MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə17/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   13   14   15   16   17   18   19   20   ...   106

_____________Milli Kitabxana______________

Quduzun kürkünə zalım birələrtək daraşandır,

Amma vəchində fağır xalqı əyilmiş soruşandır,

Qara millətdə hünər bulsa, hünərlə araşandır,

Qaralarla qarışandır, sarışandır!

Gecə həqqin gözüdür,Tur törətmiş ocağında,

Əriyib yağtək ürəklərdi yanırlar çırağında,

Mey, məhəbbətdən içib, lalə bitibdir yanağında,

O bir oğlan ki, pərilər su içərlər çanağında,

İnci qaynar bulağında.

Təbi bir sevgili bülbül ki, oxur gül budağında,

Sarı sünbül qucağında.

Sular əfsanədi söylər onun əfsunlu bağında,

Səhərin çənli çağında.

Şairin zövqü nə əfsunlu, nə əfsanəli bağlar,

Ay nə bağlar ki, "Əlif leyli" də əfsanədə bağlar.

Od yaxıb, dağları dağlar,

Gül gülərsə, bulaq ağlar.

Şairin aləmi ölməz, ona aləmdə zəval yox,

Arzular orda nə xatırlaya imkandi, məhal yox,

Baği-cənnət kimi orda, "Bu haramdır, bu halal" yox.

O məhəbbətdə mətal yox,

Orda haldır, daha qal yox!

Gecələr orda gümüşdəndi, qızıldan nə günüzər,

Nə zümürrüd kimi dağlardı, nə mərmor kimi düzlər,

Nə qızıl telli inəklər, nə ala gözlü öküzlər,

Nə gözəl, ay kimi üzlər!

Gül ağaclar nə tavus kimi çətrin açıb əlvan,

Hillə karvanıdı çöllər, bəzənər sürsə bu karvan,

Dəvə karvanı da dağlar, yükü atlasdı bu heyvan,

Sabirin şəhrinə doğru qatarn çəkmədə sərvan,

O xəyalımdakı Şirvan!

Orda qar da yağar, amma daha güllər sola bilməz,

Bu təbiət o təravətdə, məhaldır, ola bilməz,

Əmr peymanəsi orda dola bilməz.

O üfüqlərdə baxarsan nə dənizlər, nə boğazlar,

Nə pərilər kimi qu quşları uçmaqda nə qazlar,

Göldə çimməkdə nə qızlar.




_____________Milli Kitabxana______________

Balıq ulduz kimi göllərdə, dənizlərdə parıldar,

Abşar mirvarısın sel kimi tökdükdə xarıldar,

Yel küşüldər, su şırıldar.

Qəsrlər vardı qızıldan, qalalar vardı əqiqdən,

Rəfayel tablosutək səhnələri Əhdi-ətiqdən,

Doymasan köhnə rəfiqdən.

Cənnətin bağlarıtək bağlarının hurü qüsuri,

Düzülüb qürfədə, eyvanda cəvahir kimi huri,

Əldə hurilərinin cami-biluri,

Tüngünün gül kimi səhbayi-təhuri.

Nə maraqlar ki, ayıq gözlərə röyadı deyərsən,

Nə şəfəqlər ki, dərin baxmada dəryadı deyərsən,

Uyduran cənnəti-məvadı deyərsən!

Zöhrənin qəsri brilyan, hasarı incidi, yaqut,

Qəsri cadudu, mühəndisləri Harut ilə Marut,

Orda Mani dayanıb qalmış o surətlərə məbhut.

Qapı qulluqçusu Harut!

Orda şerin, muzikin mənbəyi sərçeşmədi qaynar,

Nə pərilər kimi fəvvarədən əfşan olub oynar,

Şair ancaq onu anlar!

Dolu məhtab kimi istəxrdi fəvvarələr ilə,

Mələkə orda çimir ay kimi mehparələr ilə,

Güllü güşvarələr ilə,

Şerü musiqi şabaş olmada əfşandı, pərişan,

Sanki ağ şahıdır olmaqda gəlin başına əfşan,

Nə gəlinlər ki, nə ənnik üzə sürtüllə, nə kirşan,

Yaxa nə tülkü, nə dovşan!

Ağ pərilər sarı köynəkli buludlardan enirlər,

Süd gölündə mələkə ilə çimərkən sevinirlər,

Sevmirlər, öyünürlər.

Qavzananda hərə əldə dolu bir cam aparırlar,

Sanki cəngilərə, şairlərə ilham aparırlar,

Dərya qızlarına peyğam aparırlar.

Dənizin örtüyü mavi, üfüqün səqfi səmavi,

Aynadı hər nə baxırsan; Yer olub göylə müsavi,

Qərq onun şerinə ravi.



_____________Milli Kitabxana______________

Qürfələr ay bulud altında olartək görünürlər,

Göz açıb-yumma, çıraqlar kimi, yandıqda sönüllər.

Səhnələr çərxi-fələktək burulub gah da çönüllər,

Kölgəliklər sürünüllər.

Zöhrə eyvanda ilahə libasında görünərkən,

Baxasan, Hafizi də orda cəlalətlə görərsən,

Nə sevərsən!

Gah görən Hafizi-Şiraz ilə eyvanda durublar,

Gah görən ortada şətrənc qurarkən oturublar.

Gah görən saz ilə, avaz ilə əyləncə qurublar,

Sanki sağər də vurublar.

Xacə əlhan oxuyanda, hamı işdən dayanırlar,

O nəvalərlə pərilər gah uyub, gah oyanırlar,

Lalələr şöləsi əlvan şişə rəngi boyanırlar,

Nə xumar gözlə yanırlar.

Qanad istər bu fəza, qoy qala tərlanlı Səhəndim,

Eşit öz qissəmi, dastanımı, dastanlı Səhəndim:

Səni Heydərbaba ol nərələrilə çağıranda,

O səfil, darda qalan, tülkü qovan şir bağıranda,

Şeytanın şıllağa qalxan qatırı noxta qıranda.

"Dədə Qorqud" səsin aldım, dedim arxamdı, inandım,

Arxa durduqda Səhəndim, Savalantək havalandım,

Selə qarşı qavalandım.

Coşqunun da qanı coşdu, mənə bir haylı səs oldu,

Hər səsiz bir nəfəs oldu.

Bakı dağları da hay verdi səsə, qıyha ucaldı,

O tayın nərələri sanki bu taydan da bac aldı,

Qurd acaldıqda qocaldı.

Rahimin nərəsi qovzandı, deyən toplar atıldı,

Sel gəlib nəhrə qatıldı.

Rüstəmin topları səsləndi, deyən bomlar açıldı,

Bizə gül-qonça saçıldı.

"Qorxma, gəldim!" - deyə, səslərdə mənə can dedi qardaş,

Mənə "can-can" deyərək düşmənə "qan-qan" dedi qardaş,

Mənə sultan dedi qardaş.

Mən də canım çığırıb: Can sənə qurban dedi, qardaş.

Yaşa oğlan! Sizə dağdan dəli ceyran dedi, qardaş,




_____________Milli Kitabxana______________

El sizə qaplan dedi, qardaş!

Dağ sizə aslan dedi, qardaş!

Dağlı Heydərbabanın arxası hər yerdə dağ otdu,

Dağa dağlar dayaq oldu,

Arazım ayna çıraq qoymada, aydın şəfəq oldu,

O tayın nərəsi qovzandı, ürəklər qulaq oldu,

Yenə qardaş deyərək qaçmada başlar ayaq oldu,

Qaçdıq, üzləşdik Arazda, yenə gözlər bulaq oldu,

Yenə qəmlər qalaq oldu.

Yenə qardaşsayağı sözlərimiz birsayaq oldu,

Vəsl iyin almada, əl çatmadı, eşqim damaq oldu,

Hələlik qəm saralarkən qaralar döndü ağ oldu,

Arazın sud gölü daşdı, qayalıqlar da bağ oldu,

Sarı sünbüllərə zülf içrə oraqlar daraq oldu,

Yoncalıqlar yenə bildirçinə yay-yaz yataq oldu.

Gözdə yaşlar çıraq oldu,

Lalə bitdi yanaq oldu,

Qonça güldü dodaq oldu,

Nə sol oldu, nə sağ oldu,

Hamısı birsayaq oldu!

Elimi, arxamı gördükdə zalım ovçu qısıldı,

Sel kimi zülmü basıldı, zinə arx, oldu, kəsildi.

Gül gözündən yaşı sildi,

Tor quran ovçu atın qovmada sındı, geri qaldı,

Özü getdi, yeri qaldı.

Amma Heydərbaba da bildi ki, biztək hamı dağlar,

Bağlanıb qol-qola zəncirdə, buludlar odur ağlar,

Nə bilim, bəlkə təbiət özü namərdə gün ağlar,

Əyri yolları açarkən, düz olan qolları bağlar,

Saf olan sinəni dağlar!

Dağların hər nə qoçu, tərlanı, ceyranı, maralı,

Hamı düşgün, hamı yorğun, sinələr dağlı, yaralı,

Gül açan yerdə saralı!

Amma zənn etmə ki, dağlar yenə qalxan olacaqdır,

Məhşər olmaqdadı, bunlar hamı vulkan olacaqdır.

Zülm dünyası yanarkən də tilit qan olacaqdır,

Vay!.. Nə tufan olacaqdır!




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə