MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə106/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   102   103   104   105   106   107   108   109   ...   113

 
~ 319 ~ 
rəng  və  ən  çox  iĢlənən  bir  qismini  təĢkil  edir.  Bu  baxımdan 
lətifələrdə  iĢlənən  "Odur  ki,  paltarını  soyunub  baĢının  altına 
qoyur,  çuxasını  üstünə  salıb  bir  az  gözünün  acısını  almaq 
istəyir",  "KiĢinin  əli  yerdən-göydən  üzülür,  bilməyir  neyləsin", 
"Hər yan qumlu cəzirədi, yayın Ģaqqama günəĢi bunların beyninə 
vurduqca  baĢlarını  soxmağa  bir  toyuq  hinini  də  satın  alacaqlar" 
nümunələrdəki  idiomlar,  idiomatik  ifadələr  və  frazeoloji  birləĢ-
mələr  ifadə  olunan  fikrin,  müxtəlif  hadisələrin  və  vəziyyətlərin 
daha dolğun təsvir edilməsinə imkan verir. 
Bədii  təsvir  və  ifadə  vasitələri  də  lətifələrin  ətini,  canını 
təĢkil edir. Bunlar içərisində təzad, kinayə və inversiya daha çox 
iĢləkdir.  Təzadsız  lətifə  yoxdur.  Bəhlul  Danəndə  lətifələrində 
təzad  olduqca  çox  iĢlənmiĢdir.  Bunu  aĢağıdakı  nümunələr  də 
sübut edir: 
"Sən birinci dəfə gələndə dedin ki, Bəhlul Danəndə mən də 
sənə  danəndə  kimi  ağıllı  söz  dedim.  Ġkinci  dəfə  gələndə  mənə 
Bəhlul  divanə  deyə  müraciət  elədin.  Mən  də  sənə  divanə  kimi 
məsləhət  verdim"  (2,  25),  "Ağılı  dəlilərdən  öyrənmiĢəm.  Onlar 
nə  etmiĢdilərsə,  mən  etməmiĢəm,  nəyi  etməmiĢlərsə,  mən 
etmiĢəm" (2, 75) 
Kinayələr lətifələrdə tərifləmə, özünü görməzliyə, eĢitməz-
liyə vurma, pisə yaxĢı, yaxĢıya pis demə, rüsvay etmə, ələ salma, 
lağa  qoyma  yolu  ilə  yaradılır.  Bu  nümunədə  kinayədən  istifadə 
edilmiĢdir: 
"Xəlifə deyir: 
 -Ay divanə, heç ölən adam da dirilərmi? 
Bəhlul deyir: 
 -Ey Bağdadın "ağıllı" xəlifəsi, bəs onda camaata niyə əmr 
vermisən ki, sənin ölmüĢ darğanı diriltsinlər?" (2, 18) 
Bu  lətifələrdə  inversiyaya  çox  rast  gəlinir.  Ġnversiyaya 
"Xəlifənin  saray  xidmətçiləri  baĢlayırlar  onu  döyə-döyə  taxtdan 
düĢürtməyə", "BaĢına-gözünə döyə-döyə gəlir Bəhlulun yanına", 
"Bəhlul  fərmanı  alan  kimi,  gəlib  bazardan  beĢ-altı  fəhlə  tutur, 
kəndlini  də  yanına  salıb  düz  gedir  onun  Ģeylərini  danan  kiĢinin 
evinə" və s. kimi nümunələr misal ola bilər. 
Bəhlul  Danəndə  lətifələrində,  az  da  olsa,  Ģəxsləndirmə 
(təĢxis)  nümunələrinə  rast  gəlirik.  Bəhlulun  torpaqla,  ağacla 
söhbətləĢməsində biz bunun əyani Ģahidi oluruq. TanınmıĢ folk-
lorĢünas  M.  Kazımoğlu  bu  barədə  yazır:  "Oyunbazlıq  edib 
ətrafındakı  predmetlərlə  insan  timsalında  "həmsöhbət"  olmaq 
baĢqa  komik  fiqurlar,  o  cümlədən  Bəhlul  Danəndə  üçün  də 


 
~ 320 ~ 
səciyyəvidir.  Ġki  kəndlinin  torpaq  üstündə  davasını  kəsmək 
istərkən  Bəhlul  Danəndə  torpağın  özü  ilə  məsləhətləĢməli  olur, 
vəzirin  canını  ölümdən  qurtarmaq  məqsədilə  ağacı  sorğu-suala 
tutur, ağacın dediklərini dilə gətirib camaata bəyan edir. Təbii ki, 
Molla  Nəsrəddinin  ayla,  Bəhlul  Danəndənin  torpaqla  danıĢması 
Qazan xanın doğma yurdla (eləcə də su, qurd və köpəklə) danıĢ-
masından  tam  fərqli  bir  mahiyyət  daĢıyır.  Bəhlul  Danəndənin 
ağaca  üz  tutması  Uruzun  ağaca  xitabına  zahirən  bənzəyir".  (5, 
129) 
Bəhlulun  ağacla  söhbətləĢməsini  görən  xəlifə  insafa  gəlir, 
fərmanı geri götürüb vəziri azad edir: "Mən ağacdan xəbər aldım 
ki, bu adamlar sənə niyə belə həvəslə baxırlar? Ağac cavab verdi 
ki,  adamlar mənim  düzlüyümə baxırlar. Sonra  mən xəbər aldım 
ki, bəs sən hardan gəlib bura çıxmısan? Ağac cavab verdi ki, belə 
ədalətsiz  xəlifənin  zülmüylə  vətənimdən  didərgin  düĢmüĢəm. 
Məni  meĢədən  kəsdirib  gətirdib,  hələ  yenə  bəyənmir.  Məni 
kəsdirdiyi  bəs  deyil,  yazıq  vəziri  də  dar  ağacından  asdırır."  (2, 
36) 
Deyilənlərdən  aydın  olur  ki,  lətifələrin,  o  cümlədən  də 
Bəhlul Danəndə lətifələrinin dili bədiiliyi, poetikliyi, obrazlılığı, 
səlisliyi,  aydınlığı  ilə  seçilir.  Xalq  danıĢıq  dili  bu  lətifələrin  bel 
sütununu təĢkil edir. 
Ədəbiyyat: 
 
1.  Azərbaycan  ədəbiyyatı  tarixi.  6  cilddə,  I  cild  (Ģifahi  xalq 
ədəbiyyatı), Bakı: Elm, 2004 
2. Bəhlul Danəndə lətifələri. Bakı: AzərnəĢr, 1988. 
3. Fərzəliyev T. Azərbaycan xalq lətifələri. Bakı: Elm, 1971 
4. Ġbrahimov Ġ. Atalar sözü və məsəllər. Azərbaycan Ģifahi xalq 
ədəbiyyatına dair tədqiqlər. I kitab, Bakı, 1961 
5. Kazımoğlu M. Folklorda obrazın ikiləĢməsi. Bakı: Elm, 2011 
6.  Mirəhmədov  Ə.  ƏdəbiyyatĢünaslıq  terminləri  lüğəti.  Bakı: 
AzərnəĢr, 1965 
7. Nəbiyev A. Azərbaycan xalq  ədəbiyyatı.  II hissə. Bakı: Elm, 
2006 
 


 
~ 321 ~ 
ХАНУМ ГУСЕЙНОВА  
 
О ХАРАКТЕРИСТИКЕ ХУДОЖЕСТВЕННОГО ЯЗЫКА 
АНЕКДОТОВ  БАХЛУЛА ДАНЕНДЕ 
 
РЕЗЮМЕ 
 
Ключевые слова: Анекдоты Бахлул Даненде,  
художественной язык, идиомы, пословицы 
 
В статье говорится о характеристиках художественного 
языка анекдотов Бахлула Даненде. Язык анекдотов образный. 
Посредством данного языка обнаруживается внутренний мир, 
мораль, психология каждого описываемого образа, типа, пер-
сонажа в общем. В этих образцах нашли свое отражение осо-
бенности народно-разговорного языка. 
 
 
 KHANUM HUSEYNOVA 
 
ON ART LANGUAGE FEATURES OF ANECDOTES BY 
BAHLUL DANANDA 
 
SUMMARY 
 
Key words: Anecdotes by Bahlul Dananda, art language
 idioms, proverbs 
 
The  article  is  dealt  with  the  art  language  features  of  the 
anecdotes by  Bahlul Dananda.  Language of anecdotes is  figura-
tive. Inward, morality, psychology of each image, each character 
and  personage  described  in  samples,  appears  through  this  lan-
guage. Superiority of the national spoken language is reflected in 
these patterns. 
 
 
 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə