MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə18/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   14   15   16   17   18   19   20   21   ...   106

_____________Milli Kitabxana______________

Dedin: Azər elinin bir yaralı nisgiliyəm mən,

Nisgil olsam da, gülüm!

Bir əbədi sevgiliyəm mən,

Yad məni atsa da, öz gülşənimin bülbülüyəm mən,

Elimin farsıca da dərdini söylər diliyəm mən,

Həqqə doğru nə qaranlıq isə el məşəliyəm mən,

Əbədiyyət gülüyəm mən.

Nisgil ol çərçiyə qalsın ki, cəvahir nədi, qanmır,

Mədəniyyət dəbin eylir bədəviyyət, bir usanmır,

Gün gedr, az qala batsın, gecəsindən bir oyanmır,

Bir öz əhvalına yanmır!

Atar insanlığı, amma yalan ənsabı atammaz,

Fitnə qavzanmasa bir gün, gecə asudə yatammaz,

Başı başlara qatammaz.

Amma məndən sarı, sən arxaymın ol, şanlı Səhəndim,

Dəli ceyranlı Səhəndim.

Mən daha ərşi-əla kölgəsitək başda tacım var,

Əldə Musa kimi Firona qənim bir ağacım var,

Hərəcim yox, fərəcim var,

Mən Əli oğluyam, azadələrin mərdi, muradı,

O qaranlıqlara məşəl, o işıqlıqlara hadi,

Həqqə, imana münadi.

Başda sınmaz sipərim, əldə kütəlməz qılıcım var.



AĞA MİRSADIĞIN XEYRATI

Atamız yurdudu, gahdan gəlib ehsan veririk,

Can çətin vermərik, inşalla ki, asan veririk.

Əzan olcaq qaçaraq səfdə durub san veririk,

Mirəbülfəzl edib ehsan-bizi kəndə gətirib,

Şəhriyar kəndi tapıb, kəndlisin amma itirib.

Özü kəsmiş şişəki, həm bişirib, həm düşürüb,

Pilovun da dadaşı Möhsün əmoğlu bişirib.

Süfrədə quştək uşaqlar dəni bir-bir döşürüb,

Qıtlıq olmaz, daha burda qəbul olsun ehsan,

Çıx müsəllayə, çağır Allahı, gəlsin neysan.



_____________Milli Kitabxana______________

Mənim ilhamilə burda qonuşub dil-dodağım,

Qurana, Hafizə burda açılıb göz-qulağım.

Mən də Musa kimi, Heydərbabadır Tur dağım,

Burda kəşf oldu ki, həqdən nə kəramət olacaq,

Necə şətrənc ki, şahlar hamısı mat olacaq.

Bu bizim kənd ola bilsə, hanı bəs əmmələrim?

Əmmə də dursa, deyir bəs hanı övladım, ərim?

Növhələrdən de qalan olsa, haçan var xəbərim?

Dagılıb, kim nə bilim, öldü ya qaldı nərədə,

Cam çıxmış uşağın hər birisi bir dərədə.

Bir Zivər əmqızının oğlu Hacı Müctəba var,

Hac Sadıqlı deyilən bir Hacəlu Əliağa var,

Bir də Mirzəmmədin oğlu hələlik baxçada var,

Qocalıb, amma yenə bir "Qarabağı" oxudu,

Qarılartək teşisin bir əyirib, bir toxudu.

Hanı Moll İbrahimin dərsi, hanı tay-tuşlar?

Şeyxülislam hanı, yurdunda oxur bayquşlar!

Kim deyirdi ki, müsəlman qavi-yer alqışlar?

Babiyə, bolşevikə gör nə giriftar olduq,

Bələşib hər nəcisə, gör nece murdar olduq!

Qələlər darbadağın, sərbaz ölüb, səngəri boş,

Dirilərdən də dəxi yağ əriyibdir, dəri boş.

Şəhriyar kəndə gəlib, kənd uşağının yeri boş,

Biz görənlər hamı getmiş, hamı itmiş-batmış,

Hamısı işləyib, axırda yorulmuş, yatmış.

Kimdi məntək bağıranlar səsinə səs versin,

Dünya bizlə atışır, kimdi atış bəs versin?

Gərək Allah verə, olmaz bunu hər kəs versin.

Hamı getmiş, dəxi ol qafilədən bir kəs yox,

Zınqırovlar da düşüb vəlvələdən, bir səs yox.

Hanı ol mərd atalar, mərdi becərdən analar?

Hanı ol nazlı gəlinlər, o həyalı sonalar?

Hanı ol südlü inəklər, alagözlü danalar?




_____________Milli Kitabxana______________

"Çun şəvəd əsr Ququş zanhəmə qismət nəbovəd,

Nəbovəd xeyr dəran xanə ke esmət nəbovəd".

Onda hər kəs bizə baxsaydı deyərdi gavurux,

Gavurun şərrini indi başımızdan savırıx,

Qovururdu o bizi, biz onu ancaq qavırıx,

Belə getsə, edəcək Mehdiyi-mövud zühur,

Din gərək qalibü qahir ola, kafir məqhur.

Məclisin ehsanı Amir Sadığın xeyratıdır,

Bu mahalın çırağı Xoşginabın sadatıdır,

İndi meydanda qalan təkcə Hüseynin atıdır,

Müstəcab oldu bizim qərndə şeytan duvası,

Xoşginabı dağıdıb eylədi bayquş yuvası.

Arzıgöz qalmış idim öz ata yurdum vətənə,

Yandı-qındı verir indi ata yurdum da mənə,

Heyvanat qissəsidir dünya "Kəlilə-Dimnə",

Ta ki axırda bir az qovzanıb insan olacaq,

Azı insan da olursa, çoxu heyvan olacaq.

İndi qəm-qüssənin ağzını da gərək bağlayasan,

Qəm ağız açsa gərək oxşayasan, ağlayasan.

Nəyə lazım bu qədər xəlq ürəyin dağlayasan,

Bir dua eylə ki, xəlqin ürəyi şad olsun,

Dünya məxrubədisə, axirət abad olsun.

ƏMİOĞLUM MİRƏBÜLFƏZLƏ

Maşının xumsuna, Heydərbabanın tənzilinə,

Mirəbülfəzl gətirmiş məni öz mənzilinə,

Təslim oldum sözünə, çarə nədir? Taksiçidir,

Gördüm artıq danışım, ət atacaq həndilinə.



_____________Milli Kitabxana______________

Bir məsəl var ki, qonaq-qardaşa dəstur verilib:

"Bir təarüflə düş atdan, atı bağla dilinə".

Məni qoymuş maşına, yol uzunu sürdü gecə,

Hey alıb dən-düşü artıq qalayıb zənbilinə.

Xoşginab seyyidinin əmri qonaqsız keçməz,

Qonağın burda gərək qarnı yeməkdən dəlinə.

Bir qonaq da gətirib, çox da əziz, öz bacısı

Cəlilə əmqızı, dən düşmüş onun da telinə.

Cəlilə əmqızı da qardaşının lap tayıdır,

Mehriban, sanki bir alma, yandan düz bölünə.

Yaxşı bir mənzili var, səhni gözəl, yurdu da bol,

Bax ağaclarına, bax quşlarına, bax gülünə.

Xanımı tazə gəlindir, adı Məryəm xanım,

Toy tutub kətsayağı, alma da atmış gəlinə.

Tazə ev, tazə gəlinlə bir işıqlanmalıdır,

Çilçıraqdır ki, verib zinət evin qəndilinə.

Vardı əvvəl xanımandan iki nazlı uşağı,

Bax Pəri, Pərvizi tək sarı gülünə, bülbülünə.

Biri Pərvindi ki, danişgahı var, aylığı var,

Yəni bir qız, mütəccəddid, əli vurmuş belinə.

Biri Pərviz ki, dəbiristanı nisfə yetirib,

O da inşaalla gərək cövhəri-zatı bilinə.

Bu əmoğlu, şükür Allaha, halaldır çörəyi,

Müxlisəm mən də bunun sadə qubul-mənqəlinə.

Zəhmətilə qazanıb, taksisi var, şəxsisi var,

Düz yola sərf eləyib hər nə ki gəlmiş əlinə.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə