MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə16/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   12   13   14   15   16   17   18   19   ...   106

_____________Milli Kitabxana______________

Üzdüm əl bir nazlı yardan,

Gözəl üzlü gülüzardan.

Sevgilimtək bir cəvahir

Bir də doğmaz ruzigardan.

Yar hər yerə mənnən getdi,

Əcəl gəlcək onnan getdi.

Dayan, gəlim yola salım,

Xoş günüm də sənnən getdi.

Elim getdi, ölüm qaldı,

Alovlandım, kulüm qaldı.

Uçurdu bülbülüm bağdan,

Deyəydi bir gülüm qaldı.

Üzüyüm qaşsız qaldı,

Çəmənim quşsuz qaldı,

Ay aman, İqbal getdi,

Təbrizim başsız qaldı.

Yarı kaş görmiyəydim,

Vəsli xoş görmiyəydim,

Öləydim yardan qabaq,

Yerin boş görmiyəydim.

Şah Əlinin al quşuydu,

Hakimlərin tay-tuşuydu,

İncəsənət toy tutanda

Toybəyinin sağduşuydu.

Eylə səs, eylə münacat,

Eylə təsxiri-səmavat,

Eylə tovfiq, eylə dövran,

Bir də heyhat, bir də heyhat...

Ürəyimin həmdəmiydin,

Hər sirrimin məhrəmiydin,

Özün yara almamışkən

Hər yaranın məlhəmiydin.



_____________Milli Kitabxana______________

Navarın kisin tutduq,

İqbalın səsin tutduq,

Navarda toy tutmamış

İqbalın yasın tutduq.

Yükümü çatdım mən də,

Qoy gedim itim mən də,

İqbaltək atam ölüb,

Qalmışam yetim mən də.

Gül budağım dolmıyaydı,

Dolurdu da solmıyaydı,

Ya bən-adəm ölmiyəydi,

Ya təkindən olmıyaydı.

Sənlə getdi xoş həyatım,

Altmış iliik xatiratım.

Sanki ağzımda dad öldü,

Zəhr olub qəndim-nabatım.

Baxdım qələm qaşına,

Yazdım qəbir daşına:

Səndən sonra kül olsun

Bu dünyanın başına.

NECƏ KEÇDİ ÖMRÜN

Bir uşaqlıqda xoş oldum, o da yer-göy qaçaraq,

Quş kimi dağlar uçub, yel kimi bağlar keçdi.

Sonra birdən qatar altında qalıb, üstümdən

Deyə bilməm nə qədər sel kimi dağlar keçdi.

Ürəyimdən xəbər alsan necə keçdi ömrüm,

Göz yaşımla yazacaq: mən günüm ağlar keçdi.



_____________Milli Kitabxana______________

YATA BİLMƏYİRƏM

Bu gecə mən ki, yata bilməyirəm,

Başı başlara qata bilməyirəm.

Yuxusuzluq məni qatlaşdırdı,

Mən bu namərdə bata bilməyirəm.

Oğru qaldırdı qazan-qablamanı,

Kim əl atsın hacata, bilməyirəm.

Oğrunun kim yetişib ombasına

Zıxlaya bir zopa, ta bilməyirəm.

Aylıq aldıq, kim verdik getdi,

Nə yeyək, ey vay, ata, bilməyirəm.

Dədəmiz yox, kimə çəkmək baratı,

Kimi salmaq barata, bilməyirəm.

Cibdə qalmışsa da bir beş manatım,

Nə alım beş manata, bilməyirəm.

Dəli şeytan da deyir yorğanı sat,

Qışdı, yorğandı, sata bilməyirəm.

Qar deyir, gəl, kişisən, pambıq ataq,

Kişi, mən pambıq ata bilməyirəm.

Hey gəlib məndən alırlar şətəli,

Kim salıb mazı mata bilməyirəm.

Zindəganlıq xorata bir şey olub,

Nəyə lazım xorata, bilməyirəm.

Bir sümükdür ki, boğazlarda qalıb

Kim ata, ya kim uta, bilməyirəm.

Qar-yağışda bu nə qondum-köçdüm,

Niyə düşdük bu ota, bilməyirəm.

Bu kitablar azı bir at yüküdür,

Bunu kim çatsın ata, bilməyirəm.

Hey soyuqdan quruyub bəy dururam,

Kimdi yengə-muşata, bilməyirəm.

Əl ki, tutmur yazam, əl tapmaqda

Qələmə, ya davata, bilməyirəm.

Gecəmiz sübh olacaq, ya hələ var,

Baxıram hey saata bilməyirəm.

Quş uçar, amma nə dərman eləmək




_____________Milli Kitabxana______________

Daş dəyən qol-qanata, bilməyirəm.

Ay qadaşlar, mənə bir əl yetirin,

Yüküm ağırdı, çata bilməyirəm.

Təbi-şerim dayanıb soncuq atır,

Mən də ki, soncuq ata bilməyirəm.



SƏHƏNDİM

Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim!

Başı tufanlı Səhəndim!

Başda Heydərbabatək qarla, qırovla qanşıbsan,

Sən ipək telli buludlarla üfüqdə sarışıbsan,

Savaşırkən barışıbsan.

Göydən ilham alalı sirri səmavata deyərsən,

Hələ ağ kürkü bürün, yazda yaşıl don da geyərsən,

Qoradan halva yeyərsən.

Döşlərində sonalar sinəsitək şux məmələrdə

Nə şirin çeşmələrin var.

O yaşıl telləri yel hörmədə aynalı səhərdə,

İşvəli eşmələrin var.

Qoy yağış yağsa da yağsın, sel olub axsa da axsın,

Yanlarında dərələr var.

Qoy qələm qaşların uçsun fərələrlə, hamı baxsın,

Başlarında hərələr var, sıldırımlar, sərələr var.

O ətəklərdə nə qızlar yanağı lalelərin var,

Quzular otlayaraq, nəydə nə xoş nalələrin var,

Ay kimi halələrin var.

Gül-çiçəkdən bəzənənd nə gəlinlər kimi nazın,

Yel əsəndə o sularda nə dərin razü niyazın,

Oynayar güllü qotazın.

Titrəyər saz telitək şaxələrin çayda, çəməndə,

Yel o tellərdə gəzəndə nə Koroğlu çalı sazın.

Ördəyin xəlvət edib göldə pərilərlə çiməndə,

Qol-qanaddan ona ağ hövlə açar qəmzəli qazın,

Qış gedir, qoy gələ yazın.

Hələ novruzgülü var, qarçiçəyin var, gələcəklər,



_____________Milli Kitabxana______________

Yel-yağışda yuyunub gün səpiləndə güləcəklər,

Üzlərin tez siləcəklər.

Qışda kəhlik həvəsilə çölə qaçdıqda cavanlar,

Qarda qaqqıldayaraq nazlı qələm qaşların olsun.

Yaz o döşlərdə nahar məndəsin açdıqda çobanlar,

Bollu, südlü sürülər, dadlı qovurtmacların olsun!

Ad alıb səndən o şair ki, sən ondan ad alarsan,

Ona hər dad verəsən, yüz o müqabil dad alarsan,

Tarıdan hər zad alarsan.

Adaş olduqda sən onla daha artıq ucalırsan,

Baş ucaldıqda Dəmavənd dağından bac alırsan,

Şir əlindən tac alırsan.

O da şerin, ədəbin Şah dağıdrr, şanlı Səhəndi,

O da səntək atar ulduzlara şeir ilə kəməndi,

O da Simurqdan almaqdadı fəndi.

O nə şair ki dağın vəsfinə misdaq onu gördüm,

Mən sənintək ucalıq məşqinə məşşaq onu gördüm,

Eşqə, eşq əhlinə müştaq onu gördüm.

Şeir yazanda qələmindən baxasan dürr səpələndi,

Sanki ulduzlar ələndi.

Söz deyəndə görəsən qatdı gülü, püstəni, qəndi,

Yaşasın şair əfəndi!

O nə şair ki, xəyal mərkəbinə şov şığıyanda,

O nəhəng at ayağın tozlu buludlarda qoyanda,

Lülələnməkdədi yer-göy, neçə tumar sarıyanda,

Görəcəksən o zamanda:

Nə zaman varsa, məkan varsa kəsib biçdi bir anda,

Keçəcəklər, gələcəklər, nə bu yanda, nə o yanda,

Nə bilim qaldı hayanda?

Bax nə hörmət var onun öz demişi, tük papağında,

Şəhriyarın tacı əymiş başı durmuş qabağında,

Başına sovrulan inci, çarıq olmuş ayağında,

Vəhydir şeri, mələklərdi pıçıldar qulağında,

Şəhdi var bal dodağında.

O da dağlar kimi şanında nə yazsam yaraşandır,

O da zalım qoparan qarla, küləklə duruşandır,

Quduza, zalimə qarşı sinə gərmiş, vuruşandır,




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə