MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə24/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   20   21   22   23   24   25   26   27   ...   106

_____________Milli Kitabxana______________

Düşmən var isə, əmcəyini təndirə yapsın,

Həsrət qalalı biz sizə bir qəm yarımdır,

Ağlar gözümün şahidi şerim, setarımdır.

Oğraş qaşalan Həlmə, gözü qaşdan ayırmış,

Cəllad qəməsiylə bədəni başdan ayırmış,

Candan ciyəri, qardaşı qardaşdan ayırmış,

Bir millətə dünya boyu bir faciə doğmuş,

Biz ellərin ol qəhrəman ehsasını boğmuş.

Yatsın yava gözlər, hələlik bəxti oyatdım,

El arxama çatdıqda bu gün arzuma çatdım.

Qardaş, səni tapdıqda qəmi, qüssəni atdım,

Sanki Bakını, Gəncəni verdin mənə, qardaş,

Tapdım elimi, arxaımı, qurban sənə, qardaş.

Sən təhvil alırsan məni, qardaş da sanırsan,

Minlər yad içində məni görcək də tanırsan,

Qəlbimdə, dilimdə nə sözüm varsa qanırsan,

Rüstəm, Bakıdan söylə mənə, can sənə qurban,

Təbriz sənə layiq nədi, Tehran sənə qurban!

Qardaş, yenə sənsən ki, dalımda dayanıbsan,

Qardaş yata bilnəzsə, uyubkən oyanıbsan,

Mən hər oda yanmışsam, ona sən də yanıbsan,

Yad qardaş olanmaz bizə, qardaş da yad olmaz,

Qəlbim sən ilə şad olu, sənsiz de şad olmaz.

Sizlərcə "böyük" inqilabız xalqı ayıtdı,

Çapqın mal olan, mal-davar olsun da, qayıtdı,

Amma bizim insanlarımız getdi ki, getdi,

Qafqaz qayıdıb dönmədi öz kəc mədarından,

Qismət hələ yox Şəhriyara Bəxtiyarından.

Rüstəm, sənə qurban! Bu salamı götürərsən,

Ol qəhrəman ellərdə gəzərkən yetirərsən,

Ordan da gələndə bizə şadlıq gətirərsən,




_____________Milli Kitabxana______________

Deynə Domurul bürcünü düşman yıxa bilməz,

Qardaş nə qədər yadlaşa, yaddan çıxa bilməz.

Sarğındı o süsənlərə, sünbüllərə könlüm,

Bülbül kimi qandır, o qızılgüllərə könlüm,

Vahidlərə, Qabillərə, Bülbüllərə könlüm,

Şair olalı borcludu Sabirlərə ruhum,

Vurğundu Süleyman kimi sahirlərə ruhum.

Rahimli, Süleymanlı görüm Bəxtiyar olsun,

Gülgün bacım Azər qadını bərqərar olsun,

Osman, Nəbi, Kürçaylı, Rəsul, Tudə var olsun,

Fürsətdə Səhənd ilə sizə gül səpərik biz,

Hər göz sizi görmüşsə, o gözdən öpərik biz.

Eşqində könül göz yola dikmiş yarı gözlər,

Könlüm yar itirmiş, arayıb axtan gözlər,

Dil səbr eləyib dinməsə də, yalvarı gözlər,

Aşiq gözüdür, çeşmeyi-Zəmzəm də deyirlər,

Hicran odudur, nari-cəhənnəm də deyirlər.

Bir gün olu ki, fatihə biz sağ-sola verrik,

Dünya hamı bir millət olub, qol-qola verrik,

Düşmən də məhəbbət tapa, bizlər yola verrik.

Qardaş üzünə həsrət olub çəkməm o gün ah,

Xalqı oda yandırmağa bir tək qalı Allah!

12.9.1349

ƏZİZƏ

Nə zərif bir gəlin, Əzizə, səni

Mənə layiq tarım yaratmışdı.

Bir zərif ruha bir zərif cismi

İzdivac qüdrətilə qatmışdı.



_____________Milli Kitabxana______________

Eşqimin bülbülü səni tutmuş,

Hər nə dünyadə gül var, atmışdı,

Sanki dustaq ikən mən azad idim,

Elə eşqin məni yahatmışdı.

Sevgilim sanki həmnəfəs olalı,

Qəfəsimdən məni çıxartmışdı.

Cənnət etmiş mənim cəhənnəmimi,

Yandırıb-yaxmasın azatmışdı.

Qara gün qarqası qonanda mənim

Ağ günüm varsa da, qaratmışdı.

Adıbatmış əcəl gələndə bizə,

Mən ayım çıxdı, gün də batmışdı.

Saralıb gün, şəfəqdə qan çanağın

Qorxudan titrədib calatmışdı.

Qara bayquş çalanda ağ quşumu,

Zəfərantək məni saratmışdı.

Kor qəza öz yolun genəldəndə,

Çarənin yolların daratmışdı.

Nə qədər ovdum, açmadın gözüvü,

Göz sükuti-əbədlə yatmışdı.

O ala göz oyanmadı ki, mənim

Bəxtimi min kərə oyatmışdı.

Daha kipriklərin olub neştər,

Yaramın közməsin qopatmışdı.

Səni verdim Behişti-Zəhrayə,

Mənə Mövla əlin uzatmışdı.



_____________Milli Kitabxana______________

Sən nə yaxşı eşitmədin, balalar

"Ana vay" naləsin ucatmışdı.

Ürəyi doğranan anan mələdi,

Dünya zəhrin ona yalatmışdı,

Sən bahar etdiyin çəməndə xəzan

Hər nə gül-qönçə var, sozatmışdı,

Nə yaman yerdə köçdü karvanımız?

Nə yeyin yük-yapın da çatmışdı?!

Qırxa sən yetmədin, cavan getdin,

Mən gedəydim ki, yeddim atmışdı,

Qoca vəqtimdə bu qara bəxtim,

Məni qultək bəlay satmışdı.

QƏM BASDI QƏLYANIMI

Qışm qərə qeyidi alıb mənim canımı,

Xortdan deyib qocalıq, kəsib mənim yanımı.

Bu siqar da zəlitək düşüb mənim canıma,

Dodaq-dodağa qoyub sorur mənim qanımı.

Sazaq sazın quraraq, qulaqdı sanki, burur –

Çəkibdir ipliyimi, qırıbdı qeytanımı.

Yenə qışın qoşunu payız marşın çalaraq,

Kərdimdə varsa biçər laləmi, reyhanımı.

"Üşüdüm ha üşüdüm!" - deyir mənim dərdimi,

Kürsü tovun itirib, axtarır dərmanımı.

Payızlamış zəmiyəm, vəryan mənə nə gərək,

Dönərgə döndərəcək döndükcə vəryanımı.

Qoy çalxasın bizi bu zəmanə nehrə kimi,

Mənim südüm çürüyüb, turşutsun ayranımı.

Hünər dilin, qələmin işdən salan məni də

İşdən salıb, itirib pak adımı-sanımı.



_____________Milli Kitabxana______________

Heydərbaba yolutək yol bağlanıb üzümə,

Ovçu fələk ovlayıb sürüylə ceyranımı.

Nazlı yarım gedəli sönüb mənim çırağım,

Xan varsa da, nə karı, evin ki yox xanımı.

Məryəm köçüb gedibən, Şəhrzadım da gedir,

Fələk əlimdən alır dürrümü, mərcanımı.

Yetimtək üz-gözümü neybət basıb, basacaq,

Yaman qarışdıracaq səlqəmi, səhmanımı.

Nə diz var ki, sürünüm, nə üz var ki, qayıdım,

Nə yük qalıb, nə yabı, soyublar karvanımı.

Eldən məni qocalıq azğın salıb, salacaq,

İtirdi Təbrizimi, uduzdu Tehranımı.

Bizim də çayxanamız, çay tökərək qonağa,

Doldurdu zərdab ilə mənim də fincanımı.

Qəlyanla, Şəhriyarım, qaldır qəmi, baxalım,

Mən də xoruldadıram, qəm basdı qəlyanımı.

Mehr ayı, 1359

TÜRKÜN DİLİ

Türkün dilitək sevgili, istəkli dil olmaz,

Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.

Öz ləfzini farsa, ərəbə qatmasa şair,

Şerin oxuyanlar, eşidənlər kəsil olmaz,

Şerin gərək ehsas ilə riqqətlə qanşsın,

Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,

Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz.

Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,

Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.

Sözlər də cəvahir kimidir, əsli bədəldən

Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə