MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə108/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   105   106   107   108   109   110   111   112   113

 
~ 325 ~ 
edir və ona görə də bir iĢə baĢlamazdan əvvəl valideynlərdən, el 
ağsaqqallarından xeyir-dua alınır. 
 Qurbaninin  yol  boyu  qarĢısına  yaxĢı  insanların  çıxması, 
darda olana əl tutmaq, kömək etmək bizim mənəvi dəyərlərimiz-
dən  biridir.  Qurbaniyə  ilk  yardım  əlini  uzadan  Saleh  Sövdəyər 
olur və ona kağız verib Mustafa adlı bir adamın yanına göndərir. 
Mustafa  oğlanın  ağıl-kamalına,  gözəlliyinə  valeh  olur  sazı 
sinəsinə basıb deyir:  
 
Mal istəsən dövlətim var, varım var, 
Namusum var, qeyrətim var, arım var. 
Oğul olsan, gözüm üstə yerin var
Bir qızım var, ona həmdəm olasan. 
 
 Dastanlarımızda  atanın  buta  alan  qəhrəmanla  qarĢılaĢması, 
öz qızını ona vermək istəyi ilə tez-tez qarĢılaĢırıq. Ancaq bu hal o 
qədər  də  bizim  adət-ənənəmizə  uyğun  deyil.  Ancaq  bu  bəlkə  də 
onunla  əlaqədardır  ki,  demək  olar  ki,  bu  sözü  söyləyən  ataların 
oğlan  övladları  olmur,  baĢ  qəhrəman  da  o  qədər  ağıllı,  kamallı 
olur  ki,  ata  belə  igid,  cəsur  gənci  öz  oğlu  kimi  görmək  istəyir. 
Mustafa  Qurbaninin  sədaqətli,  sidq  ürəklə  sevgilisinə  aid  oldu-
ğunu görəndə isə ona xeyir-dua verib kömək edir.  
 Qurbani yolda Mahmud bəylə qarĢılaĢır. Mahmud bəy Pəri 
xanımın  əmisi  oğludur.  Qurbaninin  saz  çalmağını  bəyənir  onu 
evinə  aparıb,  layiqincə  qonaqpərvərliyini  göstərir.  Biz  təkcə 
qonaqpərvərliyin təcəssümünü Mahmud bəydə yox, Saleh Sövdə-
yərdə,  Mustafada,  hətta  yoxsul  bostançıda  da  görürük.  Ġstər  Ģah 
olsun,  istər  gəda  hər  kəs  bir  parça  çörəyini  Allah  qonağından 
əsirgəmir.  
 Dastanda  milli-mənəvi  dəyərlərimizin  özünü  göstərdiyi 
maraqlı  epizodlardan  biri  də  Dədə  Yediyarla  AĢıq  Qurbaninin 
deyiĢməsidir.  Burada  Qurbaninin  böyüklüyünün,  ağsaqqala  olan 
münasibətinin, hörmətinin  Ģahidi oluruq.  Dədə Yediyar  eĢidəndə 
ki, Qurbani deyə bir aĢıq gəlib çox qəzəbləndi və onu öz cənginə 
çağırdı. Qurbani sazın zilini zil, bəmini bəm eləyib basdı döĢünə, 
elə bir qıfılbənd dedi ki, Dədə Yediyar gözlərini döyə-döyə qaldı. 
ĠĢ bu yerə çatanda Qurbani irəli yeriyib Dədə Yediyara dedi: 
 −  Usta,  mənim  sənlə  iĢim  yox  idi.  Sən  özün  elədin.  Mən 
heç  vaxt  sənin  kimi  ağsaqqalın  qabağında  saz  götürüb  meydana 
çıxmazdım.  Məni  bağıĢla.  Usta  elə  genə  də  sənsən.  Ġzn  versən, 
mən də özümü sənə Ģagird billəm (1,63). 


 
~ 326 ~ 
 Qurbani  Mahmud  bəyin  məsləhəti  ilə  gəlib  elçi  daĢının 
üstündə oturur. Azərbaycan xalqının kökü ta qədimlərə söykənən 
belə  bir  adəti  var  ki,  elçi  daĢının  üstündə  oturan  düĢmənin  belə 
olsa,  onu  əliboĢ  geri  göndərməzlərmiĢ  və  ona  toxunmazlarmıĢ. 
Qurbani  dastanında  da  Ģahın  zülmündən  təzəcə  canını  qurtaran 
Qurbani  gedib  elçi  daĢının  üstündə  oturur.  ġah  bunu  görüb 
səbəbini soruĢur.  Qurbani  Ziyad xandan qızı  Pəri xanımı  istəyir. 
Xan  vəzirlə  məsləhətləĢir,  qızı  vermək  istədiyini  bildirir,  haqq 
aĢığının  istəyini  geri  çevirmək  istəmir.  Ancaq  vəzir  buna  razı 
olmur,  Qurbanini  sınamaq  üçün  xandan  icazə  istəyir.  Qara  vəzir 
qızı  Nigarla  birgə  Qurbanini  hansı  sınağa  çəkirsə  Qurbani  bu 
sınaqlardan üzü ağ çıxır. Məhəbbət dastanlarında aĢiqin öz sevgisi 
yolunda sınaqlardan keçməsi, min bir əziyyətə qatlaĢması dolğun 
bədii  çalarlarla  ifadə  olunmuĢdur.  Hətta  məĢuqənin  də  aĢiqi 
sınağa  çəkməsinə  rast  gəlirik.  Qurbani  Qara  vəzirin  bütün 
sınaqlarından  keçəndən  sonra  belə  yenə  də  Pəri  onun  haqq  aĢiqi 
olduğunu bir daha yoxlayır. 
 Həyatı  nərd  oyununda  uduzulan  Qurbani  cəlladlar  tərəfin-
dən  öldürülməyə  aparılarkən  o,  Qara  vəzirə  qarğıĢ  eləyir  və 
ildırım vəzirin evinin üstünə düĢüb, evi yerlə-yeksan eləyir.  
 
Vəzir sana qarğayıram, 
Haqq diləyin yetirməsin! 
Göydə min bir bəla ensə
Birin səndən ötürməsin! 
 
 Azad Nəbiyev yazır ki ―Mərasim folkloru ilə bağlı yaranan 
kiçik janrlardan olan alqıĢ və qarğıĢlar xeyir və Ģər təsəvvürləri ilə 
bağlı  meydana  gələn  paremik  vahidlərdir‖.  AlqıĢlarda  xeyir 
əməllər təqdir edilmiĢ, qarğıĢlarda isə insanlara pislik edənlərə − 
uğursuzluq, pislik ifadə olunmuĢdur (2, 318-319) 
 Qurbani dastanında ədalətli Ģah arzusu dilə gətirilmiĢ, bütün 
müĢkül məsələləri həll edən, imdad əlini uzadan ġıx oğlu Ģahdan 
sevənləri  qovuĢdurmaq  üçün  yardım  istənmiĢdir.  Və  Ģahın  Qur-
baniyə  yardımı  nəticəsində  o  Pərisinə  qovuĢmuĢdur.  Hətta  Ģahın 
ədalətli  əmri  nəticəsində  aĢiqlərə  bu  qədər  zülm  etdiyinə  görə 
toyun xərcini də Qara vəzir ödəyir.  
 Tariximizin yaddaĢından süzülüb gələn milli-mənəvi dəyər-
lərimizin müsbət cəhətlərini qoruyub saxlamaq, bununla da adət-
ənənələrin unudulub sıradan çıxmasının qarĢını almaq və gələcək 


 
~ 327 ~ 
nəsillərə  ötürə  bilmək  olduqca  önəmli  bir  prosesdir  və  bu  yolda 
atılan dəyərli addımlar alqıĢa layiqdir. 
 
Ədəbiyyat: 
 
1. Azərbaycan dastanları. BeĢ cilddə. I cild. Bakı, 2005. 
2. Azad Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. Bakı, 2002 
3. Abdulla ġaiq. Əsərləri. 5 cilddə. c.1. Bakı, 1966 
4. Ə.Haqverdiyev. SeçilmiĢ əsərləri. 2 cilddə. c.2. Bakı, 2005  
5. Kitabi-Dədə Qorqud. Bakı, 2004 
6. M.H.Təhmasib. Azərbaycan xalq dastanları. Bakı, 1972 
7. Nəriman Nərimanov. SeçilmiĢ əsərləri. Bakı 2004 
8. PaĢa Əfəndiyev. Azərbaycan Ģifahi xalq ədəbiyyatı. Bakı, 1992 
 
АСУНТА ГУСЕЙНОВА 
 
ОЛИЦЕТВОРЕНИЕ НАЦИОНАЛЬНО-ДУХОВНЫХ 
ЦЕННОСТЕЙ  В ЭПОСЕ ГУРБАНИ 
 
РЕЗЮМЕ 
 
Ключевые слова: Гурбани, нравственная ценность, 
 верования, святые места, бута, церемония нарекания, 
 проклятие 
 
В статье Олицетворение национально-духовных ценнос-
тей  в  эпосе  Гурбани.  Отражены  мотивы  рождения  детей 
после  пожертвований,  верования,  отношений  к  святым 
местам  в  творчестве  таких  мастеров,  как  Н.Нариманов, 
А.Ахвердиев,  А.Шаиг.  Кроме  этого,  разработан  мотив  на-
рекания, буты. Протягивание руки помощи к нуждающимся, 
гостеприимность, борьба, выражение своего протеста против 
зла через проклятия нашли свое художественное выражение. 
 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə