MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə94/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   90   91   92   93   94   95   96   97   ...   106

_____________Milli Kitabxana______________

Bdən qəlibindən getdi, təzədən qayıtmaz.

Qiyamətin vədəsinə yüz il qalmış

Tam küfr yolu ilə gedınlər

Bərzəx dünyasının məhbusu olacaqlar.

Haqqın mübahisəsini axıra yetirmək üçün onlar

Bir daha bu dünyaya gələcəklər.

Bu zaman dünya cəmiyyətlə dolacaq,

Beləliklə fitnə-fəsad aşıb-daşacaq.

Və o axirəzzaman fiməsi də budur.

Buna görə mədəniyyət tarixi heç vaxt

Dörd min ildən artıq olmur.

Bu, çox qədimin əsərləri ilə gəlir və

Kifayət qədər qədim dövrlərə aiddir.

Adı mavi olan Dunay, bu haqda düşün,

Orada öz yatağına qərq olanın

Adını niyə Qara dəniz qoyublar?

Sən ona o qədər qara qanlar axıdırsan,

Daha bəs deyilmi?!

RUBAİLƏR VƏ DÜBEYTİLƏR

İtibdir cavanlıq, ömür dostları

Hey onu gəzirlər tapsınlar barı.

Səbada od ilə sazı apardı,

Bitdi gül ömrünün qısa baharı.

Şikəstə bülbüləm - çəmənə laqeyd,

Bir xəlvət şamıyam - gələnə laqeyd,

Xalqa yad söyləmək insafdan deyil,

Xalq dostdur, söylənsin qoy mənə laqeyd.

Bu dünya bağından ehmal keç, ürək,

İnsafa arxalan, xoşhal keç, ürək,

Sıxılsan qonaq ol eşq meşəsində,

Sevdadan orada zövq al keç, ürək.



_____________Milli Kitabxana______________

Xatirədən başqa dost yox həyatda,

Külək də tanımır bir kəs bu adda.

Möhnətlə, qocalıq olurkən abad,

Gənclik külə döndü Behcətabadda.

Birdir gülüşündə nəğmə ilə saz,

Mənim də naləmdə ney ilə niyaz,

Dilimdə səslənir Səba və Nima;

Qovuşub qəzələ yanğı ilə saz.

Göyərçin qanadlı, mən qanadsızam,

Onun dərdi ilə təkəm, yalqızam.

Səba pəncərədən baxsaydı əgər,

Görərdi nə gimə qalıbdır əyyam,

Gecikdi dərmanın könül, işin tərs,

Bu zəngin aləmdən tez doydun əbəs,

Qocaların qəlbi cavan qalırkən,

Sən niyə qocaldın gənc çağında bəs?

Mənə gərək deyil həyat şərbəti,

Nə də bir əbədi ömrün sərvəti,

Həbibin vəslinə yetişsəm, bir də

Düərəm gəncliyi, saf məhəbbəti,

Bu gecə yenə də eşqinlə məstəm,

Saqi, gəl vermə cam, əl saxla bır dəm,

O mələk çöhrəli girib yuxuma,

Hicrində ölmərəm, ölən deyiləm.

İçib arzu, xəyal alovlarını,

Sübh olcaq kəsirəm arx kənarını,

Reydən Nişabura əsərkən külək,

Müşk ətrindən duyur könül yarını.

Əvvəlki deyildir o sərv qəddin,

Can alan gözləri söylə, neylədin?



_____________Milli Kitabxana______________

Hüsnün də itirib təravətini,

Mənim eşqim isə həmindir, həmin.

Hələ xatirəndən əl çəkməmişəm,

Gözünü andıqca hey artır nəşəm,

Əgər xəbər alsan halımı, canan,

Qəminlə can çəkmək olubdur paşam.

Yandırdı qəlbimi şam kimi o yar,

Qəmlərin dərmanı - gül dodağı var,

Bu gün qəm sirdaşı tapmadığımdan

Onun xəyalilə yar oldum naçar.

Bir gecə şəhərdən uzaq yataydım,

Məcnunla çöllərdə ülfət qataydım,

Ey gözüm, görəydin o Leylamızı,

Mən də bir xəyalən ona çataydım.

Dolu bir cam kimi dayanıb lalə,

Qəlbim qəm meyinə olub piyalə,

Nəsimdən dağılan pərişan teltək

Dalmışam kədərlə min bir xəyalə.

Şıltaqlıq eləyib hərdən haq-nahaq

Tez-tez üzr istərdi anadan uşaq,

Anası üstünə hirslənən zaman

Kimə sığınardı? Anaya ancaq.

Ömür kölgəydimi, zülmət əritdi?

Ya ki, bir gecəlik qonaqdı, getdi?

Qarışıq görünən yuxuydu bəlkə?

Bəlkə bir şimşəkdi - üfüqdə itdi?

İlahi, bir nur saç sən gözümüzə,

Səfa ver, saflıqla gül üzümüzə,

Doyduq bu zülmətdə ləkələnməkdən,

Parlayan bir günəş bağışla bizə.



_____________Milli Kitabxana______________

Yoxdur vətənimdən başqa vətənim,

Orda da tapılmaz həmdəmim mənim.

Bəlkə də sirrimi qəbrə söyləyim,

Bir məhrəm kəsilsin mənə kəfənim.

Qəmliyəm, qəmxar yox, qəfəs də dardır,

Artığam, dünya da məndən bizardır.

Qala divarları kəsib arxamı,

Yarəb, qəfəs də dar, nəfəs də dardır.

Sel gəldi, dostları məndən qopardı,

Bahar büsatımı pozub apardı,

Gözüm üstlərində yaz bulududur,

Dürr tökər, sanmayın yağışla qardı.

Kəsdi ömrümüzü dövrün zəhəri,

Bir də acı dilin ölüm bəhəri,

Bədən bir zindandn, can qəfəsdədir,

Ölüm, gəl, qurtarsın həyatın şəri.

İnsana xoş gələr tərif olsa saf;

Xislətlər ölçüdür, vicdansa sərraf,

Varsa bu nemətin, şükr et, peyğəmbər:

"Dinin yarsıdır", demişdir, “insaf”.

Namus insan üçün oyuncaq deyil,

Bir çəmən gülödür – yəqin eylə, bil.

Qadın bir anadır bəşəriyyətə,

Önündə təzim et, ədəblə əyil.

Yaşamaq istəsək bir ömür əgər,

Onu da sərt ölüm kamına çəkər.

Bu yer də, o göy də dolanır bir cür,

Dəyişməz bu həyat heç zaman məgər?

Səri verdin aləmə ibrət, musiqi,

Yorardı insanı qəflət, musiqi,



_____________Milli Kitabxana______________

Dinlərkən bu yorğun ürəklər səni,

Veirirsən onlara cənnət, musiqi.

Mələktək qazanıb səma, Şəhriyar,

İstər nadan ağzı yuma Şəhriyar,

Əbədi eşq ilə vurduqca qəlbi,

Yaşayar hər yerdə hüma Şəhriyar.

Əczaçı, məlumdur ki, dəva satır,

Xanəndə oxuyur, xoş səda satır.

Nəfəs almaq üçün bağa gedəndə,

Biri də biletlə boş hava satır.

EYNŞTEYNƏ PEYĞAM

Eynşteyn,

Sənə yad adamdan odlu bir salam!

Əlbət ki, o yadı bağışlayarsan.

Ayıl bir gecədə, alatoranda,

Dəryalar keçərək, dağlar aşaraq,

Qırçın dalğaları yarıb-biçərək,

Səhər ulduzuna çatıb qoşaraq,

Sıxaraq köksünə gül şaxələrini,

(ö güllər Şirazın Sədiyyəsindən)

Qıvrım saçlarını dağıdıb gələn,

Şərqin nəsimidir, şərqin nəsimi!

Riyaziyyət Sultanı,

O şərq küləyi,

Bu uzun yollarda qovub səhəri,

Sənin əzəmətli gözə qəsrinin

Yanında haqlayıb sübhü açacaq.

Eynşteyn,

Ey böyuk, ey ulu düha!

Ona icazə ver hər şeydən qabaq

İpək saçlarını darasın bir an,



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə