MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə97/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   93   94   95   96   97   98   99   100   ...   106

_____________Milli Kitabxana______________

Dar gündə sevgilimin sözündən başa düşdüm,

Çörəksiz bir məkanda sevən ürək də yoxdur.

Acam bir diyarda ki, baha deyil çörəyi,

Neylərik qıtlıq olsa, arzu-dilək də yoxdur.

Qış günü pambıqdan ağ, üzüm kömürdən qara,

Ocaqda yandırmağa quru təzək də yoxdur.

Nə camaldan, nə də ki, kamaldan pay almışam,

Həsrətinə yanmağa bir şux mələk də yoxdur.

Şikayətçi dünyadan bir sənsənmi, Şəhriyar?

Çoxunun süfrəsində yavan çörək də yoxdur!

TƏBRİZ ŞƏHƏRİ

Təbriz şəhərinin dörd darvazası var. Hər darvazada

iki üzlü bir tablo asılmış və tabloların hər iki

üzündə Şəhriyarın bir beyti yazdmışdır.

GİRİŞ: Təbrizdir, aləmə yayılmış səsi,

Şəmsin ana yurdu, Rumun kəbəsi

ÇIXIŞ: Kəbə havası var başında əgər,

Get, xeyir aparar burdan gedənlər.

GİRİŞ: Təbrizdir, tarixlər görmüş ixtiyar,

Onun dünya boyda əzəməti var.

ÇIXIŞ: Səfərin yaxınmı, səfərin uzaq,

Olsun saf ürəklər yoluna ortaq.

GİRİŞ: Təbriz, inqilablar ocağı Təbriz,

Aslanlar, şahinlər oylağı Təbriz.

ÇIXIŞ: Xoş getdin, müsafir, gözlərim üstə,

Məndən xeyir-dua yoluna istə!



_____________Milli Kitabxana______________

GİRİŞ: Təbrizdir, qonağa qurban edər can,

Sürməsi qonağın yol qubarından.

ÇIXIŞ: Canan şəhərilə ülfət saxladın,

Yükü can telilə çəkib bağladın.

TEHRAN VƏ TEHRANLI

Bir azərbaycanlı əsgərin gileyi

Sən ey münsif, özün söylə, bu iranlı

Nələr çəkmiş bu Tehrandan?

Nə möhnətlər görüb, ya rəb?

Fəlakətdir böyuklük eyləyə nadan.

Necə rəhbər çıxar səndən?

Əzəldən naşısan, naşı.

Deyirsən ki, yeyir rəştli balıq başı,

Bu Tus əhli özəldən kəlləxar olmuş.

Deyirsən ki, Qum əhli, İsfahan əhli

Betərdən də betər olmuş.

Cavan mərdanə-Azərbaycansa türkəxər olmuş.

Oda yandıldılar İranı,

Hey yelpik çalırdın sən,

Ayə, tehranlı, insaf et, də

Eşşək sənmisən, ya mən?

Sən əhli paytəxtsən,

Leyk, sənde tərbiyət yoxdur.

Mənim sən eybimə güldün,

Özündə mərifət yoxdur.

Səni vəsf etməyə mən neyləyim ki,

Bir cəhət yoxdur.

Mənə bu bəsdi ki, daim

Ayırdım dostu düşməndən.

Ayə, tehranlı, insaf et, de.

Eşşək sənmisən, ya mən?




_____________Milli Kitabxana______________

Gedib çək nəşəni,

Sonra haray sal, eylə bədməstlik.

Sənə məxsusdu düşkünlük,

Bu ayrıseçkilik, tərslik.

Sənə layiqdi namərdlik,

Qatı düşmənçilik, sərtlik.

Mən aşkar, sən riyakar,

Basqa qiymət gözləmə məndən.

Ayə, tehranlı, insaf et, də,

Eşşək sənmisən, ya mən?

Kollec qurtarmısan,

Bəlkə sanırsan nurlu dünyasan?

Fəqət sən adidən adi,

Nə Farabi, nə Sinasan.

Özün öymək, fəqət başqasına

Yüz min yamanlar söyləmək asan.

Sən aldın parta ardında

Xəyanət dərsi düşməndən.

Ayə, tehranlı, insaf et, de

Eşşək sənmisən, ya mən?

Elə sandım mənimlə bu diyarda

Sən də həmdərdsən,

Səni mən mərd sandım,

Bilmədim ki, böylə namərdsən.

Bizə qarşı zülmkarsan,

Bəli, soyğunçusan, sərtsən.

Həmişə düşmənə dostsan,

Həmişə dostuna düşmən.

Ayə, tehranlı, insaf et, de

Eşşək sənmisən, ya mən?

Məni qafqazlı qardaşlar

Həmişə səslədi "qardaş".

Min hörmət görmüşəm türkdən,




_____________Milli Kitabxana______________

O olmuş qəlbimə sirdaş.

Fəqət Tehranə gəldim,

Gözlərim tökdü yenə qan-yaş.

Mənə düşmən kimi baxdın,

Nə yerdə olmuşam düşmən?

Ayə, tehranlı, insaf et, de

Eşşək sənmisən, ya mən?

Mən İranın yolunda baş qoyub,

Bu yolda can verdim.

Vətənpərvər mənəm, mən,

Mən bu yolda imtahan verdim.

Sənə hər yerdə, hər işdə

Bu ömrü ərməğan verdim.

Çölündən bir tikan dərdim,

Sənə bir asiman verdim,

Xeyanətdən, zülümdən özgə

Mən nə görmüşəm səndən?

Ayə, tehranlı, insaf et, de

Eşşək sənmisən, ya mən?

Çün ustadi-dəğəl aldı ələ

Bir gün məhək daşın,

Məni atdı, səni tutdu,

Xəyanət oldu sirdaşın.

O gündən getdi Tehran da,

Kərəc də, sağ ola başın,

Səni tək gördü meydanda,

Qımışdı əcnəbi düşmən,

Ayə, tehranlı, insaf et, de

Eşşək sənmisən, ya mən?

O gündən məmləkət döndü,

İbarət oldu Tehrandan.

Dağıldı yurdumuz,

Ağlar ürək cəmi-pərişandan.

Bu sərgərdan cəmiyyət



_____________Milli Kitabxana______________

Səndən oldu dərbədər, giryan.

Vətəni satdın yada,

Düşmənlərə daim satıldın sən.

Ayə, tehranlı, insaf et, de

Eşşək sənmisən, ya mən?

Sənin düz yolların

Kindən, inaddan böylə kəc oldu.

Sənin fikrincə İran

Bircə Tehranla Kərəc oldu.

Sənin arzunla Azərbaycan

Üzvi-fələc oldu.

Fəqət bizdən sənə, ancaq

Sənə bizdən fərəc oldu.

Gülü sən xar gördün,

Gülşəni güxən.

Ayə, tehranlı, insaf et, de

Eşşək sənmisən, ya mən?

O vaxtacan ki, arxan

Od diyarı Azəristandı,

Hərasan olmadın bir kimsədən,

Düşmən hərasandı.

Niyə Lor, Kürd olub yağı,

Onlarla müşkül asandı.

Hanı o mərd Qaşqaylar,

Sənin zülmündən, artıq

Bir haraylar qaldı, bir haylar.

Necəsən, "pəhləvan", indi?

Nə ox qalmış, nə də cövşən,

Ayə, tehranlı insaf et, de,

Eşşək sənmisən, ya mən?

Daha buğda alammazsan

Nə Simnandan, nə Zəncandan.

Düyü Rəştdən, balıq Rəştdən,




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə