MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə12/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   8   9   10   11   12   13   14   15   ...   106

_____________Milli Kitabxana______________

Qara günün sərneviştin yazdırıb,

Salıb xalqı bir-birnin canına,

Barışığı bələşdirib qanına.

Göz yaşına baxan olsa, qan axmaz,

İnsan olan, xəncər belinə taxmaz,

Amma heyif, kor tutduğun buraxmaz,

Behiştimiz cəhənnəm olmaqdadır,

Zilhiccəmiz məhərrəm olmaqdadır.

Xəzan yeli yarpaqları tökəndə,

Bulud dağdan yenib kəndə çökəndə,

Şeyxülislam gözəl səsin çəkəndə,

Nisgilli söz ürəklərə dəyərdi,

Ağaclar da Allaha baş əyərdi.

Daşlı bulaq daş-qumunan dolmasın,

Baxçaları saralmasın, solmasın,

Ordan keçən atlı susuz olmasın,

Deynə, bulaq, xeyrin olsun, axarsan,

Üfuqlərə xumar-xumar baxarsan.

Heydərbaba, dağın, daşın sərəsi,

Kəhlik oxur, dahlısında fərəsi,

Quzuların ağı, bozu, qərəsi,

Bir gedəydim dağ-dərələr uzunu,

Oxuyaydım: "Çoban, qaytar quzunu".

Heydərbaba, Sulu yerin düzündə,

Bulaq qaynar çay-çəmənin gözündə,

Bulaqotu üzər suyun üzündə,

Gözəl quşlar ordan gəlib keçərlər,

Xəlvətləyib bulaqdan su içərlər.

Biçin üsrü sünbül biçən oraqlar,

Elə bil ki, zülfü darar daraqlar,

Şikarçılar bildirçini soraqlar,

Biçincilər ayranların içərlər,



_____________Milli Kitabxana______________

Bir huşlanıb, sondan durub biçərlər.

Heydərbaba, kəndin günü batanda,

Uşaqların şamın yeyib yatanda,

Ay buluddan çıxıb qaş-göz atanda

Bizdən də bir sən onlara qissə de,

Qissəmizdə çoxlu qəmü qüssə de.

Qarı nənə gecə nağıl deyəndə,

Külək qalxıb qap-bacanı döyəndə,

Qurd keçinin Şəngülüsün yeyəndə

Mən qayıdıb bir də uşaq olaydım,

Bir gül açıb ondan sora solaydım.

Əmməcanın bal bəlləsin yeyərdim,

Sondan durub üs donumu geyərdim,

Baxçalarda tiringəni deyərdim,

Ay özümü o əzdirən günlərim,

Ağac minib, at gəzdirən günlərim.

Həçi xala çayda paltar yuyardı,

Məmmədsadıq damlarını suvardı,

Heç bilməzdik dağdı, daşdı, duvardı,

Hər yan gəldi, şıllaq atıb aşardıq,

Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq!

Şeyxülislam münacatı deyərdi,

Məşəd Rəhim ləbbadəni geyərdi,

Məşd Hacəli bozbaşları yeyərdi,

Biz xoş idik, xeyrat olsun, toy olsun,

Fərq eyləməz, hər nolacaq, qoy olsun.

Məlik Niyaz vərəndilin salardı,

Atın çapıb, qıyqacıdan çalardı,

Qırğı təkin gədik başın alardı.

Dolayıya qızlar açıb pəncərə,

Pəncərələrdə nə gözəl mənzərə!

Heydərbaba, kəndin toyun tutanda,

Qız-gəlinlər həna, piltə satanda,




_____________Milli Kitabxana______________

Bəy gəlinə damnan alma atanda,

Mənim də o qızlarında gözüm var,

Aşıqların sazlarıda sözüm var.

Heydərbaba, bulaqların yarpızı,

Bostanların gülbəsri, qarpızı,

Çərçilərin ağ nabatı, saqqızı

İndi də var damağımda, dad verər,

İtgin gedən günlərimdən yad verər.

Bayram idi, gecəquşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim mən də evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qulamgilə qaşdım, şalı salladım,

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.

Heydərbaba, Mirzəmmədin baxçası,

Baxçaların turşaşirin alçası,

Gəlinlərin düzmələri, taxçası,

Hey düzülər gözlərimin rəfində,

Xeymə vurar xatirələr səfində.

Bayram olub, qızıl palçıq əzərlər,

Naxış vurub, otaqları bəzərlər,

Taxçalarda düzmələri düzərlər,

Qız-gəlinin fındıqçası, hənası,

Həvəslənər anası, qaynanası.

Bakıçının sözü-sovu, kağızı,

İnəklərin bulaması, ağızı,

Çərşənbənin girdəkanı, mövizi,

Qızlar deyər: "Atıl-matıl, çərşənbə,

Ayna təkin bəxtim açıl, çərşənbə".




_____________Milli Kitabxana______________

Yumurtanı göyçək, güllü boyardıq,

Çaqqışdırıb sınanların soyardıq,

Oynamaqdan bircə məgər doyardıq?

Əli mənə yaşıl aşıq verərdi,

İrza mənə novruzgülü dərərdi.

Novruzəli xərməndə vəl sürərdi,

Gahdan enib küləşlərin kürərdi.

Dağdan da bir çoban iti hürərdi,

Onda gördün ulaq ayaq saxladı,

Dağa baxıb qulaqların şaxladı.

Axşam başı naxırçılar gələndə,

Qoduqları çəkib vurardıq bəndə,

Naxır keçib gedib yetəndə kəndə

Heyvanları çılpaq minib qovardıq,

Söz çıxsaydı, sinə gərib sovardıq.

Yaz gecəsi çayda sular şarıldar,

Daş-qayalar seldə aşıb xarıldar,

Qaranlıqda qurdun gözü parıldar,

İtlər, gördün, qurdu seçib ulaşdı,

Qurd da, gördün, qalxıb gədikdən aşdı

Qış gecəsi tövlələrin otağı,

Kətillərin oturağı, yatağı,

Buxanda yanar odun yanağı,

Şəbçörəsi, girdəkanı, iydəsi,

Kəndi basar gülüb-danışmaq səsi.

Şüca xaloğlunun Bakı sovqəti,

Damda quran samavarı, söhbəti,

Yadımdadı şəsli qəddi, qaməti,

Cünəmməyin toyu donüb yas oldu,

Nənəqızın bəxt aynası kas oldu.

Heydərbaba, Nənəqızın gözləri,

Rəxşəndənin şirin-şirin sözləri,



_____________Milli Kitabxana______________

Türki dedim, oxusunlar özləri,

Bilsinlər ki, adam gedər, ad qalar,

Yaxşı-pisdən ağızda bir dad qalar.

Yaz qabağı gün güneyi döəndə,

Kənd uşağı qar güllərin sövəndə,

Kürəkçilər dağda kürək züvəndə,

Mənim ruhum elə bilin ordadır,

Kəhlik kimi batıb qalıb, qardadır.

Qan nənə uzadanda işini,

Gün buludda əyirərdi teşini,

Qurd qocalıb çəkdirəndə dişini,

Sürü qalxıb dolayıdan aşardı,

Baydaların südü aşıb-daşardı.

Xəccəsultan əmmə dişin qısardı,

Molla Bağır əmoğlu tez mısardı,

Təndir yanıb, tüstü evi basardı,

Çaydanımız ərsin üstə qaynardı,

Qovurğamız sac içində oynardı.

Bostan pozub gətirərdik aşağı,

Doldurardıq evdə taxta-tabağı,

Təndirlərdə bişirərdik qabağı,

Özün yeyib, toxumların çırtdardıq,

Çox yeməkdən lap az qala çatdardıq.

Vərzəğandan armudsatan gələndə,

Uşaqların səsi düşərdi kəndə,

Biz də bu yandan eşidib biləndə,

Şıllaq atıb bir qışqırıq salardıq,

Buğda verib armudlardan alardıq.

Mirzə Tağıynan gecə getdik çaya,

Mən baxıram seldə boğulmuş aya,

Birdən işıq düşdü o tay baxçaya,

"Eyvay, - dedik, - qurddu". Qayıtdıq qaşdıq.

Heç bilmədik nə vaxt gədikdən aşdıq




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə