MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə105/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   101   102   103   104   105   106   107   108   ...   113

 
~ 316 ~ 
         XANIM HÜSEYNOVA  
         BDU, magistr 
 
BƏHLUL DANƏNDƏ LƏTĠFƏLƏRĠNĠN BƏDĠĠ DĠL 
XÜSUSIYYƏTLƏRĠNƏ DAĠR 
 
Açar sözlər: Bəhlul Danəndə lətifələri, bədii dil, 
 idiomlar, atalar sözləri 
  
Ağız ədəbiyyatının hər bir janrının, o cümlədən lətifələrin 
məzmun  və  ideyasının  ifadə  olunmasında  dil  və  onun  bütün 
leksik-qrammatik vasitələri mühüm rol oynayır.  
Bəhlul  Danəndə  lətifələrinin  dilinin  əsasını  canlı  xalq 
danıĢıq dili  təĢkil edir.  Xalq  dilinin bütün  gözəllikləri bu lətifə-
lərdə öz əksini tapmıĢdır. Buna misal olaraq, Bəhlul Danəndə ilə 
bağlı lətifələrdən aĢağıdakı nümunəni göstərmək olar: 
"Bir kəndli qızını ərə verirmiĢ, ona cehiz almaq üçün pulu 
yox  imiĢ.  Varı-yoxu  on  beĢ  qoyunmuĢ.  Kəndli  bu  qoyunları 
qabağına  qatıb  ho-ho-hoynan  gətirir  Ģəhərə  satmağa.  Qoyunları 
satıb  bir  az  ayınnan-oyunnan  alıb  qayıdır  evinə.  Bazarda  çox 
ləngidiyindən  yolun  yarısında  Ģər  qarıĢır,  axĢam  olur.  KiĢi 
fikirləĢir  ki,  gecənin  qaranlığında  tək-tənha  səhərə  qədər  yol 
gedəcək,  birdən  qaçaq-quldura  rast  gələr,  tutub  əlindən  pulunu 
alarlar. ġəhərin qurtaracağında bir tanıĢ varmıĢ gedir onlara." (2, 
30) 
Bəhlul Danəndə lətifələrində yarandığı dövrün ab-havası, o 
zamanın  nəfəsi  duyulur.  Onların  dilində  daha  çox  həmin  dövrə 
uyğun  sözlər-  "padĢah",  "vəzir",  "qazı",  "tacir",  "molla"  və  s. 
iĢlədilir.  "Bir  padĢah  saray  qonaqlığının  birinə  Bəhlulu  da 
çağırıbmıĢ", "Görür ki, bir uĢaq qəssabdan üç girvənkə ət istədi", 
"Bir  qazı  əmr  vermiĢdi  ki,  kim  namaz  qılmasa,  onu  o  qədər 
döydürəcək  ki,  ölsün",  "Xəlifəyə  xəbər  çatdırırlar  ki,  bəs  sənin 
təzə təyin elədiyin darğa bazara bir həftədir ayaq basmır", "Molla 
bir qoca qarıdan on tümən borc alır", "KiĢi oxuyur, padĢah onun 
səsini bəyənərək qırx dinar vermək istəyir" kimi nümunələrdəki 
dövrlə bağlı olan sözlər bunu təsdiqləyir. 
Lətifələr,  adətən,  nəqli,  sual,  əmr,  müxtəsər  və  yarımçıq 
cümlələrdən  ibarət  olur.  Bu  cümlə  növləri  içərisində  daha  çox 
sual  cümlələrindən  Bəhlulla  bağlı  lətifələrdə  geniĢ  Ģəkildə 
iĢlənmiĢdir.  Sual  cümlələri  dialoqlarda  daha  çox  öz  əksini 
tapmıĢdır. Bir nümunəyə diqqət yetirək. 


 
~ 317 ~ 
"Vəzir Bəhlula yanaĢıb deyir: 
 -Ey Bəhlul, niyə quru yerdə oturmusan? 
Bəhlul vəzirin üzünə diqqətlə baxıb deyir: 
 -Mən  bu  günün  çörək  pulunu  qazanmaq  üçün  qiymətli 
Ģeylər satıram. 
Vəzir deyir: 
 -Hanı qiymətli Ģeylərin? 
Bəhlul üç topa torpağı göstərib deyir: 
 -Qiymətli Ģeylərim bunlardır. 
Vəzir deyir: 
 -Düz-dünya  torpaqla  doludur,  onda  nə  hikmət  var  ki, 
alalar? 
Bəhlul deyir: 
-Torpağın  özündə  heç  nə  yoxdur.  Amma  onların  hikmətli 
sözləri var.‖(2, 45) 
Bəzi lətifələrin adları da sual cümlələrindən ibarətdir. "Heç 
ölü  də  dirilərmi?",  "Hər  yuxuda  görünən  düz  olar?",  "Məgər 
bundan da böyük yalan olar?", "Məgər qarğaya ad qoyanda orada 
idiz?"  kimi  lətifələrin  adları  sual  cümlələrindən  təĢkil  olunmuĢ-
dur. 
Lətifələrin  əksəriyyəti  mükalimə  və  dialoqlarla  olduqca 
zəngindir.  Mükalimələrdə  tipin  dili  öz  Ģüuruna,  dünyagörüĢünə 
uyğun  gəlir.  Məsələn,  lətifə  qəhrəmanının-  Bəhlul  Danəndənin, 
həmçinin  Harun-ər-RəĢidin,  vəzirin,  qazının,  mollanın,  tacirin 
özünəməxsus  danıĢıq  tərzi  vardır.  Hər  bir  tip  mənsub  olduğu 
silkə, təbəqəyə münasib danıĢır. Bəhlulla bağlı bir lətifədə qəssa-
bın  danıĢıq  tərzi  bu  cür  verilmiĢdir:  "Mən  bir  qəssab  babayam, 
dükanda  daxılın  içinə  bir  kisə  qızıl  qoymuĢdum  ki,  axĢam 
gedəndə  evimə  aparım.  Bu  yanımdakı  adam  onu  güclə  əlimdən 
aldı.  Nə  qədər  eləyirəm,  qaytarmır.  Gedirəm,  xəlifə  Ģərimizi 
kəssin."  
Lətifələrdə süjet və kompozisiyanın  maraqlı qurulmasında 
atalar  sözlərindən,  zərbi-məsəllərdən,  idiomatik  ifadələrdən 
istifadə etmək də mühüm əhəmiyyət kəsb etmiĢdir. Bu lətifələrdə 
aforistik  ifadələr, hikmətli kəlamlar daha çox Bəhlulun dilindən 
verilmiĢdir: "Dövlət sirrini öz arvadına da vermə. Namərd adam-
la dost olma, ona inanma. Öz taxt-tacına inanma, axırı yoxdur", 
"Mən  görürəm  siz  adama  onun  ağlına  görə  yox,  paltarına  görə 
qiymət  verirsiniz,  həllacı  bəzəndirib  sizə  göstərdim  ki,  insanın 
ağlı onun paltarı ilə ölçülmür" və s. 
Bəhlul  Danəndə  lətifələrindəki  atalar  sözü  və  məsəllər 


 
~ 318 ~ 
ondakı əsas fikrin-ideyanın daha bitkin Ģəkildə ifadə olunmasına 
xidmət edir. Buna misal olaraq, "Atalar demiĢkən, "nə yoğurdum 
nə  yapdım,  hazırca  kökə  tapdım",  "Atalar  yaxĢı  deyib,  kim  nə 
əkərsə,  onu  da  biçər",  "Ġndi  olan  olub,  keçən  keçib"  və  s.  kimi 
nümunələri göstərə bilərik. 
Lətifələrin  bəzilərinin  adları  da  atalar  sözləri,  hikmətli 
kəlamlarla  ifadə  olunmuĢdur.  Məsələn,  "Xeyir  verənə  xeyir, 
zərər  verənə  zərər",  "Görəcəyin  iĢin  nəticəsini  əvvəlcədən 
düĢün", "Bir ölkədə iki padĢah olmaz" və.s 
Çox  vaxt  lətifələr  atalar  sözləri  və  zərbi-məsəllərdən, 
əksinə,  atalar  sözləri  və  zərbi-məsəllər  lətifələrdən  yaranır.  Lə-
tifələrdən əmələ gələn atalar sözləri və məsəllər onun mətnindən 
çıxan nəticədən ibarət olur. BaĢqa sözlə, lətifənin sonluğu afori-
zm  kimi  yekunlaĢır,  yəni  atalar  sözü  və  zərbi-məsələ  çevrilir. 
MəĢhur  folklorĢünas  Ġdris  Ġbrahimov  bu  haqda  yazır:  "Atalar 
sözünün  istifadə  etdiyi  mənbələrdən  biri  də  xalq  ədəbiyyatının 
epik və lirik janrlarıdır. Tədqiqatlar göstərir ki, atalar sözlərinin 
çoxunda  təhkiyə  və  nağılvarilik  xüsusiyyətləri  vardır.  Hətta 
həcmcə  ən  kiçik  olan  atalar  sözlərində  belə,  təhkiyə  ünsürlərini 
və  ya  onun,  heç  olmasa,  əsas  cövhərini  müĢahidə  etmək  müm-
kündür.  Atalar  sözündəki  bu  xüsusiyyət  onların  böyük  əksəriy-
yətinin  epik  əsərlərlə bağlı olduğunu sübut edir. ġübhəsizdir ki, 
bu  cür  atalar  sözlərinin  çoxu  xalq  ədəbiyyatının  epik  janrların-
dan-dastan,  nağıl,  lətifə  və  s.  dən  yaranmıĢdır.  Xalq  ədəbiyyatı 
növlərindən  doğan  atalar  sözləri,  ya  onların  məzmunlarına,  ya 
nəticələrinə və yaxud bilavasitə qəhrəmanlarına aid olur. (4, 138) 
Canlı  xalq  dilinin,  təbiiliyini,  rəngarəngliyini  əks  etdirən 
lətifələrdə  məcazi  mənalı  ifadələr  mühüm  yer  tutur.  Bu  sıradan 
xalq  danıĢıq  dilinin  əsas  ifadə  vasitələrindən  olan  idiomlar  da 
lətifələrdə üstünlük təĢkil edir. "Ġdiomlar bir dilə xas olub, baĢqa 
dildə hərfən tərcümə edilə bilməyən ifadə, söz birləĢməsidir. Bu 
söz  birləĢməsini  təĢkil  edən  sözlər  onların  ayrı-ayrılıqda  ifadə 
etdiyi  mənanı  deyil,  baĢqa  bir  məcazi  mənanı  ifadə  edir. 
Ġdiomatik  ifadələr  milli  koloritə  malik  olur  və  mənsub  olduğu 
dilin incə xüsusiyyətlərini özündə toplayır. Bu ifadə vasitələrin-
dən  ədəbiyyatın  bütün  janr  və  Ģəkillərində  istifadə  olunur"  (6, 
96). 
Bəhlul Danəndə lətifələrində xəlqiliyi ifadə edən, eləcə də 
surətlərin, hadisə və əĢyaların poetik təsvirində bədii vasitə kimi 
idiomlardan  geniĢ  Ģəkildə  istifadə  olunmuĢdur.  Bunun  da  əsas 
səbəbi  odur  ki,  onlar  dilin  lüğət  tərkibinin  ən  zəngin,  ən  rənga-


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə