MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə104/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   100   101   102   103   104   105   106   107   ...   113

 
~ 313 ~ 
fərdiləĢməsi və müəyyən dərəcədə differensial-tarixi inkiĢaf yolu 
keçməsidir(7, 11). 
Ümumiyyətlə  psixoloji  paralelizmin  müĢahidə  olunduğu 
atalar sözlərinin hamısında, demək olar ki, birinci tərəfdə təbiətə 
məxsus  iĢ,  hadisə,  ikinci  tərəfdə  isə  insana  aid  olan  iĢ,  hadisə 
təsvir olunmuĢdur. 
Psixoloji paralelizmin bu tipli xüsusiyyətlərinə atalar sözləri 
ilə  yanaĢı,  bayatılarda  və  bayatı  formasında  olan  digər  folklor 
nümunələrində  də  rast  gəlinir.  Bayatılarda  misraların  bir-birinə 
bağlanmasında, ritm yaradan vasitələrin əmələ gəlməsində psixo-
loji paralelizm mühüm rol oynayır. 
A.Hacılının  Gürcüstan  türkləri  arasında  qeydə  aldığı  bir 
bayatıya nəzər salaq: 
 
 Anam bəni ağlasın, 
 Boxçamı tərs bağlasın, 
 Yaz gəldi, bən gəlmədim, 
 Çiçək görsün ağlasın. 
 
 A.Hacılı  bu  bayatının  məzmunundakı  türk  xalqlarına 
məxsus olan ölümsüzlük ideyasını təhlil edərək yazırdı: ―Ġnsan və 
hər yaz açan çiçəklər arasında paralelizm vasitəsilə ölüm, ayrılıq, 
əcəl  inkar  olunur‖(2,  118).  Bayatının  üçüncü  misrasında  yazın 
gəliĢi  və  insanın  həyatı  psixoloji  paralelizm  yaradır.  Bayatıda 
iĢlənən  ―bən‖  sözü  bayatının  daha  qədim  dövrlərin  məhsulu 
olduğunu  göstərir.  Həmin  dövrün  ki  hələ  ―mən‖  Ģəxs  əvəzliyi 
―bən‖ formasında iĢlənmiĢdir.  
Bayatının qafiyə sistemi də mükəmməl quruluĢludur. Birinci 
və  dördüncü  misralarda  ―ağlasın‖  sözü  ikinci  misradakı  ―bağla-
sın‖ sözü ilə səs tərkibi etibarı ilə çox yaxındır və bu da ahəngin 
yaranmasına xidmət edir. 
Naxçıvan bölgəsində qeydə alınan ağılardan birində isə belə 
deyilir: 
Bağçada barı qaldı, 
Yemədi barı qaldı, 
Dünyadan cavan getdi
Yetim balası qaldı. 
 
Burada  da  biz  həyatdan  erkən  köçən  qadının  ağaca  bənzə-
dilməsi  hadisəsi  ilə  psixoloji  paralelizmin  yaradılmasına  rast 
gəlirik.  Ağacın  barı,  yəni  meyvəsi  onun  kiçik  körpəsi  kimi 


 
~ 314 ~ 
dəyərləndirilir. Bu ağıda və ümumiyyətlə türk folklorunda qadının 
ağacla  müqayisəsi  motivinə  istənilən  qədər  rast  gəlmək  müm-
kündür. 
Ağının  fonopoetik  xüsusiyyətlərindən  danıĢarkən  qeyd 
etmək  lazımdır  ki,  burada  ikinci  və  misradakı  birinci  və  ikinci 
sözün  ilk  hecasının  eyniliyi  xarici  alliterasiyanı  yaradır.  Bu  cür 
təkrara  biz  birinci  misradakı  ―bağçada‖  və  ―barı‖  sözlərində  də 
rast  gəlirik.  Ağının  alliterasiya  sistemi,  demək  olar  ki,  ―b‖ 
samitinin üzərində qurulmuĢdur. Assonans sistemini isə ―a‖ və ―ı‖ 
saitləri yaradır. 
Yekun olaraq onu qeyd edək ki, doğma  yurdun coğrafiyası 
xalqın  etnik  simasını  və  milli  xarakterini  müəyyənləĢdirən  əsas 
Ģərtlərdəndir.  Xeyli  dərəcədə  coğrafi  Ģərait,  təbiət,  iqlim  bir  çox 
mənəvi  dəyərləri  təyin  edir,  coğrafi  məkan  haqqında  təsəvvürlər 
milli  psixologiyanın  dərin  qatlarıyla  çulğaĢır.  Türk  Ģüurunda 
özünəməxsus  məkan  kateqoriyası  insan  konsepsiyasına  da  təsir 
etmiĢdir: məkan insandan ayrılmazdır - fərd özünü təbiətdə görür 
və  qavrayır.  Coğrafi  mənzərə  ilə  insan  arasında  eyniyyət, 
psixoloji paralelizm yaranır və bu vəhdət adi bədii metafora deyil, 
magik Ģüurla bağlı sintetik anlamdır. 
 
Ədəbiyyat: 
 
1. M.Vəliyeva. Azərbaycan dilinin poetik  fonetikası. Bakı: OKA 
offset, 2008, 127 s. 
2. A.Hacılı. Bayatı poetikası. Bakı: Elm, 2000, 162 s. 
3.Cahangir  Ə.Qədim  türk  ədəbiyyatının  linqvistik  poetikası 
(M.KaĢğarlının  ―Divani-lüğat-it  türk  əsərindəki  bədii  nümunələr 
əsasında). Bakı: Elm, 2001, 168 s. 
4. Atalar sözü. Bakı: Öndər, 2004, 264 s. 
5.Azərbaycan bayatıları.Bakı: XXI-Yeni NəĢrlər Evi, 2004, 304 s. 
6. A. Əsədov. Atalar sözü və məsəllər. Bakı: Təhsil NPM, 2008, 
134 s. 
7. Oğuznamə. Bakı: ġərq-Qərb, 2006, 216 s. 
8.K.  Abdullayev.  Azərbaycan  dili  sintaksisinin  nəzəri  problem-
ləri. Bakı: Maarif, 1998, 281 s. 
9. А.Н. Веселовский. Историческая поетика. Москва: Высшая 
школа, 1989, 648 с. 
 
 


 
~ 315 ~ 
ВЮСАЛЯ КЕРИМЛИ 
 
ПСИХОЛОГИЧЕСКИЙ ПАРАЛЛЕЛИЗМ В 
ОБРАЗЦАХ АЗЕРБАЙДЖАНСКОГО ФОЛЬКЛОРА 
 
РЕЗЮМЕ 
 
Ключевые слова: психологический параллелизм, 
 пословица, баяты, аллитерация  
 
В  статье  исследованы  причины  появления  и  основная 
суть  психологического  параллелизма,  встречаемого  в  таких 
образцах  фольклора,  как  пословицы,  поговорки,  баяты,  агы 
(плачи)  и  т.д.  Указано  на  то,  что  суть  психологического 
параллелизма  наиболее  подробно  и  правдиво  впервые  была 
выяснена А.Н.Веселовским. 
 
VUSALA KERIMLI 
 
PSYCHOLOGICAL PARALLELISM IN THE 
AZERBAIJANI  FOLKLORE’S SAMPLES 
 
SUMMARY 
 
Key words: psychological parallelism, a proverb, bayati, 
 alliteration 
 
 
In the article are investigated of occurrence and the essence 
of  the  psychological  parallelism,  which  meeting  in  such  samples 
of  folklore:  proverbs,  sayings,  bayati,  аgy  (crying)  etc.  There  is 
too underlined that for the first time the essence of psychological 
parallelism  most  in  detail  and  truthfully  was  found  out  by 
A.N.Veselovsky. 
 
 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə