilmir‖ 
(1,7). Qurbani buta aldıqdan sonra xüsusi istedada malik olur və 
haqq aĢığına çevrilir. 
 YatmıĢdım, üstümə gəldi ərənlər
 Səfil, nə yatmısan, oyan dedilər. 
 Oyandım qəflətdən, açdım gözümü, 
 Al, abi-kövsərdən iç, qan dedilər. 
 Qurbani, batıbsan qəm dəryasına, 
 Ovçunun məskəni dağ arxasına, 
 Bir siyqəl versənə könlün pasına, 
 AĢiqi məĢuqa qurban dedilər. 
 
 Qurbaninin butası Gəncəli Ziyad xanın qızı Pəri xanım idi. 
Mirzalı  xan  oğlunu  bu  yoldan  döndərməyə  çalıĢsa  da  gördü  ki, 
alınmır  oğluna  xeyir-dua  verib  yola  saldı.  Bu  da  insanlarımızı 
mənən  zənginləĢdirən  xüsusiyyətlərdən  biridir.  Ata-ana  xeyir 
duası  iĢlərin  uğurlu  getməyi  baxımından  böyük  əhəmiyyət  kəsb 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə