MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə95/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   91   92   93   94   95   96   97   98   ...   106

_____________Milli Kitabxana______________

Bu Şərqin nəsimi öz əlləriylə,

Zərif şanə çəksin xəyallarına,

Açsın alnındakı qırışları da.

Bəlkə sənətkara, bəlkə sənətə

Elə nəvazişdir qalan dünyada.

Bu şərq küləyilə daban-dabana,

Bu uzun yollarda qovub səhəri,

Böyük Şərq şerinin dühası gəlir.

Başını söykəyib qoşa dizinə,

Fikir dəryasına qərq olub yenə,

Xəyallar taxtında əyləşmisən sən,

Diləkli gəlmişəm hüzuruna mən.

Qəlbimdə illərin min bir yarası,

Bu vaxtsız, gözlənməz gələn qonağa

Aç könül qapını,

Kim bilir bəlkə,

Elə dərdlərimin sənsən çarası.

Qəbul et şairi, qəbul et, ustad,

Əliboş gəlməmiş hüzuruna o,

Gəlib saf ürəklə, odlu ilhamla,

Xəyyamın, Hafizin öz kuzəsindən

Gəlmiş huzuruna bir dolu camla.

Qarşında hörmətlə diz çökərək, diz,

Sənə əhsən deyir, sənə mərhəba!

Elmin Allahısan, ey böyük düha!

Sənin tapıntınla, sənin dühanla

Doldurdu boşluğu nurun sürəti.

Zamansa qovuşdu əbədiyyətə.

Məkan məkansızdır,

Zaman zamansız.

Eynşteyn, mərhəba,

Eynşteyn, əhsən!

Sən elmi din ilə barışdırmısan.

Dedin: enerjidir maddə əzəldən.

Ürfan fəlsəfəsi tükü də seçir,

Bu ulu məktəbin şagirdiyəm mən.



_____________Milli Kitabxana______________

Cism dünyasını ruh dünyasını

Dalğası sayıram, ancaq dalğası.

Maddədə əsalət, cəki görmürəm.

Sənə min bir əhsən, Fəqət min əfsus,

Hərif ilhamından, kəşfindən sənin

Bombalar düzəldir.

Dünya qopacaq,

Cahan çıxacaqdır öz məhvərindən.

Qarşında diz çöküb, yalvarıram mən.

Şairin gözündən yuxusu qaçmış,

Hərbin əjdahası, qorxunc, dəhşətli,

Cəhənnəm sayağı ağzını açmış.

Dünyanın axırı gəlib çatacaq,

Dolacaq həyatın son peymanəsi,

Qalxacaq göylərə ana fəryadı,

Tutacaq dünyanı "balam vay" səsi.

Köçəcək dünyadan rəhm, dəyanət,

Öləcək sədaqət, vfa, məhəbbət!

Dumana dönəcək insan ahları,

Bürünər zülmətə bütün kainat,

Yetər, sona yetər bu varlıq, həyat.

Ey ustad,

Arzusun eşit şairin!

Vicdan imperiyası eylə cahanı.

İşıqlı zəkanla, ulu dühanla.

Döndər sən behiştə, döndər dünyanı.

Qoy qəlbi, elmiylə fərqlənsin insan!

Qardaşlıq, sədaqət,

Bir də məhəbbət

Bayrağı altında birləşsin cahan!

Əlim ətəyinə ey böyük ustad,

Qəhər boğur məni, acı bir qəhər,

Nələr görməmişəm, dünyada nələr?

İnsan yarasına məlhəm et, məlhəm

Sən öz tapıntını, sən öz dühanı.




_____________Milli Kitabxana______________

Bu daş ürəklərin, bu namərdlərin

Felindən xilas et, qoru dünyanı!

Nə milli fərq olsun,

Nə də irqi fərq.

Din də ayırmasın qoy millətləri,

Məhəbbət yaşatsın ulu bəşəri.

İnsan ayrılmasın insanlığından,

Bir bayraq altında birləşsin cahan.

Soruşmaq istərəm bir də ki, ustad:

Viran İran haqda eşitmisənmi?

Ora beşiyidir korifeylərin,

Orda doğulmuşdur Bu Əli Sina,

Görək dünya onu ulu dağ sana.

Mədəni vəhşilər tanısın onu,

Dünyanın ən böyük alim oğlunu.

Eynşteyn!

Bir az da irəli, ustad!

Elmin göylərində bir də qanad çal,

Ağıl dünyasında bir az da ucal,

Musanı, İsanı, Məhəmmədi də

Elə bir məqamda, bir zirvədə gör!

Sənin əlindədir qəlbin açarı,

Sənin əlindədir elmin açarı.

Bu eşqin, bu elmin, ağlın əlilə

Həll et, həll edilməz müəmmaları.

Köhnə qıfilları özün qırıb, at,

Cəhənnəm olmasın bəşərə həyat!

Bir az da irəli, ey böyük düha,

Çatarsan, bir az də qalxsan, Allaha.



GECƏ GÜNƏŞİ

Yuxuda, ay cəmallım, - yatma dedi, - bu gecə,

Yatma, ta ki, gecənin günəşini görəsən.

Səhər nəql etdim ona yuxumu, - dedi, - get, get,

Elə məntək günəşi sən yuxunda görərsən.



_____________Milli Kitabxana______________

AYIN AYNASINDA

Gecələr aya baxıb, sevgilimi yad edirəm,

Ona əfsanə deyib, mən yenə fəryad edirəm.

Ola ki, aya, mənim nazlı nigarım baxacaq,

Bu xəyallara uyub, qəmli könül şad edirəm.

HOQQA

Ey bafirın hoqqası altına düşən əbləh,

Bafırın xumarından niyə ibrət almadın?

Sən hoqqanı bafıra mindirəndə sevincək,

Onun min hoqqasını niyə yada-salmadın?



_____________Milli Kitabxana______________

MÜLƏFƏRRİQƏLƏR

NAKAM ŞAİRƏ PƏRVİN ETİSAMİNİ YAD EDƏRKƏN

Pərvindir söz səmasında sönməz nurlu sitarə,

Bu ulduza aləm edir heyran-heyran nəzarə.

Ədəbiyyat cəbhəsində qələn, alsa kim ələ,

Çalışar ki, o Pərivinin sənətinə tuş gələ.

O, kəfənə bürünüb də olanda gözdən nihan,Məlum oldu,

ürəkləri alıb köçmüş dünyadan.

İlhamın öz gərdəyində gəlindi bu aypara,

Ulduzlardan gərdənbəndi, şəfəqlərdən zərxara.

Elə bakir gəlirdi o, doğulmuşdu pak nurdan,

Fələk onun dayəsiydi, beşiyisə - kəhkəşan.

Sonsuz, əngin bir fəzadır Pərvinin söz divanı,

Saya gəlməz ulduzları, bəzəmiş asimanı.

Hər birisi bir incidir, iki yüz gərdənbəndin,

Fələklərin qulağında zər sırğadır bu Pərvin.

Ərşin qüdsi ayətidir, əlçatmaz bir məqamdan,

Onu təfsir etmək üçün tapılmaz bir tərcüman.

Atasının dağı ilə alovlananda xirmən,

Pərvin o dəm qığılcımtək sıçradı o atəşdən.

Bülbüllərin naləsilə verəmmədi səs-səsə,

Gülüstandan çıxıb getdi, pay vermədi bir kəsə.

Əbədi bir həyat qurdu əsrlərlə dünyada,

Salacaqdır əsərləri onu həmişə yada.

Dərdə, qəmə çarə tapma mümkün isə_hər_zaman,

Təəssüf ki, bir ölümə çarə yoxdur, ah, aman!

Ey Şəhriyar, əl çək Pərvin atəşindən, yaxşı bil,

Bu oda can deyə bilməz, axı ürək daş deyil.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə