MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə110/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   105   106   107   108   109   110   111   112   113

 
~ 331 ~ 
Dolannam baĢına, səndən doymaram, 
Baxtı qara mən biçara Zeynabam 
Getmə, oğul, getmə qoymaram səni. (5, 179) 
 
Bu  nümunə  dastandakı  Zeynəb  xanımın  portretini  daha  da 
dolğunlaĢdırmağa xidmət edərək bədii təsviri gücləndirir. 
Məhəbbət  dastanlarında  poetik  nitqin  güclü  təsvir  vasitə-
lərindən  olan  epitet  haqqında  danıĢılan  Ģəxsə  emosional  münasi-
bəti bildirir: 
Pünhan danıĢ, heç kəs səni duymasın 
ġirin cana heç özgələr qıymasın, 
Öldürsə öldürsün, burda qoymasın,  
Yalvar, yapıĢ yara, dil sənə qurban! (5, 189) 
 
―Novruz‖  dastanının  dilində  müxtəlif  qrammatik  quruluĢa 
malik epitetlər iĢlənir. Bu da dilimizin məna incəlikləri və daxili 
inkiĢaf  qanunauyğunluqları  ilə  bağlıdır.  ―Novruz‖  dastanında 
iĢlənən  epitetləri  ifadə  vasitələrinə  görə  aĢağıdakı  kimi  ayırmaq 
olar: 
1.
 
sifətlə  ifadə  olunan:  sınıq  könül,  Ģirin  sözlü,  qanlı  dərya, 
gözləri xumar, gözləri məstan və s. 
2.
 
isimlə ifadə olunan: qaĢı kaman, kirpiyi xəncər, qələm qaĢ, 
büllur buxaq, xətti reyhan və s. 
Epitet həm əĢyaya, həm də surətlərin davranıĢına, hərəkətinə 
aid hər hansı bir əlaməti ifadə edir:   
 
 
 
Gözüm qaldı buxağında, telində 
Laçın könlüm sona qoymaz gölündə. 
Bir canım var üç gözəlin yolunda, 
Ölüncə Novruzam, yar, sənə qurban! (5, 190) 
 
Metafora  (istiarə,  köçürmə,  gizli  bənzətmə)  Bir  əĢyanın 
əlamətinin  həmin əĢyanın adı  çəkilmədən baĢqa  bir əĢya üzərinə 
köçürülməsidir.  ―Metafora  sözün  estetik  imkanlarının  geniĢliyini 
real  Ģəkildə  göstərən  məcazdır.  Metaforanın  üslubi  funksiya  və 
ifadəlilik  istiqamətlərinin  gerçəkləĢdirilməsinə  həmiĢə  böyük 
ustalıq  nümayiĢinə  ehtiyac  duyulur‖  (3,148).  Metafora  təsirli, 
parlaq  obraz  yaratmaq,  emosional  –  psixoloji  məqamları  əks 
etdirmək  məqsədilə  iĢlədilir.  ―Metaforalar  fikrin,  münasibətin 
dəqiq  ifadə  olunmasına,  nitqi  qüvvətləndirməyə,  emosionallıq 
yaratmağa,  mücərrəd  məhfumları  əyani  Ģəklə  salmağa  imkan 


 
~ 332 ~ 
verir,  əsərdə  qəhrəmanların  daxili  aləmlərinin,  xarakterlərinin 
açılmasına, hadisələrin semantik  mahiyyətinin  müqayisə  yolu  ilə 
daha yığcam, qısa Ģəkildə ifadə edilməsinə Ģərait yaradır‖(6, 227). 
―Novruz‖ dastanındakı metaforalarda müxtəlif təbiət hadisələrinin 
insan üzərinə köçürülməsi nəticəsində daha parlaq və əyani obraz 
yaradılır.  Dastandakı  metaforalar  aĢiqin  mənəvi  istirablarını, 
ümidsizliyini,  vüsal  həsrətini  əks  etdirmək  məqsədilə  iĢlədilir. 
Məs.:  
Mən olmuĢam yola naĢı, 
Tökərəm gözümdən yaĢı. 
Uçubdu könlümün quĢu, 
Gəzir Misirdə, Misirdə. (5,175) 
 
Dastanda  iĢlədilən  metaforaların  bir  çoxunda  insana  aid 
xüsusiyyətlər  digər  canlıların  üzərinə  köçürülür.  Bununla  da 
dastan  dilindəki  bədii  təsir  daha  da  güclənir.  Əsər  sənətkarlıq 
baxımından zənginləĢir.  
 
Səhər gəĢt eylədim gülzar üstünə
Gör necə tutubdu iĢini bülbül... 
Gah gəlir, gah gedir, qonça baĢına, 
Axıdır didədən yaĢını bülbül... 
 
Novruz necə çəksin Qəndab dağını, 
Əritdi, ürəyimin aldı yağını, 
Yel vuruban saldı gül yarpağını, 
Söykəyib can verir baĢını bülbül. (5,178) 
 
Dastanda  təbiətdəki  bir  çox  canlılar  kimi  güllər,  çiçəklər, 
otlar, dağlar, ağaclar da və s. nakam aĢiqlərin taleyinə acıyır. AĢiq 
kədərlənəndə dağlar da qan eləyir: 
 
 Mənim sağlığıma kim güman eylər, 
Tübü – boran halım çox yaman eylər, 
Qarlı dağlar gündə nahaq qan eylər
Yarı salıb məndən aralı dağlar. (5,180) 
 
Dastanın  təhkiyə  hissəsində  frazeoloji  vahidlərlə  ifadə 
olunan metafora nümunələrinə də rast gəlirik: ―... qızlar hərəkətə 
gələndə  Novruzun  da  eĢqi  coĢdu,  sazı  sinəsinə  basdı,  qızlar 
qabağından  keçəndə  bu  dillərlə  qızları  bir  –  bir  niĢan  verdi‖ 


 
~ 333 ~ 
(5,185),  ―...  padĢah  vəzirin  tədbirinə  razı  olub,  Novruzu  zindana 
saldırdı.  Zindanda  Novruzun  kefi  qarıĢdı‖  (5,182),  ―Qavvas 
Əhmədin qızı GülĢan xanım onu belə gözəl oğlan görüb, könülü 
əldən verdi‖.(5,178) 
Dastan  Ģeirində  güclü  bədii  effekt  yaradan  bədii  təsvir 
vasitələri içərisində mübaliğələrin özünəməxsus yeri var. ―Müa-
sir danıĢıq leksikonunda geniĢ yer tutan mübaliğə əsaslı frazeoloji 
vahidlərin  əksəriyyəti  tarixən  xalq  dilinin  bədii  axarında  poetik-
ləĢərək  hazır  Ģəkildə  dövr-dövr,  zaman-zaman  nəsildən-nəsilə 
adlamıĢdır‖  (6,  232).  Dastanda  mübaliğə  aĢiqin  eĢqinin  böyük-
lüyünə, ülviliyinə inam yaratmaq, onun mənəvi ovqatını, psixoloji 
vəziyyətini ifadə etmək məqsədi ilə iĢlədilmiĢdir:  
 
Bülbülün naləsi bağı yandırar, 
ġamlar Ģölə çəkər, yağı yandırar 
Mənim naləm uca dağı yandırar, 
Əbəs yerdə bu minvala yetiĢdim. (5,182) 
 
AĢiqin naləsi o qədər  güclüdür ki,  dağı  – daĢı  yandırır. Bu 
nümunə  aĢiqin  keçirdiyi  ruhi  iztirabları,  məĢuquna  duyduğu 
həsrəti  dolğun  ifadə  edir.  ―Novruz‖  dastanında  mübaliğə 
vasitəsilə  yalnız  aĢiqin  və  məĢuqun  mənəvi  ovqatı  deyil,  ananın 
öz  övladına  olan  sevgisi,  həsrəti  kimi  psixoloji  vəziyyətləri  də 
ifadə edilir:  
Sən necə balasan, mən necə ana
Az qalır dərdindən ciyərim yana 
Yeddi oğul bir yana, sənsə bir yana, 
Qızım, dərdin nədir, gəl mənə söylə! (5,183) 
 
Bir  sıra  hallarda  məcazın  bu  növünə  dastan  təhkiyəsinin 
dilində də rast gəlirik. Bəzən isə mübaliğəyə, ilk baxıĢda qeyri  – 
inandırıcı görünən deyimlərdə - baĢ qəhrəmanların dilində təsadüf 
olunur.  Bu  qəhrəmanın  nitqinin  təbiiliyini  və  ifadəliliyini  təmin 
edir:  ―Novruz  düz  on  bir  gündən  sonra  özünə  gəldi.  Baxdı  ki, 
atası, anası, qohum-əqrabası – hamı onun baĢına yığılıb. Novruz 
dedi: Mən dərdimi dilnən desəm, dilim yanar‖. (5,171) 
Dastanlarımızda  bədii  xitablar  emosionallığı,  lirizmi  güc-
ləndirir,  surətlərin  daha  canlı  və  həyati  çıxmasına  kömək  edir. 
Bədii  xitablar  ekspressiv  məna  çalarlıqlarına  malik  olub  dastan 
dilini  gözəlləĢdirir.  Bu  məcazlar  müraciətin  daha  təsirli  forması 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə